Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dotasiya, bələdiyyə və ...


Son günlər bələdiyyələrə dotasiyanın verilmə vaxtının irəli çəkilməsi, habelə bələdiyyələrə əlavə maliyyə güzəştlərinin tətbiqiylə bağlı həm sosial mediada, həm də Belediyye.info saytında ciddi müzakirələr aparılmaqdadır.

Mətləbə keçməmişdən əvvəl deməliyəm ki, müzakirələrin aparıldığı məqamda bəzi dostlarımın hərəkəti ürəyimi heç açmadı, sadəcə təəssüfləndim. Bu gün bəzi dostlarım bizim apardığımız müzakirələrə hansısa formada don geyindrmək istəyindədir. Guya ki, hansısa qeydimdə hansısa sözüm kiminsə xoşuna gəlməyib. “Çerez-çerez” söz və ifadələr göndərirlər. Üzümü o yoldaşlara tutub bir daha deyirəm: bələdiyyə sahəsində problemlərin aradan qaldırılmasıyla bağlı verilən təklif və iradları gəlin səmimi qəbul edək, bu təklif və iradları neqativ məcraya yox, ümumi işimizin xeyrinə məhz pozitiv məcraya yönəltməklə Ulu öndər Heydər Əliyevin yaratdığı bələdiyyə sisteminin daha yüksək inkişafına nail olaq. Bu bizim həyat kredomuzdur. Hansısa sözün və ya fikrin ucundan tutub, ucuzluğa doğru getmək yox, əksinə öz gördüyünüz işləri təhlil edib nəticə çıxaraq: biz bu sistemdən yararlandığımız halda, bələdiyyələrə hansı dəstəyi vermişik? Düşünürəm ki, kimin sözü varsa özümə desə daha məqsədə uyğun olar, qaldı kı, kiminsə telefon zənginə cavab verməməyimə, qarşı tərəf özü bu sualında cavabını bilməlidir: niyə cavab verilmir...

İndisə mətləbə keçirəm.    

Dotasiya verilməsinə gəlincə, deməliyəm ki, hər bir ölkədə bələdiyyələrə dövlət büdcəsindən dotasiya ayrılır. Bu bələdiyyənin ümumi büdcə gəlirinin 10 faizindən başlamış 70 faizədək ola bilir. Baltikyanı ölkələrdə orta hesabla 50 faiz təşkil edir. Təcrübə mübadiləsi zamanı Çexiyanın Kuxna-Qora bələdiyyəsində olarkən məlum oldu ki, 20 min nəfər əhalisi olan q

Dotasiya, bələdiyyə və ...

əsəbə bələdiyyəsinin illik büdcəsi 4 milyon avro təşkil edir. Bunun 50 faizini Avropa İttifaqı qəsəbədə konkert layihələrin icrası üçün ayıdrğı dotasiya təşkil edir. Əslində bunun bir qismi elə subvensiya kimi də qeyd edilə bilər. Digər ölkələrdə də məhz bu cür edilir. Yəni dövlət büdcəsində konkret layihələrin icrası üçün bələdiyyələrə maliyyə vəsaiti ayrılır. Bələdiyyə də öz sakininin probleminin birdəfəlik həlli üçün layihəni tələb olunan səviyyədə həll edir. Həll edir ki, bir də sakininin həmin istiqamətlə bağlı problemi çıxmasın.

Dotasiyaya ehtiyac yoxdur deyənlərə səslənirəm ki, ölkəmizdə bələdiyyələrə dotasiyanın verilməsi ənənəsi var. Ancaq məsələ ondadır ki, o dotasiya bir başa ünvanına bəzi hallarda çatmır. Ayrılan vəsait borcları və ya layihələri icra etmək əvəzinə bəzi icra başçılarının təkidiylə “digər lazımsız” istiqamətlərə xərclənir. İndiki halda hər birimizin əsas məqsədi ayrılan vəsaitin bir başa istiqaməti üzrə xərclənməsinə nail olmaqdır.

