Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ədalət Həşimov növbəti dəfə deputatlıq marafonuna qoşulmaq istəyir


70 saylı Masallı DSK-dan artıq 5 nəfər iddialı imza vərəqəsi götürüb
 
Masallı şəhərində anadan olmuş, bir müddət Masallı rayon məhkəməsinin hakimi, Baş prokurorun köməkçisi olmuş Ədalət Həşimov 2-ci dəfə Milli Məclisə özünü deputatlığa namizədliyinə irəli sürməyə hazırlaşır. Hazırda o, 70 saylı DSK-dan imza vərəqələrini götürüb.
Xatırladaq ki, o, ilk dəfə 1995-ci ildə deputatlığa namizədliyin irəli sürüb. Lakin təşəbbüsü uğursuz olub. Xeyli fasilədən sonra, 2015-ci ildə 2-ci dəfə Milli Məclisin üzvü olmağa cəhd edib. Lakin imza toplama mərhələsində müəmmalı şəkildə deputatlığını geri götürüb.
Bir neçə ay öncə isə onun adı keçmiş səhiyyə naziri Əli İnsanovun yaratdığı partiyanın təmsilçiləri sırasında adı hallandı. (Həm də Ədalət Həşimov kimi yox, Mir Ədalət Talışxanov kimi). Məlumat və şəkili mətbuatda paylaşan kimi isə həmin partiya ilə bağlılığını təkzib etdi. Görək, Ədalət müəllim bu dəfə Milli Məclisə namizəd yarışında hara qədər gedəcək.

Bundan əvvəl isə Masallı rayonun Həsənli Ərazi Dairəsinin Köçəkli kəndində boya-başa çatmış Cəlil Nəzərov bu mübarizəyə qoşulduğunu elan etmişdi.
Yuxarıda adlarını çəkdiyimiz şəxslərdən əlavə Ana Vətən Partiyasından Xaliq Şükürov (Qasımlı kəndi), Ümid Partiyasından Faiq Heydərov (Təzə Alvadı kəndindən), eləcə də Şamxal adlı şəxs (Hacıtəpə kəndindən) imza vərəqələri götürüb.
Bundan əvvəl 70 saylı seçki dairəsindən 2 dəfə deputat olmuş Nəriman Əliyevin isə mövqeyi hələ ki bəlli deyil.
Yəqin ki, o və digərləri YAP-ın sabah açıqlanacağı gözlənilən  deputat siyahısını gözləyirlər.

Qeyd: Dünən başa çatmış bələdiyyə seçkiləri isə artıq bir çox mətləblərə aydınlıq gətirdi - hələ ki, “ulduzlar” yerini dəyişmir, “plastilin” seçkilərdən nəyi istəyirlər, onu da düzəldirlər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10