“Pul vermə və pul alma” şərti ilə ərazi nümayəndəsi vəzifəsinə dəvət olunanlar niyə tərəddüd edir?
Xəbər verdiyimiz kimi, Masallı rayonunda 5 ərazi dairəsi üzrə nümayəndə yeri boşdur. Bunlar
Ərkivan qəsəbə,
Mahmudavar,
Yeddioymaq,
Şıxlar və
Qızılağac ərazi dairələridir.
Hazırda ciddi kadr axtarışı gedir. Rəsmi və qeyri rəsmi şərtlər isə aşağıdakılardır –
ərazi nümayəndəsi mütləq ali təhsilli olmalı,
kənddə nüfuzu ilə seçilmişlərdən sayılmalıdır.
Ən başlıcası isə həmin vəzifəyə tam təmənnasız gəlib və heç kimdən də təmənna ummamalıdır.
Ərazi nümayəndəsinin hazırkı aylıq maaşı isə 500-600 manat arasıdır.
Son məlumata görə koronavirus yardımları ilə bağlı haqqında cinayət işi açılan Qəriblərin ərazi nümayəndəsi Elvin müəllimin məsələsi də “sabit və ağır” olaraq qalır.
Lakin “havayı” vəzifəyə getmək istəyənlər isə tərəddüd içindədirlər.
Ehtiyatlanırlar ki, kresloya pulsuz getsələr də, sonradan deyərlər ki, “pulsuz gəlmisən, əvəzində filan-filan işləri gör”. Nəticədə, 3-5 min verib vəzifəyə gəlmək daha abırlı görünür. Xatırladaq ki, 7-8 il öncə Masallının Ərkivan qəsəbəsinə də bir nəfər tam “təmiz” gəldi. Lakin sonralar abadlıq işləri ilə elə yükləndi ki, aradan 5 ildən artıq vaxt keçsə də, o, “təmizlikdən” yaranmış 15-20 min manatlıq (bəlkə bir az da çox) borcu hələ də bağlaya bilmir.
Bir də bəzi “yaramazlar” soruşur ki, bu təmizlik siyasəti ancaq təzə təyin olunanlara aiddir, ya köhnələr də bundan sonra almamalı və hem kimə heç nə verməməlidirlər.
Bəziləri isə daha da uzağa gedərək təkidlə sual edir ki, bu paklıq polisə, prokurorluğa, məhkəməyə və digər
“bərkgedən” idarələrə də aidir? Ya onların əziyyətinin çox olduğu nəzərə alınıb, köhnə şakərlərini davam etməyə icazə veriblər?
Qeyd: Mən bu suallara cavab verməkdə acizəm. Qoy, pandemiya bitsin, keyimiz açılsın, hamı özü “te-ta” görəcək ki, nə nəcədir.
27 il öncə Teymur Yəhyayevin Masallıya ilk rəhbər gəlişi vaxtı daha geniş miqyasda “paklıq siyasəti” apardı, heyf ki sona qədər çatdıra bilmədi.
Amma onu bilirəm ki, azırda təhsil şöbəsi müəllimlərdən pul yığmasa da, məktəb direktorları kef edir. (Niyəsini özünüz fikirləşib tapın).
Bütün hallarda isə bu addımları müsbət dəyərləndirmək, onlara dəstək vermək faydalı olardı. Bəlkə yavaş-yavaş hər şey yoluna düşəcək.
Zahir cenub.az