Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mirzə İsamyıl Qasir şəcərəsinin tanınmışları


Mirzə İsmayıl Qasir nəslinin məşhurları - 2 millət vəkili, bir neçə professor, 10-a yaxın tanınmış həkim,..
Bu yazıda həmçinin Qasir nəslinin ömür yolunda baş vermiş 5 ən böyük uğur, eləcə də 5 ən faciəli məqamlar haqqında məlumat ala biləcəksiniz

Lənkəranın, eləcə də bu bölgənin mədəniyyət tarixindən qızıl hərflərlə keçən bir insan var – Mirzə İsmayıl Qasir. Biz onun ömür yolu haqqında bir neçə dəfə araşdırma yazılar dərc etmişik. Elə ötən həftə cenub.az saytında dəyərli müəllim, araşdırmaçı jurnalist İldırım Şükürzadənin M.İ. Qasir haqqında paylaşdığımız yazısı da bu qəbildən idi.

Bu gün isə Qasir nəslinin layiqli davamçısı, daha doğrusu M.İ. Qasirin oğul nəticəsi, tarix elmləri doktoru, olduqca zəhmətkeş alimimiz Tufan Axudnzadənin yaxından köməyi ilə hazırladığımız Qasir nəslinin şəcərəsindən seçmələri, eləcə də onların ömür yolundan bəd və şad məqamları diqqətinizə çatdırmağa çalışacağıq.



               

           Xoş hadisələr




                   

        Faciəli məqamlar



Yuxarıda qeyd etdiyimiz kimi Mirzə İsmayıl Qasir nəslinin olduqca nüfuzlu nümayəndələri olmuşdur. Onların sırasında Azərbaycan parlamentində Lənkəranı təmsil etmiş Mirzə Səlim İsmayıl oğlundan tutmuş - Qasirin kötükcəsi, əfsanəvi “Bakılı öğlanları” ŞHK komandasının yaradıcısı və kapitanı, Millət vəkili Anar Camal oğlu Məmmədxanov da var.

Qasirin atası – Onun Cavad Xan qəzasında mədrəsəsi olub




1. Hacı Axund Səlim Dövlətxan oğluQasirin atası, Kərbəlada ali dini təhsil almış, şirvanlı Mustafa xanın yaxın adamı olmuşdur. 1802-ci ildə Cəvad qəzasında Mədrəsə açaraq 1820-ci ildə Xanla İrana köc edənə qədər müəllimlik etmişdir.

Qasirin böyük oğlu, Qafqazın Ətabatisi adlandırılan,


Azərbaycan parlamentində Lənkəranə təmsil edən şəxs



2 – Hacı Axund Mirzə Səlim İsmayıl oğlu. Qasirin böyük oğlu, Lənkəranda Gimnaziya bitirib, sonra Zəncan, Ərdəbil və Nəcəfdə dini təhsil almışdır. Təbrizdə Səttarxanın başçılığı ilə Məşhrutə inqilabında iştirak etmişdir. Lənkərana qayıtdıqdan sonra bir müddət Gimnaziyada müəllimlik etmiş, İslam Birliyi ideyasının daşıyıcısı olmuşdur. Hətta ona Qafqazın Ətabatisi deyirmişlər. 1916-cı ildə, Osmanlı Birinci Cahan Müharibəsində yeddi cəbhədə qan töküldüyü zaman ora gedir. Lənkərana qayıdandan sonra Milli müstəqillik mücadiləsinə qoşulur, Lənkəranda Musavatın özəyinİ yaradır. Qafqaz Seyminin, eləcə də Milli Şuranın üzvü kimi Müstəqilliy Bəyannaməsinə imza atanlardan biri, Azərbaycan Parlamentində Lənkəranı təmsil edib. Mühacirət zamanı Əfqanıstana, ordan da Orta Asiyaya gedərək Sovetlərə qarşı mücadilədə iştirak edib. İranda Mühacir Musavatçılara rəhbərlik edir.

Qasirin kiçik oğlu, Lənkəran qəzasının Pristavı olmuş
3. Məşədi Mirzə Səbi İsmayıl oğlu - Qasirin kiçik oğlu. Lənkəranda milli hökumət gurulanda, Lənkəran Qəzasının Pristavı olmuş, bölgədə asayişin qorunmasında ciddi fəaliyyət göstərmişdir. 1937-ci ildə həbs edilərək Şərqi Sibirə sürgünə göndərilmiş və orada vəfat etmişdir.

Qasirin qız nəvəsi. Dövrünün tanınmış

həkimlərindən olmuşdur

4. İlyas Rəhmətulla oğlu Axundzadə. Qasirin qız nəvəsi. Atası Lənkəranda nəsillikcə tanınmış Şərq Təbib Məktəbinin parlaq nümayəndəsi olan Rəhmətulla Molla Nəzər oğlunun yolunu davam edib. Lənkəranda və Azərbaycanın digər bölgələrində malariya və vərən əleyhinə böyuk işlər görmüşdür. 1937-ci ildə həbs edilib və Sibirə göndərilir. Yüksək səviyyəli həkimliyi sahəsində, həbs və sürgün zamanında da daim Tibbi Komissiyalara, xəstəxanalara başçılıq etmiş, vərəmə qarşı əməliyatlarda iştirak etmiŞdir. Ümumiyyətlə, Qasir nəslinin bu qolundan kifayət qədər həkim, tibb işçisi çıxmışdır.

