Yaxud, Güclü deyilən rəqiblər, niyə “zəif”
dediyi rəqibləri zərərsizləşdirir?
Qurbanov Əflatun Rauf oğlu. 1985-ci ildə, Masallı Rayonunun Ərkivan qəsəbəsində anadan olmub. ABU-nun Regionşünaslıq fakültəsini bitirmirib. Hazırda Ərkivan Qəsəbə tam orta məktəbində müəllim işləyirəm.
- Əflatun müəllim, siz nədən bu qərarı verdiniz?
- Lakin parlamentə əyləşən ruhən, bütün varlığı ilə ərkivanlı olsaydı, təkcə namizəd olduğum dairənin ərazisində çoxlu abidələrin, o cümlədən Ərkivan Qalasının, Ərkivandakı kurqan yerlərinin, eləcə də Qızılavardakı müharibə veteranları üçün abidənin, Hişgədərədəki qəbristanlıq-abidənin və digərlərinin dağıdılmasına dözməzdi.
- Ərkivanlılar sizə ancaq ərkivanlı olduğunuz üçün səs verməlidir?
- Mən millətçilik, yerlibazlıq duyğularından çox uzağam. Lakin millət vəkilliyinə namizəd olanların ilkin siyahısına baxanda burada 20-dən artıq adam gördüm, onların içərisində ərkivanlı yox idi. Necə olur, bu qədər alimi, idmançısı, din xadimi, jurnalisti, dünya miqyaslı sahibkarları olan bir qəsəbənin bu qədər ciddi kompaniyada bir nümayəndəsi olmasın. Ona görə namizədliyimi irəli verdim. Əgər görsəydim ki, namizədlər içərisində hər hansı, daha güclü ərkivanlı var, dərhal namizədliyimi geri götürərdim.
- Əsas hədəfləriniz nədir?
- Desəm ki, möcüzələr yaradacağam, yalan olardı. Necə deyərlər, ovcumuzun içində olan imkanlardan layiqincə faydalansaq, bəsimizdir. Təkcə Ərkivan Qəsəbəsində 200- ə yaxın toxuculuqla məşğul olan – papaq, “jaket”, şarf, bəzəkli formalı geyimlər toxuyan qızlar və qadınlar var. Bunlar üçün daha müasir avadanlıqlar, daha ucuz ipliklər əldə etsək, onların normal satışını təşkil etsək, onların sayını bir neçə dəfə artıra, heç nədən 100-lərlə iş yeri yaratmış olacağıq. Buna imkanlar da var, əlaqələr də.
- Rəqiblərinizin güclü olması sizi narahat etmirmi?
- Məncə güclü rəqib, rəqiblərinə qarşı belə “qaydasız döyüş”dən istifadə etməzdi. Namizədlərin yarıdan çoxu geri çəkildi. Niyə gəlmişdilər, niyə geri addım atılar? Hansı təzyiqlər olmadı onlara - kimini əmlakla, kimini qohumunun vəzifəsi ilə hədələdilər. Kiminə də yağlı vədlər verdilər. Namizədləri zərərsizləşdirmək üçün elə miskin formalara əl atdılar ki. Əlimdə hamını təəccübləndirən məlumatlar var ki,.. Kimin gücü varsa, cəsarətini, el içində hörmətini görsətsin. Niyə mane olursunuz? Bu qədər abidələr dağıdıldı, bu qədər insanların haqqı pozuldu, bəs o güclülər harada idilər? Məni ağrıdan odur ki, məni elə ərkivanlıların əlil ilə vururdular. Başqalarına yarınmaq üçün mənə hansı hədələr gəlmirdilər. Qətiyyətlə deyirəm, mən sonadək geri çəkilməyəcəm.
- Daha nələri demək istərdiniz?
- Təbii ki, ilk növbədə sosial məsələlərə diqqət yetirəcəyəm. Kolatanda görüşdə olan zaman bir yaşlı kişinin az qala acından yerə yıxılacağını gördüm. Mənzilinə baxdım. Bu, nə dəhşətli durum idi, həmin ailə yaşayırdi. Heyf ki, belələri az deyil.
Mənim əsas hədəflərimdən biri QHT-lərin daha da inkişaf etdirilməsi olacaq. Əgər ölkə üzrə müqayisə etsək, ən az QHT bizim ərazimizdədir. Onlarla qızımız evlərdə işsiz əyləşib. İmkansızlıqdan ailə qurmayan onlarla gənc oğlan və qız var.
Problemlər bir-iki deyil. Biz tez-tez sosioloji tədqiqatlar, rəy sorğuları aparacağıq, görüşlər keçirəcəyi ki, bu problemləri öyrənək, işgüzar müzakirələr aparmaqla onların həlli yolun tapaq.
Hamızınıza uğurlar arzulayıram. Seçki günü görüşənədək.
İnandıqlarınıza səs verin.
Cenub.az