Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Prezident Əbülfəs Qarayevə niyə əsəbləşmişdi? – Yarımçıq layihə


Prezidentin Azərbaycan hökumətinin ən “uzunömürlü” nazirlərindən biri Əbülfəs Qarayevi istefaya göndərməkdən başqa yolu qalmadı. Hərçənd təkcə mədəniyyət deyil, əvvəllər həm də turizm naziri olmuş Qarayevin başının üstündə qara buludlar Prezidentin “Şahdağ” qış-xizək kompleksinin açılışı zamanı sərt publik tənqidindən sonra sıxlaşmağa başlamışdı. 
Əbülfəs Qarayev nəyisə yarımçıq eləmişdi. Özündən sonra qırmızı parça üzərində pis ləkə qoymuşdu, özü də Prezidentin misli görünməmiş və irimiqyaslı layihələrindən birində-MDB-də heç bir dağ-xizək kurortları İlham Əliyevin həyata keçirilmiş bu layihəsi ilə ölçüyə gələ bilməz.
Amma hələ bir neçə il əvvəl rəsmi telequtu göstərmişdi ki, Prezident layihənin yarımçıq qalan, başa çatdırılmamış hissəsinə görə narazıdır... Qarayev işin öhdəsindən gələ bilməmişdi, ona görə də işi ondan alıb baş nazirin müavininin etibarlı əllərinə təhvil verdilər.
Hər beşilliyin sonunda Əbülfəs Qarayev səlahiyyətlərinin bir hissəsini itirirdi. Köhnə sovet lətifəsində deyildiyi kimi, biz onu hissə-hissə itirirdik. Əvvəlcə Qarayev gənclər sahəsini, sonra idmanı itirdi. Sonuncu hökumətdə isə Qarayev turizmi də əldən verdi. Ruhən komsomolçudur, qabiliyyət baxımından isə postsovet nomenkulaturasının ortabab təmsilçisidir. Qarayev mənəvi dəyərlərdən, poeziyadan, arxitekturadan, dramdan, teatrdan, incəsənətdən uzaq adamdır...
Mən bunu mümkün sayıram ki, ola bilsin Qarayev Mayakovskinin şerlərini oxuya bilərdi, amma mədəniyyət nazirinin Şərqin ən böyük dramaturqlarından biri Cəfər Cabbarlının irsi haqda düşüncələrə dalmasını təsəvvür etmək çətin idi.
Mən deyə bilmərəm ki, Qarayev antimilli idi, amma  öz təbiəti baxımından milli də deyildi, kosmopolit də olmasa daha çox millətüstü varlıqdı, sovet gəncliyinin Brejnev erasının adi, heç nə ilə diqqəti cəlb eləməyən təmsilçisi idi. 
Ona baxanda adətən diqqəti nə cəlb edirdi? Onun qeyri-ədəbi nitq manerası 70-ci illərin Bakısında kommunal həyətdə yaşayan dendini xatırladırdı. Müşfiqin büstünü kobudcasına sındırıblar? Xırda şeydi, uşaqlar yapışdırarlar. Cəfər Cabbarlının evini sökürlər? Axı muzeyin yerində yeni çoxmərtəbəli bina tikəcəyik və eksponatları yeni mənzilə daşıyacağıq.
Qarayevi hansısa Azərbaycan qəhrəmanının xatirəsinin tapdalanması qətiyyən narahat eləməzdi. Onun öz qəhrəmanları vardı. Və öz dəyərləri.
Ona özünün Bakıdakı villasında Jerar Depardyeni qonaq eləmək xoş gəlirdi, hansı ki, fransalı aktyor mədəniyyət nazirinin sarayının zənginliyindən və necə zövqlə döşənməsindən heyrətə gəlmişdi. Nazirin qonağı olan böyük fransız gördüklərindən o qədər heyrətə gəlmişdi ki, 2013-cü ildə Fransa jurnalistləri qarşısında açıq etiraf etmişdi: “Bu, əsl mədəniyyət əsəri idi”. Avropalıların dilindən bu cür qiymətləndirmə az qala axırıncı dəfə German Gerinqin Karinhalldakı dəbdəbəli mənzillinə baş çəkəndən sonra səslənmişdi.

Mən təsəvvür edirəm, Depardye Ə.Qarayevin Londondakı mənzilini görsə hansı hisslər keçirərdi. Yaxud Xorvatiyadakı otelini, hətta Çexiyadakı mülkünü. Keçmiş nazirin ətrafındakı dostları deyirlər ki, onun Avropa ölkələrində dəbdəbəli daşınmaz əmlakı, mülkləri var.
Ə.Qarayev varlı adam olub və yəqin indi də belədir. Hərçənd onun maaşı, 10 il yığsa Bakının ətraflarında hansısa darısqal “xruşşovka” almağa ancaq bəs edərdi. Bakının dəfn edilmiş arxitekturası dəfn edilmiş incəsənəti ilə birlikdə cəhənnəm olsun. Qarayev hansısa çox incə simi də qırmışdı.
Onun müavininin və Dövlət Xidməti rəhbərinin ibtidai istintaq zamanı etiraf etdikləri kimi, nazirliyin rəhbərliyi musiqi məktəblərində müəllimlərin maaşlarına göz dikmişdi. Müəllimlər nazirliyin rəhbərliyinə haqq ödəyirdilər. Görünür, Ə.Qarayevin “Qraf Monte Kristo”nun özünün də heyranlığını gizlətmədiyi villasındakı imperiya interyerinin yenilənməsi və zəruri həyati xərcləri üçün.
