Yazıçı Süleyman Rəhimovun "Mehman" əsəri əsasında rejissor Muxtar Dadaşovun çəkdiyi “Qanun naminə” filmində bir obraz var - Qaloş… Filmdə mübarizə əsasən iki personaj – prokuror Mehmanla prokurorluğun xidmətçisi Qaloş arasında gedir. Daha çox “Mehman” adı ilə tanınan bu ekran əsərinə baxanlar bilir ki, Qaloş əks cəbhənin ümumiləşmiş obrazı kimi çıxış edir.
Mənfi qəhrəmanlar içərisində özünəməxsusluğu ilə seçilən Qaloş kinomuzda yaradılmış ən koloritli obrazlardandır. Belə olmasaydı, bu gün də yeri gələndə mənfi xarakterli, iblis simalı şəxsləri Qaloşa oxşatmaz, Qaloş adlandırmazdılar.
Modern.az saytının təqdim etdiyi bu yazıda “Qanun naminə” filmində Qaloş obrazını ifa etmiş aktyordan - Rza Təhmasibdən söhbət açılır.
Çünki 20 aprel tarixi Azərbaycanın görkəmli kino və teatr aktyoru, rejissor və pedaqoq, xarakterlər ustası, mürəkkəb obrazları yüksək peşəkarlıqla ifa etmiş Rza Təhmasibin doğum günüdür.
Onu mübaliğəsiz olaraq Azərbaycan teatr və kino sənətinin korifeylərindən biri adlandırırlar.
Milli teatrımızın inkişafında bu sənət fədaisinin xidmətləri əvəzsizdir. Onun genişmiqyaslı rejissorluq, aktyorluq fəaliyyəti bütöv bir əsrin sənət tarixinin parlaq səhifələrini təşkil edir.
Rza Abbasqulu oğlu Təhmasib 20 aprel 1894-cü ildə Naxçıvanda doğulub. O, anasını çox erkən yaşda itirib. Anadan yetim qalan Rza Təhmasibin tərbiyəsində və böyüməsində bibisi Durna böyük rol oynayıb.
Rza Təhmasib 1901-ci ildə Naxçıvanda açılan "Məktəbi-tərbiyə"yə daxil olub və beş il orada rus, ərəb, fars dillərini, tarix və coğrafiya fənlərini öyrənib... Sonra üçsinifli Naxçıvan şəhər məktəbinə qəbul edilib. 1909-cu ildə həmin məktəbdə təhsilini başa vurub.
O, elə uşaqlıqdan sənətə-teatra meyli olub. Tanınmiş tacir olan atasi Abbasqulu bəy isə oğlunun aktyor olmasına razı olmayıb. Oğlunun yalnız ticarət sahəsində təhsil ala biləcəyini düşünən Abbasqulu bəy 1910-cu ildə onun Tiflisə oxumağa getməsinə razılıq verir. Gənc Rza burada 8 illik ticarət məktəbinin 4-cü sinfinə daxil olur. Az müddətdə Tiflisin ədəbi-mədəni həyatı ilə tanış olan Rza Təhmasib atasının istəyinə zidd olaraq, buradakı Azərbaycan teatr həvəskarları dərnəyinə üzv yazılır. 16 yaşında ikən Tiflisdə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayan gənc Rza 1917-ci ilin qışında Naxçıvana qayıdır. Dram dərnəklərində çıxış edən Rza Təhmasib aktyor və rejissor kimi çalışır.
Təhsil illərində gənc Rzanın soyadı sənədlərdə Təhmasibbəyov olub. 1910-cu ildə Rza dostu- görkəmli şair Hüseyn Cavidin məsləhəti ilə soyadını Təhmasib kimi yazdırıb. Əks halda, onu gələcəkdə xoşagəlməz aqibət gözləyə bilərdi…
Sonralar doğrudan da Təhmasibbəyovları Naxçıvanda qalıb yaşamağa qoymurlar və oradan köçməyə məcbur edilirlər.
Rza Təhmasibbəyovlardan olduğuna görə, dəfələrlə həyatda böyük haqsızlıqlarla üzləşib.
Rza Təhmasib repressiya illərində olduqca zəngin şəxsi arxivini yandırıb ki, balalarını xilas etsin. Qızı Tamilla xanımın yazdığına görə, atası arxivini yandırandan sonra hönkür-hönkür ağlayıb.
“Hər gecə gözləyirdim ki, gəlib məni də aparacaqlar. Mənə demişdilər ki, kimin evində ərəb əlifbası ilə əlyazma, kitab tapılsa, onun ailəsini də sürgün edirlər. Mən ailəmi kitablarıma, yazılarıma qurban verə bilməzdim. Mən ailəmi deyil, arxivimi qurban verdim”,-deyə Rza Təhmasib arxivini yandırmasının səbəbini qızına izah edərkən bildirib.
