Bunlar iudaizm dininə tapınan milliyətcə ruslar idi, onları subbotniklər adlanırdılar.
Privolnoye Cəlilabad rayonunun yaşayış məntəqələrindən biridir.Vikipediyadan - Privolnoe kəndinin əsası 1839-cu ildə (bəzi mənbələrdə 1938) buraya çar hökuməti tərəfindən Rusiyanın Tersk, Stavrapol, Həştərxan, Yenisey, Saratov quberniyalarından sürgüb edilmiş ruslar tərəfindən qoyulmuşdur.
Bunlar iudaizm dininə tapınan milliyətcə ruslar idi, subbotniklər adlanırdılar.
Kəndə 1958-ci ildə su xətti, 1961-ci ildə elektrik xətti, 1980-ci ildə isə qaz xətti çəkilmişdir.
Ruslar buradan Rusiya, ABŞ, İsrail və Almaniyaya niyə köçdü?
Kəndin əhalisinin əsas məşğuliyyəti üzümçülük, çiyələk, kartofculuq, maldarlıq və şərabçılıq idi. Lakin 1980-ci illərin ortalarında SSRİ-də aparılan antialkoqol siyasəti çərçivəsində buradakı üzümlüklərin əksəriyyəti məhv edildi. Nəticədə kəndin əhalisinin böyük hissəsi özünün əsas məşğuliyyətindən məhrum oldu, bir çoxları işsizlik ucbatından kəndi tərk etməyə başladı. SSRİ-nin dağılması nəticəsində yaranmış iqtisadi böhran illərində kəndin demək olar ki, bütün əhalisi Rusiya, ABŞ, İsrail və Almaniyaya köçdü, onların yerinə isə kənddə azərbaycanlılar məskunlaşdı. Hal-hazırda kəndin azərbaycanlı əhalisinin sayı 5500 nəfərdən çoxdur, rusların sayı isə təxminən 80 nəfərdir, onların əksəriyyəti də köç edə bilməyən yaşlı insanlardır.
Kəndin tarixindən qısa məlumatlar
Privolnoye paralel, yəni gətirilmə toponimdir. Belə ki, Stavrapol diyarının Privolnoye kəndindən olan ruslar yeni məskunlaşdıqları yaşayış məntəqəsini özlərinin doğma kəndlərinin adı ilə Privolnoye adlandırmışlar. Privolnoye sözünün rus dilində lüğəti mənası “azad”, “sərbəst” deməkdir. Maraqlıdır ki, ölkəmiz müstəqillik qazandıqdan sonra rus mənşəli toponimlərinin adları dəyişdirilsə də, Privolnoye kəndinin adı saxlanmışdır. Bu gün respublikamızın cənub-şərq bölgəsində yeganə rus mənşəli toponim Privolnoyedir.
Niyə bu əraziyə yəhudi kəndi deyirlər?
Privolnoye kəndi ilə bağlı digər maraqlı məqam odu ki, kəndin adı rus dilində olsa da, əhalisi vaxtilə ruslardan ibarət olub, rus dilində danışsa da, həmin ruslar dini inanclarına görə xristian – pravoslav yox, subbotnik olmuşlar. Subbotnik xristian dininin təriqətlərindən biri olmaqla bu təlimin əsasında Köhnə Əhd durur. Subbotnik təriqəti formaca iudaizmə (yəhudilik) daha yaxın olduğundan privolnoyelilər xristian yox, iudaistlər adlanmışlar. Məhz buna görə də Privolnoye rus deyil, yəhudi kəndi kimi tanınmışdır.
Tarixçilər “Cühudlar kəndi” haqqında nə yazır?
Səidəli Kazımbəyoğlu 1869-cu ildə qələmə aldığı “Cavahirnameyi – Lənkəran” kitabında Talış xanlığının mahalları, o cümlədən Muğan mahalları, mahalın rus kəndləri haqqında da məlumat verilmişdir. Səidəli Kazımbəyoğlu yazır: “Üçüncü kənd Privolni adlanan cühudlar kəndidir. Göytəpənin yaxınlığında yerləşir. 390 ailədirlər. Cühud məzhəbindəndirlər” (“Səidiyyə”. B., 2005, səh. 46).
Yaqub Abbasovun “Cəlilabad” kitabından oxuyuruq: “O vaxtlar bir nəfər Cəlilabad rayonunun Privolnoye kəndindən kəbin kəsdirmək üçün Göytəpədə (Prişibdə) sığınacaq tapmış Axund Mir Daməd Ağanın evinə gəlir.
Axund deyir ki, Kazımabad kəndində böyük bir alim var, o bizə ustad misalındadır. O olan yerdə mən kəbin kəsə bilmərəm, sən Kazımabada get. Həmin adan müctəhid şeyx Əli Əsgər Lənkəraninin sığınacaq tapdığı Kazımabad kəndinə gəlir və ondan xahiş edir ki, kəbin kəssin. Şeyx soruşur ki:
- Bala, sən hardan gəlmisən? O, deyir:
- Mən cühudən (Privolnoye kəndinə o vaxtlar belə deyirdilər) gəlmişəm” (B., 2014, səh. 296).
Qeyd edim ki, yəhudilər cühud və ya yevrey də adlandırılırlar.
