Kimlərinsə qələbəsində məğlubiyyət, kimlərinsə… məğlubiyyətində bir rəzalət var idi
Adətən seçki sonrası baş verən saxtakarlıqlardan, yaxud, kiminsə möhtəşəm qələbəsindən söz açıır. Mən isə söhbətə bir lətifə ilə başlamaq istəyirəm. Deməli, biri müharibədən, oradakı igidliyindən danışırmış. Söhbət əsasnısında deyir ki, getdim nemesen üstünə, qolun kəsdim, qıçın kəsdim, gözün çıxartdım… Biri soruşur ki, elə birdəfəlik basin kəsərdin də. Həmin “qəhrəman” deyir ki, heyif, mən gələnə qədər basin kəsmişdilər.
Yəqin ki, hər sözdən söz götürənlər başa düşdü ki, nə deyirəm. Yəni, bir-iki namizədi çıxmaq şərti ilə bizim bu seçkinin bir çox qalibləri “başı” kəsilmiş rəqiblərinin qol-qıçını qırırdılar.
Bizim proqnozlar doğrulmadı
Cənub bölgəsindəki 12 seçki dairəsi barədə verdiyimiz proqnozlar doğrulmadı. Belə ki, həmin 12- dairədən əvvəllər bu dairələrdən deputat olmuş 9 (+1) nəfər yenidən mandat sahibi oldi –Malik Həsənov(Cəlilabad), Fəzail İbrahimli (Buləsuvar, Cəlilabad, Masallı), Hadi Rəcəbli (Lənkəran), Rüfət Quliyev (Lənkəran), Cavanşir Paşazadə (Lənkəran-Masallı), İqbal Məmmədov (Lerik), Ziyafət Əsgərov (Astara-Lənkəran), Rəşad Mahmudov (Astara) və Musa Qasımov (Yardımlı). Bir nəfər – Elman Nəsirov isə İmişlidəki seçicilərini Cəlilabada dəyişdi.İqbal Məmmədovun, Hadı Rəcəblinin, Elman Nəsirovun və digərlərinin yenidən mandat əldə etməsi bütün islahat aşiqlərini məyus etdi.
Beləliklə, 12 namizəddən cəmi 2 nəfəri – Məşhur Məmmədov və Anar İsgəndərov yeni mandat alanlar sırasına düşdü.
Biz yaxşı deputat kimə deyirik?
Fərz edək ki, deputatlq üçün çox vacib olan, həm iqtisadçı, həm hüqüşünas ixtisaslarına mükəmməl yiyələnməş, həmçinin Milli Məclisdə kifayət qədər söz deməyə cəsarəti olan birisi deputat kürüsünə sahib olur. Həmin çoxluğun içində o nə edəcək? Onsuz da hamı bilir ki, hansı rayonda nə qədər xaraba küçə, nə qədər xaraba məktəb, nə qədər yoxsul vəziyyətdə yaşayan insan var. Hələ deputatdan da çox problemləri qabardan FH qəhrəmanlarını demirəm. Ona görə, məncə, həmin arzuladığımız seçilmişlər ən azından Milli Məclisdə fraksiya qədər çox olmasa, o seçimin heç əhəmiyyəti olmayacaq. Bəs nə etməli? Ümid qalır ona ki, heç olmasa imkanlı adam seçilsin, 5-ni özü yeyəndə, birini də xalqa versin. Yoxsa, riyaziyyatçılar demişkən, çevrədə ən uzun xətt diametrdir, o da həmin dairədən çölə çıxa bilmir.
Bəs başlığa çıxartdığım o “məğlubiyyətində rəzalət olanlar” kimdir?
Seçki öncəsi yazdığım “Namizədlər mətbuatdan niyə qaçır?” yazısında bu suala kifayət qədər aydınlıq gətirmişdim. Qeyd etmişdim ki, nəsə çırpışdırmaq üçün seçkiyə qatılanlar elə bələkdəcə “soska”sın alıb geri çəkildilər. Bəzilərinə sadəcə “xox” gəlib, geri otuzdurdular. Bu gün qalib olan bəz şəxslər elə rəqiblərin qabağndan qaçdı ki, adam onlar üçün dəsmal götürüb ağlamaq istəyir. Adama deməzlər ki, əgər sən güclüsənsə, niyə “dovşanın” da qabağından qaçırsan?
Meydanı boş görüb, ortaya elə adamlar düşmüşdü ki… Bu vaxta qədər rayonun yolunu tanımayanlar, adı olub, özü olmayan partiyanın təmsilçiləri, məktəbdə “təmizkom” seçilə bilməyənlər belə deputat seçilmək istəyirdilər. Belələri isə mətbuatdan bacardıqları qədər qaçırdılar. Qaçırdılar ki, suallarımız qarşısında maskaları açılar, çılızlığı daha aydın görünər. Hətta özü-özündən müsahibə alıb, bizə göndərənlər də var idi. Bizi günahkar çıxardan da yox deyildi. Niyə mənim haqqımda tərif yazmırsan? Bunlar başa düşmək istəmirdi ki, biz jurnalistk, tərəf tuta bilməzdik. Sadəcə, kimdənsə müsahibə alıb, yaxud reklam verib, onun mövqeyini işıqlandıra bilərik.
Təssüf ki, əksər namizədlərin düzgün media taktikası yox idi. Ya deməyə sözləri, ya da müasir media tenologiyalardan xəbsiz idilər. Bəziləri elə bilirdi ki, filosof duruşunda bir çəkil şəkdirib, arxasına da bir təqvim şəkili yapışdırsalar, oldular deputat. Neynəyək, beləyik də.
Bəs layiq olub, lakin abrına bükülüb, normal seçki mühitinin olmayacağını duyub meydana girməyənlər kimlər idi? Təəssüf ki, elə bizim regionda belələri çox da gözə dəymədi. Çoxları, mandate döyüşsüz, elə qızıl xonçada almaq istəyirdi.
Yeni seçilənlərdən ən çox rəğbət kimə idi?
Cənubdakı 12 dairədən ürək xoşluğu ilə səs qazananalrdan biri 70 saylı dairədən mandat qazanan Məşhur Məmmədov idi. Bit çox namizədlərin deputat olandan sonar nə edəcələrini vəd edənlərdən fərqli olaraq Məşhur müəllimin bu vaxta qədər etdikləri, əslində bir neçə deputatin işinə bərabər idi. Onunla müsahibədə bir çox mətləblərə aydınlıq gətirsək də, müsahibədən sonar eşitdiyimiz rəylər daha maraqlı idi. Uzun illər “yaxşı deputat” nisgili ilə yaşayan insanlar onun timsalında az qala öz xilaskarların görürdülər. Hətta digər dairələrin seçiciləri “kaş bizim deputatımız olaydı”, “Beləsi icra başçımızı olsa, daha faydalı olar, onun-bunun cibinə göz dikməz” kimi deyimlərlə duyğularını gizlətmirdi.
Lakin Məşhur müəllim də “oyun” qaydalarına uyğun olaraq namizədliyini irəli sürən YAP-ın imkanlarından faydalanmağı da unutmadı. Onun rayon mərkəzindəki yekun toplantısında 2 məqam da da çox yadda qaldı. Olduqca səmimi çıxışı ilə yadda qalan Nazilə Hüseynova, bir də…. Bəli bir də ünavnına olduqca xoş sözlər deyilən sabiq deputat Nəriman Əliyev. Həmin sözləri eşidəndə baxışlardan oxunan kinayəli ifadələri ozumamaq mümkünsüz idi. Yəni, bu belə yaxşı idisə, niyə təzədən seçmədiniz. Nə isə uzun və ağır söhbətdir.
Ən çox şikayətlər haradan gəldi?
Lerik rayonundan İqbal Məmmədova rəqib olmuş 5 namizədin birgə etirazları cənubdakı seçkiyə xüsusi rəng qatdı. Belə ki, seçki başa çatar-çatmaz bu 5 namizəd internet televiziyaya çxıb dəlil-sübutlarla öz etirazlarını ortaya qoydular.
Lənkəanda Yadigar Saqıqlının namizəd olduğu, bir də Astarada Rəşad Mahmudovun qalib olduğu dairələrdən gələn bəzi etirazları nəzərə almasaq, digər dairələr, demək olar ki, əvvəldən gözlənildiyi kimi “danışıqsız təslim” oldular.
Nə isə. Hər nəyimiz necədirsə, elə seçkimiz də o cürədir. Necə deyərlər, çox da qəm eləməyin. Yazını lətifə ilə başlayan kimi, kefiniz açılsın deyə, qədimdə bizi istəməyənlərin quraşdırdığı bir lətifə ilə də bitirmək istəyirm.
“Deyir, atanın 3 oğlu var idi –ikisi ağıllı, biri deputat idi”.
Zahir Əmənov