Onun rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri olub. 1917-ci ilin martında Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin Naxçıvan teatrında tamaşası olub. Naxçıvanda ilk dəfə səhnələşdirilən əsərdə Şeyx Nəsrullah rolunu Əliqulu Qəmküsar, kefli İsgəndər rolunu isə aktyorun özü oynayıb.
O dövrün mətbuatında Rza Təhmasibin quruluşunda "Ölülər" yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilib.
"Ölülər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynayıb.
1918-ci ildə Rza Təhmasib Bakıya gəlir və seminariyada dərs deməyə başlayır. Həmin il Rza Təhmasib Bakıda tanış olduğu Leyla adlı osetin qızı ilə ailə qurur. Azərbaycan Opera və Balet Teatrında aktrisa işləyən Leyla bu evlilikdən sonra Təhmasib soyadını götürür.
Rza Təhmasib 1920-ci ilin payızında görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin köməkliyi ilə Bakıdakı Milli Dram Teatrına işə götürülür.
Aktyor kimi teatrın aparıcı sənətkarlarından olan Rza Təhmasib həm də Milli Dram Teatrında rejissorluq edir.
Ancaq 1921-ci ildə gözlənilmədən Türkiyəyə getmək, diplomatik nümayəndəlikdə tərcüməçi vəzifəsində çalışmaq təklifini alan Rza 1922-ci ilin avqustunadək qardaş ölkədə qalır.
Türkiyədən qayıtdıqdan sonra yenidən Milli Dram Teatrında işləməyə davam edir. O, 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938 və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərib.
1930-cu ildə Rza və Leyla Təhmasiblər ayrılırlar. Hətta bu evlilikdən doğulan bir oğlan uşağı belə onların ayrılığına mane ola bilmir.
1934-cü ildə Rza Təhmasib orta məktəbdə ibtidai sinif müəllimi işləyən, əslən şamaxılı Gülsüm xanımla ailə qurur.
Daha sonra Rza Təhmasib məşhur rejissor Eyzenşteynin dəvətilə Moskvaya oxumağa gedir. Gedərkən həyat yoldaşı Gülsüm xanımı da özüylə birgə birlikdə Moskvaya aparır. 1937-ci ildə Moskva Kinematoqrafiya İnstitutunu bitirən Rza Təhmasibə rejissor Eyzenşteyn Moskvada qalıb bir yerdə işləməyi təklif edir. Amma həyat yoldaşı Gülsüm qürbətdə yaşamaq istəmədiyindən onlar Bakıya qayıtmalı olurlar.
Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir.
Aktyor kimi səhnədə yaratdığı İsgəndər ("Ölülər"), İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Qacar ("Ağa Məhəmməd Şah Qacar"), Süleyman ("Həyat"), Koşkin ("Lyubov Yarovaya"), Strijin ("Eskadranın Məhvi"), Karl Moor ("Qaçaqlar") kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olub.
Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olub. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoyub, müxtəlif rolla ifa edib. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi personajları xüsusi istedadla səhnədə canlandırıb.
Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olub.
Rza Təhmasibin sənətə gəldiyi vaxt Azərbaycan kinosunun yenicə yaranmağa başladığı bir dövrə təsadüf edirdi. Bu kinomuzun elə bir dövrü idi ki, onun inkişafını məhz teatr xadimlərimizin, rejissor və aktyorlarımızın iştirakı olmadan təsəvvür etmək mümkün deyildi. Bir çox klassik teatr xadimlərimiz həmin dövrdə kinomuzun ağırlığını öz çiyinlərində daşıdılar. Onlardan biri də Rza Təhmasib idi. Böyük sənətkar Moskva Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib Bakıya dönən ildə - 1937-də "Ordenli Azərbaycan" sənədli filmini çəkmişdi.
Müharibənin qızğın dövründə - 1941-ci ildə Rza Təhmasib "Səbuhi" filminin çəkilişlərinə başlayır. Film 1943-cü ildə tamamlanır. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilmişdi.
Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi "Arşın mal alan" filmi oldu. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görüldü.
"Arşın mal alan" kinokomediyası uzun illərdir dünya ekranlarını dolaşmaqdadır. Filmin uğurlu taleyinin bir səbəbi də rejissorların güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev, Mirzəağa Əliyev və digər korifeylər filmin müvəffəqiyyət qazanmasında mühüm rol oynayıblar.
Rza Təhmasib bu film haqqında yazıb: “Müharibənin ağır illərində biz filmi Moskvaya təhvil verməyə aparmışdıq. Moskvada vəziyyət çox ağır idi. Bəzi küçələrdə hələ də gediş-gəliş bərpa edilməmişdi. Filmi qəbul edən komissiyanın bəzi üzvləri bizi soyuq qarşıladılar. Baxışdan sonra mübahisə qızışdı. Bizi hətta məzəmmət edənlər də oldu. Açıqca deyirdilər ki, bu vurhavurda “Arşın mal alan” yeridir? Sən demə, film elə məqamındaca çəkilibmiş. Baxışdan iki gün sonra film Moskvanın iki kinoteatrında ekrana buraxıldı. Üç gün sonra isə 18 kinoteatrdan “Arşin mal alan”ın sədası eşidildi".
R.Təhmasibin kinoda ilk sərbəst rejissor işi "Onu bağışlamaq olarmı?" filmi olub. Bu film 1959-cu ildə istehsal olunub. Filmin ssenarisini rejissorun qardaşı, görkəmli filoloq-alim M.Təhmasib yazmışdı.
Kinomuzda onun ən layiqli aktyor işi isə "Qanun naminə" filmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır.
Rza Təhmasib bu personajın daxili məkrini, hiyləgərliyini çox maraqlı jestlərlə tamaşaçıya çatdıra bilib.
Həmin filmdə Züleyxa rolunu oynamış Xalq artisti Flora Kərimova Modern.az-a müsahibəsində deyib ki, epizodlardan birinin çəkilişi zamanı Qaloşun baxışları onu çox bərk qorxudubmuş:
“İnanın, bir neçə gün o qorxunun təsirindən çıxa bilmirdim. Çəkiliş getdiyini, Qaloşu oynayanın Rza Təhmasib, hər gün salamlaşdığım adam olduğunu bildiyim halda qorxmuşdum. Məndə xof yaranmışdı. Rza Təhmasib orada o qədər real oynayırdı, elə zəhmli baxışı vardı ki, həqiqətən filmə çəkildiyimi unutmuşdum. Bu aktyorun qüdrətindən irəli gələn bir şey idi, sözlə ifadə ediləsi deyil".
Rza Təhmasibin filmlə bağlı xatirələrindən:
“1969-cu il idi, "Mehman" filmi ekranlara təzə çıxmışdı. Bir gün axşamüstü kinostudiyadan çıxıb piyada gəzirdim. Qəfildən bir dəstə qadın mənimlə üz-üzə gəldi. Deyəsən yas yerindən qayıdırdılar, çünki hamısı qara geymişdi. Qadınlardan biri məni tanıyıb digərləri ilə pıçıldaşmağa başladı. Sonra məni dövrəyə aldılar. Məni tanıyan qadın düz gözlərimin içinə baxdı.
– Sizə dedim odur!
Çaşıb qalmışdım.
– İndi səni bizim əlimizdən kim alacaq?
– Üzr, istəyirəm, amma sizi başa düşmədim. Nə olub axı?
– Özünü tülkülüyə vurma, Qaloş. Başına panama qoyub, boynuna qalstuk taxmaqla deyil ey, sən necə qıydın Mehmana, onu de.
Hər şeyi başa düşüm. Gülümsündüm. Qadınlardan biri mənə diqqətlə baxıb dedi:
– Əşşi, bu o deyil. Oxşayır, ancaq o deyil. Qaloş belə gülə bilməz. Düz demirəm, ay qardaş, sən Qaloş deyilsən….
– Düz deyirsən, oxşatmısız, mən Qaloş deyiləm.
Məni oxşadan qadın bir də tərs-tərs baxıb uzaqlaşdı. Bir-iki addım atandan sonra anidən geri çevrildim, qadın hələ də geri boylana-boylana qalmışdı”.
Rza Təhmasib 60-cı illərin birinci yarısında Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.
O, ömrünün böyük bir dövrünü həm də pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm və əhəmiyyətli rol oynayıb.
Əvvəllər Bakı Teatr Məktəbində, 1946-cı ildən ömrünün sonunadək Teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib.
Rza Təhmasib 1946-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı, 1964-cü ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb, “Şərəf nişanı” ordeni və başqa mükafatlarla təltif olunub.
Rza Təhmasib bir neçə dəfə övlad itkisinin ağrı-acısını yaşamağa məcbur olub. Belə ki, 1937-ci ildə onin ilk nikahından doğulan oğlu Özdəmir Volqa çayında boğulub ölür. Həmin vaxt Özdəmir 15 yaşında idi.
1971-ci ildə Rza Təhmasibin ikinci evliliyindən dünyaya gələn kiçik qızı Aybəniz qəflətən vəfat edir. Bir neçə il sonra Teatr İnstitutunda oxuyan oğlu Araz ağır xəstəlikdən dünyasını dəyişir.
Bu hadisələrdən sonra şəkər xəstəliyindən əziyyət çəkən görkəmli sənətkarın özünün ayağını amputasiya edirlər. Və 14 fevral 1980-ci ildə 86 yaşlı Rza Təhmasib dünyasını dəyişir. Mərhum sənətkar Bakıdakı ikinci Fəxri xiyabanda dəfn olunub.
Sənətkarın qızı, teatrşünas Tamella Təhmasib atasının həyat və yaradıcılığını onun haqqında yazdığı “Rza Təhmasib” adlı kitabına sığışdırıb.