Qasirin oğul nəvəsi. 19 yaşında məktəb direktoru olub

5-Bibixanım Səbi qızı Axundzadə, Qafarova. Qasirin oğul nəvəsi. Hələ Qasirin atasından başlanmış tədrisə meyl bu nəsildə də kəsilməmişdir və bu günə qədər davam edir. Bibixanım 2 rəfiqəsi ilə 1923-cü ildə Bakıya oxumağa gəlib. Burada Darülmüəllimdə təhsil alır və 1927-ci ildə, 19 yaşında məktəb direktoru vəzifəsində çalışır. Bibixanımın 2 bacısı Ləyə və Şeyda da müəllim olmuşlar.

Qasirin nəvəsi. “Əxbərnamə”nin üzə çıxmaqında

müstəsna rolu olan şəxs


6- İshaq Səbi oğlu Axundzadə. Qasirin nəvəsi. Tanınmış mühəndis-geoloq olmasına baxmayaraq iş fəaliyyətinin müxtəlif dövrlərində Türkmənistanda, Lənkəranda və Qəbələ rayonunda müəllimlik etmişdir. Həyatı boyu gəlbi lənkəranla döyünən İshaq Lənkəran tarixi üçün çox qiymətli olan “ƏXBARNAMƏ” əsərinin və Hacı Səlim Axundzadənin “XATİRATI"-Inın üzə çıxmasında müstəsna rolu olmaqla, özü də Lənkərana olan sonsuz məhəbbətini “XATİRƏMDƏ QALAN LƏNKƏRAN”, “AZƏRBAYCAN İNCİSİ” və nəhayət “QƏLBİM HƏR ZAMAN LƏNKƏRANDADIR” kitablarında əks etdirib.

Qasirin nəvəsi. Azərbaycan Milli Ensiklopediyasının yazılmasının əsasların qoyanlardan biri

7. Sabir Səbi Oğlu Axundov. Qasirin nəvəsi. Moskvada Şərqşunaslıq İnstitutun bitirmiş İqtisadçı Türkoloq Sabir Axundov dəfələrlə Türkiyədə ölkəni təmsil etmişdir. Azərbaycanda uzun illər Radiokomitədə Türk dilində verilişlərinin aparıcısı, Radiokomitənin Baş redaktoru, Azərbaycan Milli Ensiklopediyasının yazılmasının əsasların qoyanlardan biri olmuşdur. Dövlət universitetlərində iqtisadiyyat, türk dili və jurnalistikadan dərs demiş, efirda verlişlər aparanların bir çoxuna nitq mədəniyyətinin əsaslarını öyrətmişdir. Prezident Təqaidçisi olmuşdur.

Qasirin qız nəvəsi. Moskva Bauman adına

İnstitutun professoru.
8-Əkrəm Əbülfəz Oğlu İsmiyev. Qasirin qız nəticəsi. Moskva Bauman adına İnstitutun professoru. Bir çox Patentlərlə təsdiqlənmiş ixtiraların müəllifi.

Qasirin qız nəvəsi. Filologiya üzrə professor

9- Səidə İbrahim Qızı İbrahimova. Qasirin qız nəticəsi. Professor, filologiya üzrə elmlər doktoru. Tanınmış xarici dillər mütəxəssisi, uzun illər Azərbaycan Milli Elmlər Akademiyasında Xarici Dillər kafedrasının müdürü olmuşdur.

Qasirin oğul nəvəsi. Tarix elmləri doktoru
10- Tufan İsahaq oğlu Axundov. Qasirin oğul nəticəsi. Tarix elmləri doktoru, memar və arxeoloq. Azərbaycanın müxtəlif bölgələrində uzun illər arxeoloji tədqiqatlar aparmış, yeni abidələri aşkar edərək onlarda qazıntılar apararaq tarix və mədəniyyətimizin bir çox qaranlıq sahələrinə aydınlıq gətirmişdir. Tədqiqatlarının nəticələrin 9 monoqrafiyada işıqlandırmış, Azərbaycanı bir çox beynəlxalq konfranslarda təmsil edərək xalqımızın tarix və mədəniyyətinin dünya tarixində olan rolunu göstərmişdir. Bunlarla yanaşı ailə ənənəsinə davam edərək Azərbaycan və xüsusulə də Cənub bölgənin tarix və mədəniyyətinə aid “Əxbarnamə”, “Axundzadə Mirzə İsmayıl Qasir, 2010”, “Azərbaycan torpağına türbət demişəm” və “Qəlbim hər zaman Lənkarandadır” adlı kitablarını tərtib edərək nəşr etdirmişdir.

Qasirin kötükçəsi. “Bakılı oğlanlar” ŞHK-nin yaradıcısı, kapitanı. Millət vəkili.
11.    -Anar Camal oğlu Məmmədxanov. Qasirin kötücəsi. Əfsanəvi “Bakılı öğlanları” ŞHK-nun yaradıcısı və kapitanı, Millət vəkili.. Onun Qarabağdan olan atası da alim olmuşdur.



Hazırladı:  Zahir Əmənov Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10