Qarayevin işçiləri deyirlər ki, Mədəniyyət Nazirliyində aparılan axtarışlar zamanı nazirin özü iş otağında olub. Qəribədir, amma o, rahat kabinetini tərk edib dəhlizə belə çıxmayıb. Nazir utanıb? Yoxsa qorxub? 
Mən mühakimə etmək istəmirəm, amma nazir davamlı olaraq hökumət telefonu ilə yüksək vəzifəli şəxslərə bunun ədalətsiz olduğunu bildirirmiş. Qarayev, hansı ki, nazirliyində solfecio və musiqi ədəbiyyatı müəllimlərinin maaşının bir hissəsini əllərindən alırdılar, o müəllimlərin ki, uşaqlara həm də həmin Əbülfəsin əmisi, böyük bəstəkar Qara Qarayevin simfonik qravüralarını öyrədirdilər, ədalət umurdu.
Yeri gəlmişkən, gələcək nazirə bu ad babasının, Qara Qarayevin atasının şərəfinə verilib. Hər kəsin öz həqiqəti var. Müəllim ancaq 400 manata yaşamalı idi. Görəsən, Ə.Qarayev 400 manata yaşamağın nə olduğunu bilirmi? 
Mən unutdum. O özü də vaxtilə bizim universitetdə müəllim idi. Ə.Qarayev tələbələrə xalqın mənəvi mədəniyyəti, yəni mədəniyyətşünaslıq mövzusunda elmi mühazirələr oxuyurdu. Qarayev tək maaşa yaşayırdı, yoxsulluq içində yaşayırdı, Qorbaçov yenidənqurmasının qürubundakı vəhşi kapitalizmin birinci illərində yazıq varlığını sürüyürdü. Qarayev nə etdi? Əlbəttə, bu asketik müəllimlərdən fərqli olaraq, hansılar ki, volyuntarizmə və Mədəniyyət Nazirliyinin rəhbərliyinin oğurluğuna baxmayaraq, öz şagirdlərinə və Qara Qarayevin xatirəsinə xəyanət etmədilər, Əbülfəs Qarayev tələbələrini və kulturologiyanı atıb, yeni yaranan kooperasiya biznesi sahəsinə getdi.
Təbii ki, Ə.Qarayev heç vaxt altruist olmayıb. Gələcək nazir "İmprotex" şirkətində elektrik malları satmağa başladı. Əlbəttə ki, Ə.Qarayevi başa düşmək olardı və lazım idi, çünki gələcək nazir çətinliklə dolanırdı. Xoşbəxtlikdən, keçmiş komsomol yoldaşları çətin anlarında köməyinə gəldilər. Bu, Qarayevin şəxsi seçimi idi, bəlkə də anlayışa və rəğbətə layiqdir, çünki təmənnasızlıq ona yaddır! Bəs böyük Qarayevin musiqisinə və xatirəsinə sadiq müəllimlərin asketikliyinə qəsd etmək hüququnu kim verdi? Onların, necə deyərlər, axırıncı paltolarını əllərindən almaq nəyə lazım idi?!
Sonra nə olacaq? Sonra da hər şey Əbülfəs Qarayevin istədiyi kimi-ədalətlə gedəcək. Oğurlananlar və əllərindən alınanlar müəllimlərə geri qaytarılacaq. Onlar uşaqlara böyük Qara Qarayevin işi və hətta onun simfonik “Don Kixot” qravürləri barədə danışmağa davam edəcəklər.
Və çox istərdim ki, Baş Prokurorluğun müstəntiqləri Milli İncəsənət Muzeyində yoxa çıxan eksponatlarla bağlı ayrıca araşdırmaya başlasınlar. İncəsənət əsərləri, muzeyin verdiyi sertifikatlarla dəstəklənərək, harasa yoxa çıxıb, suvenir dükanları vasitəsilə satılıb və ölkədən çıxarılıb. 
Elə bu muzey direktorunun xeyir-duası ilə ölkəmizdə başqa bir böyük azərbaycanlının-Səttar Bəhlulzadənin saxta (bəlkə də saxta olmayan?!) rəsmləri ilə cinayətkar ticarət çiçəklənməyə başladı. Hər halda, rəsmi sənədlərə görə, S.Bəhlulzadənin rəsmlərinin xeyli hissəsi Milli İncəsənət Muzeyində saxlanılır. Ancaq nədənsə, guya muzeydə saxlanılan həmin rəsm əsərləri Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin saraylarının və malikanələrinin divarlarını bəzəyir.
Hansısa iyrənc Avgiyev tövlələri. Bununla məşğul olmaq lazımdır. Azərbaycan Qlinkasının- böyük Qarayevin musiqisini əsrlər boyunca saxlamaq olar, çünki musiqi notlarını, eləcə də əlyazmaları yandırmaq mümkün deyil, ancaq mədəni irsimiz böyük Bəhlulzadənin rəsmlərindən məhrum ola bilər. Qara Qarayevin nə vaxtsa yazdığı kimi, onların ardınca "ildırımlı yollarla" getmək lazımdır...(virtualaz.org)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10