Tədqiqatçı-jurnalist Sabir Nəsiroğlu yazır: “Privolnoye kəndində subbotniklərin 4 sinaqoqu (ibadət etmək üçün məbəd – İ.Ş.) və 4 dini məhəlli məktəbləri fəaliyyət göstərirdi. Kənd əhalisinin (1873-cü ilin statistik məlumatlarına əsasən) demək olar ki, 94 %-i qədim yəhudi (ivrit) dilində yazıb oxumağı bacarırdılar” (Adı qeyd olunan kitab (səh.60).
Bütün bunlar Privolnoyenin vaxtilə yəhudi kəndi olduğunu bir daha sübut edir. Heç də təsadüfi deyildir ki, ölkəmiz müstəqillik qazandıqdan sonra İsrailin Azərbaycandakı səfirləri bir neçə dəfə Privolnoyedə olmuşdur. Bu gün kəndin əhalisi azərbaycanlılardan ibarətdir. Burada az sayda rus yaşamaqdadır. Onların çoxu müstəqillikdən sonra Rusiya, İsrail, ABŞ, Almaniya və digər ölkələrə köçmüşlər.
Kəndin tarixi abidələri
Privolnoye kəndinin əsası 1839-ci ildə qoyulsa da, kəndin ərazisi qədim yaşayış məskənlərindən olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Privolnoye kəndi ərazisində ölkə əhəmiyyətli arxeoloji abidə kimi:
- tunc dövrünə aid kurqanlar (inv: 901), Bolukleyssk kurqanı (inv: 898),
- dəmir dövrünə aid Mazanski kurqanı (inv: 899),
- Balanovski kurqanı (inv: 900) və
- son tunc-ilk dəmir dövrünə aid nekropol (qəbiristanlıq) qeydə alınmışdır.
Qəmərşah Cavadov özünün “Talışlar” kitabında onlar haqqında nə yazıb?
Privolnoye kəndinin əhalisinin əsas məşğuliyyəti taxılçılıq, üzümçülük və maldarlıq olmuşdur. Sovet dönəmində burada “Qırmnızı partizan” sovxozu fəaliyyət göstərmişdir. Sovxozun briqadiri Nüsrət Məmmədov taxılçılıq sahəsində əldə etdiyi yüksək göstəricilərə görə SSRİ və Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş və Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdür. Sovet hakimiyyətindən (1920-1991) öncə privolnoyelilərin əsas məşğuliyyəti suval (kirəmit) hazırlamaq olmuşdur. Bu barədə rus alimi D.Kinstenyevin 1891-ci ildə yazdığı “Kustarnaya proizvoditelnost i postoronnie zarabotki krestyan v Lenkoranskom uezde” məqaləsinə istinad edən tarix elmləri doktoru, professor Qəmərşah Cavadov özünün “Talışlar” kitabında yazır: “D.Kinstenyevin yazdığına görə XIX əsrin sonunda qəzadakı Separadi, Ərkivan, Şağlakücə və Privolnoye kəndlərində dulusçuluq sənəti ilə məşğul olurdular. Adları çəkilən talış kəndləri ev məişət avadanlığının, Privolnoye kəndində isə əsasən suval hazırlanması ilə məşğul olunurdu. Mənbənin verdiyi məlumata görə Lənkəran qəzasındakı Privolnoye kəndində sifal (suval – İ.Ş.) hazırlayan 7 zavod fəaliyyət göstərirdi” (B., 2004, səh. 208).
Kənddə məktəb ilk dəfə 1873-cü ildə açılmışdır.
Məktəbin ilk müəllimi, eyni zaman da direktoru Rusiya imperiyasının “yüksək dərəcəli pedaqoqu” sayılan D.İ.İvanov omuşdur
Bu gün Privolnoye kəndində sosial obyektlərdən 2 tam orta məktəb, musiqi məktəbi, kitabxana, klub, tibb məntəqəsi, 3 məscid, poçt, mağazalar, dükanlar, ictimai iaşə obyektləri və digərləri fəaliyyət göstərir.
Kənddə məktəb isə ilk dəfə 1873-cü ildə açılmışdır. Məktəbin ilk müəllimi, eyni zaman da direktoru Rusiya imperiyasının “yüksək dərəcəli pedaqoqu” sayılan D.İ.İvanov omuşdur. 1878-1880-ci illərdə “Vətəndaşlıq” (“Rodinovedenie”) adlı dərslik yaradır və təlim zamanı ondan istifadə edir. 1889-cu ildə kənd icması burada yeni məktəb binası tikib istifadəyə verir (Mahmudağa Qasımov. Cəlilabadın tarixi, etnonim və toponimləri. B., 2014, səh. 288).
Privolnoye kəndində icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. İcra nümayəndəliyi və bələdiyyə tək Privolnoye kəndini əhatə edir.
Privolnoye özünün ziyalıları ilə tanınan yaşayış məntəqələrindəndir.
Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü olmuş
Nüsrət Məmmədov,
əməkdar müəllim Lev Vasilyeviç,
əməkdar mədəniyyət işçisi Lyubov Danilova,
SSRİ maarif əlaçısı, qabaqcıl maarif xadimi Abusəməd Səmədov
və digərləri Privolnoyedə dünyaya göz açmışlar.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi