Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Koronavirusun bizə öyrətdiyi 5 faydalı vərdiş



Koronavirus yayılandan tez-tez eşitdiyimiz bir fikir var: daha dünya əvvəlki kimi olmayacaq.
Bu barədə müxtəlif ehtimallar irəli sürülür. Karantindən sonra yeni vərdişlərin yaranacağı, dünyanın daha çox virtual həyata üstünlük verəcəyi, ofisə getmədən evdən işləyənlərin sayının kəskin artacağı, insanların əksəriyyətinin alış-verişlərini onlayn şəkildə həyata keçirəcəyi, nağd ödəniş anlayışının hardasa tamamilə sıradan çıxacağı bunlardan bir neçəsidir.
Bir sıra mütəxəssislərin, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlarının koronavirus epidemiyasının bir il davam edəcəyi barədə dediklərini nəzərə alsaq, yeni həyat vərdişlərinə alışmağımız üçün qarşıda kifayət qədər vaxtımız var.
Hələ karantin bitməyib, məcburiyyətdən artıq bir sıra vərdişlərimiz-qaydalarımız yaranıb. Nə yalan deyim, bu vərdişlərin bəzilərinin karantin bitəndən sonra da əvvəlki kimi qalmasını istəyərdim. Deyim hansılardır.
Əlləri tez-tez spirtləmək mikrob və bakteriyaları daha da ...
Ticarət obyektlərinin, müxtəlif müəssisələrin girişində quraşdırılmış dizenfeksiya vasitələri - Karantin bitəndən sonra da bu vasitələrin yığışdırılmamasını istəyərdim. Virus, bakteriya təhlükəsi təkcə koronavirusla yekunlaşmır. Belə görünür ki, ekoloji cəhətdən getdikcə daha da korlanan dünyamızda bundan sonra dezinfeksiya vasitələrinə su qədər ehtiyacımız olacaq. Türklərin bu baxımdan çox yaxşı vərdişləri var, kolonyadan (odekolon – M.A.) istifadə edirlər, xüsusən restoranların çıxışında müştərilərə kolonya təklif edirlər, hamınız bilirsiniz.
Peyğəmbərin naməhrəm qadınların əlinə toxunması ilə bağlı hədis ...
Görüşəndə əl tutmamaq - Yeri gəldi-gəlmədi əl tutub görüşməyə öyrəşmişik. Mən demirəm ki, əl tutub görüşmək pis adətdir, sadəcə, görüşəndə də fikirləşmək lazımdır ki, qarşı tərəf də bunu istəyirmi, əl tutub görüşmək arzusu varmı? Kimi gördün əl uzatmaq olarmı, olmaz. Vacib deyil ki, salamlaşanda əl-ələ tutuşasan. Hələ mən içi özüm qarışıq yekə-yekə kişilərin yeri gəldi-gəlmədi görüşəndə öpüşməklərini demirəm. Baxırsan ki, dünən axşam sağollaşıb ayrılıblar, bütün günü də işdə, məhəllədə bir yerdədirlər, amma yenə də görüşəndə illərin həsrətlisi kimi öpüşüb-qucaqlaşırlar. Bu adəti bizdə kim dəb saldı, bilmirəm. Əvvəllər belə şey yox idi. Çox lazımsız, bivec adətdir, guya səmimiyyətin ifadəsidir, əslində isə bunda səmimiyyətdən əsər-əlamət yoxdu. Arzum budur ki, karantin bizə görüşmək etiketi barədə yeni vərdiş qazandırsın.
Sosial məsafə saxlamaq 2022-ci ilə qədər zəruri ola bilər" | Banco.az
Sosial məsafə saxlamaq - Bu da çox vacib nüansdır. Fiziki məsafə gözləyə bilmirik, pis çıxmasın, küçədə-bayırda, marketdə, növbədə, ictimai nəqliyyatda bir-birimizin qarnına girməyi xoşlayırıq. Torpaq itkimizin yaratdığı kompleksdəndi, ya nədəndisə başqasının şəxsi ərazisinə soxulmağı sevirik. Düşünürəm ki, sosial məsafə qorumağı öyrənəndən sonra çox güman subordinasiya gözləməyi də öyrənər, tanıdıq-tanımadıq, yeri gəldi-gəlmədi hamı ilə lağlağı etməyi, yersiz yaxınlıq nümayiş etdirməyi yığışdırarıq.
Yas mərasimi necə olmalıdır? — Şərh
Yas məclisləri - Son illər yas mərasimləri tamamilə əndazədən çıxıb, bilmək olmur adamlar mərhumun yaxınlarına başsağlığı verməyə, kədərini bölüşməyə gəlirlər, yoxsa qarınlarını doyurmağa. Ölü yiyəsi də bilmir nə etsin, məclisi yola vermək dərdi ölənin dərdini üstələyir. Ölən bir dəfə ölüb gedir, ölü yiyəsi isə hər cümə axşamı, qara bayramlarda, mərhumun ilində ölür. Halbuki istər islami, istərsə də insani baxımdan əsas odur ki, ölənin dəfnində iştirak edib, onu ehtiramla dəfn edəsən. Ehsan vermək, sonradan ölənin yaxınlarına baş çəkib yas yerində oturmaq ölü yiyəsi üçün də, ora gedənlər üçün də əlavə qayğıdır. Heç olmasa, əvvəllər yas məclislərində mollalar maraqlı əhvalatlar, dini rəvayətlər danışar, yeri gələndə dinin hökmlərindən bəhs edər, məclisdəkilər də nəsə öyrənərdilər, indi mollalar daha çox yol polisi kimi məclisə giriş-çıxışı tənzimləmə xidmət edirlər ki, sıxlıq olmasın, bir də ehsanın süfrəyə gəlməsini bildirirlər. Nəticədə yas məclisi elə qurulur ki, ölü qalır bir tərəfdə, hamının başı plova, aş-qaraya, halvaya, qoğala qarışır. Deyərsən, yas məclisi deyil, “Platforma” filmidir.
Abşeronda kimsəsiz Ümid İsayev və Samirə İsayevanın toy mərasimi ...
Toy mərasimləri - Bu barədə məsələ məlum. Mənim onsuz əvvəldən gur məclislərdən xoşum gəlməyib. Başa düşə bilmirəm, bir ordu insanı bir yerə yığıb necə şənlik etmək olar?! Güman edirəm pandemiyadan sonra 300-400 nəfəri qapalı bir yerə yığıb toy eləməyi birdəfəlik unudarıq. Onda toy biznesi üzərində milyonlar qazanan möhtəkirlərdən də canımız qurtarar, hər ay beş-on toy dəvətnaməsi alanların da canı dincələr.
Mənim təkliflərim hələlik bu qədər. Ümid edirəm ki, koronavirus pandemiyası çəkiləndə yerində ölüm, xəstəlik, qorxu, vahimə, ruh düşkünlüyü deyil, gözəl vərdişlər qoyub gedəcək.
Bəs sizin hansı təklifləriniz var?





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10