Odur ki, dotasiya ayrılmalıdır. Gələcəkdə isə yerli RİH-lərə aid olan bəzi səlahiyyətləri bələdiyyələrə ötürməklə bu səlahiyyətin icrası üçün nəzərdə tutulan maliyyə vəsaitini də bələdiyyələrə ayırmaq olar. Qeyd edim ki, “Bələdiyyələrin statusu haqında” Qanunda məhz bu məqam öz əksini tapıb.

Başqa bir məsələ isə indiki vəziyyətlə bağlıdır. Yəni koronovirusla mübarizə şəraitində bələdiyyələrində düşdüyü vəziyyət Hökumətimizi də bilavasitə narahat etməlidir. Bir tərəfdən bələdiyyələrin adının ümumi siyahiya salınmadığından bələdiyyə tam tərkibdə çalışa bilmir. Üstəlik belə bir məqamda pandomiyanın yayılmasının qarşısının alınması üçün müəyyən məhdudiyyətlərin xüsusəndə sakinlərlə təmasın olmaması nəticə də bildirişlərin paylanılmasına da problem yaradir. Sakinlərin vergi ödənişində çətinliyini bura əlavə etsək demək problem ciddidir.

Bununla yanaşı hazırda bələdiyyələrin DSMF-yə altı milyon manatdan artıq borcu var. Və minə yaxın bələdiyyənin də bank hesabı məhz bu borca görə bağlıdır. Bank hesabı bağlı olmayan bələdiyyələr isə indiki halda əməkhaqqı üzrə həm gəlir verisini və DSMF ödənşlərini vergi toplaya bilmədiklərindən həm qulluqçusuna, həm də DSMF yə borclu qalacaq. Belə halda isə bank hesabı bağlı olan bələdiyyələrin sayı artmış olacaqdır. Bu həqiqətən ciddi məsələdir və hər kəsi xüsusəndə Nazirlər Kabinetinin rəsmilərini düşündürməlidir. Vəziyyətə tezliklə çıxış yolu tapılmasa, hətta işləyən bələdiyyələrin fəaliyyəti iflic vəziyyətə düşmə ehtimalı artır.

Bu arada özümə borc bilirəm deyim ki, bizim təsisçisi olduğumuz internet resursa daxil olan məlumat və müraciətlərdən belə qənaətə gələ bilərik ki, ölkəmizin 1606 bələdiyyəsinin 15.061 üzvü və 5500 bələdiyyə qulluçusu Azərbaycan Prezidentinin apardığı siyasəti dəstəkləməklə Prezidentin yanında olduqlarını fəaliyyətləriylə göstərdilər. Maliyyə çətinliyinə baxmayaraq bələdiyyələr bu gün yeni yaradılan Koronovirusla mübarizə Fonduna ianələr köçürməklə, əhali arasında maarifləndirmə işlərində və yaşayış məntəqələrində dezinfeksiya işlərinin aparılmasında, həmçinin aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı insanlara ərzaq yardımının paylanılmasında daim aktiv iştirak etməkdədirlər. Bununla da bələdiyyələrimiz bir daha dövlətə sədaqəti nümayiş etdirmiş oldular.

Maliyyə imkanları artıq olsaydı inanıram ki, bələdiyyələr bundan daha aktiv şəkildə qeyd edilən proseslərdə iştirak edə bilərdilər.

Beləliklə, biz bələdiyyələrin qarşılaşdğı problemlərin tezliklə həll ediləcəyini düşünür, görülən işləri bir daha alqışlayır və Azərbaycanın koronavirusla mübarizədə məhz ölkə başçısının rəhbərliyi ilə tezliklə qalib ayrılacağına inanırıq.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

P.S. Bir daha bu problemlərin həllində bələdiyyə assosiasiyalarının passivliyinə təəssüflənirəm..





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10