Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda milli azlıqlarla bağlı tədbir olacaq


Lənkəranda milli azlıqlarla bağlı tədbir olacaq

Tədbirdə ölkə fəallarının iştirakı gözlənilir

Lənkəranda fəaliyyət göstərən MAGİYA İctimai Birliyi bir qayda olaraq çox maraqlı layihələr gerçəkləşdirir. İctimai birliyin bu günlərdə start götürmüş yeni layihəsi isə


““Azərbaycanda yaşayan milli azlıqlar: mədəniyyətlərarası dialoq” mövsuzunda tədbirlərin təşkili” adlanır.


Bu layihə çərçivəsində hansı işlər görüləcək, nələr planlaşdırılır? 

Həmin sualların cavabını MAGİYA İctimai Birliyinin “KİV-lə Əlaqələr Şöbəsi”nin müdiri Nilufər Mahmudzadədən soruşduq.

Nilufər Mahmudzadənin bildirdikləri:

Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində ““Azərbaycanda yaşayan milli azlıqlar: mədəniyyətlərarası dialoq” mövsuzunda tədbirlərin təşkili” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 6000 (altı min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir. 

Layihənin məqsədi Azərbaycanda yaşayan milli azlıqlar və onların həyat tərzi, habelə onların dili, dini, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları ilə yaxından tanış olmaq, respublikamızdakı multikulturalizm və toleyrantlıq modelini tədqiq və təbliğ etməkdən ibarətdir.


Layihənin müddəti 3 ay olmaqla, 10 may – 10 avqust 2019-cu il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində respublika üzrə müxtəlif etnik qrupların (azsaylı xalqların nümayəndələri) təmsilçiləri olmaqla, 18-35 yaş arası 25 nəfər gənc üçün respublikamızda mövcud olan multikulturalizm və toleyrantlıq mövzusunda Lənkəranda, habelə Astara və Lerik rayonlarında 28-30 avqust tarixlərində 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr və infoturlar) təşkil olunacaqdır.

Məlumat üçün bildirək ki, konfransda iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində (http://epsaya.az//view_elan.php?id=185) yerləşdirilən müvafiq ərizə formasını dolğun formada (sualların boş buraxılmaması, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması və s.) doldurub 16 iyun 2019-cu il, Saat 24.00-adək aşağıdakı elektron ünvana təqdim etməlidirlər:

[email protected]

Əlavə edək ki, 3 günlük tədbir zamanı bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.

Tədbirdə iştirak etmək istəyən gənclər müvafiq ərizə formasını doldurmaq üçün aşağıdakı  məlumatlardan faydalana bilər

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının   maliyyə dəstəyi ilə “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən reallaşdırılan ““Azərbaycanda yaşayan milli azlıqlar: mədəniyyətlərarası dialoq” mövsuzunda tədbirlərin təşkili” layihəsi çərçivəsində  


N Ə Z Ə R İ – P R A K T İ K   K O N F R A N S (Panel müzakirələr və infoturlar)


28-30 iyun 2019-cu il, Lənkəran (Astara və Lerik)

        Elan Forması


Təşkilat haqqında:


MAGİYA ictimai birliyi 31 mart 2005-ci il tarixində Lənkəran şəhərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşən yerli ziyalı gənclərin təşəbbüsü ilə yaradılmış qeyri-siyasi, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökümət təşkilatıdır (www.epsaya.az). 

İctimai birliyin məqsədi və fəaliyyət predmeti gənclər və gənclər vasitəsi ilə ictimaiyyət arasında sosial, iqtisadi, hüquqi, ekoloji və sair istiqamətlərdə maarifləndirmə və məlumatlandırma işinin aparılmasından ibarətdir.

            Birliyin vəzifələri onun məqsədini reallaşdırmaq üçün yeniyetmə və gənclər, o cümlədən geniş ictimaiyyət arasında müvafiq maarifpərvər tədbirlər sistemini (müxtəlif təlimlər və seminarlar, debatlar və klublar, dəyirmi masalar və görüşlər, dərnəklər və kurslar, konfranslar və sərgilər, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər) həyata keçirməklə cəmiyyətdə elmi-kütləvi biliklərin artmasına köməklik etməkdir.

Layihənin təsviri:


““Azərbaycanda yaşayan milli azlıqlar: mədəniyyətlərarası dialoq” mövsuzunda tədbirlərin təşkili” layihəsinin respublikanın cənub bölgəsində yerləşən Lənkəran şəhərində, o cümlədən Astara və Lerik rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. 

Apardığımız sorğulara əsasən ölkə ictimaiyyəti respublikamızda yaşayan milli azlıqlar və onların həyat tərzi barədə kifayət qədər məlumatlı deyil. Belə ki, “Ölkəmizdə hansı milli azlıqların nümayəndələri yaşayır?” adlı suala əsasən 120 nəfər respondent arasında keçirtdiyimiz sorğunun nəticələrinə görə vətəndaşlar ölkəmizdə yaşayan 100-ə yaxın milli azlığın nümayəndələrindən yalnız bir neçəsinin (ləzgi, kürd, udin, talış, tat, rus, avar) adını çəkə bilmişlər. Bütün bunlar isə bir daha ölkəmizdəki milli azlıqların tanıdılmasını və onların həyat tərzinin təbliğini zəruri edir. 

Beləliklə, gender və etnik balans nəzərə alınmaqla ölkədə milli azlıqları təmsil edən 25 nəfərə qədər bir auditoriya üçün milli nəzəri-praktik konfrasın təşkili və bu sahədə panel müzakirələr və infoturlar vasitəsi ilə mədəniyyətlərarası dialoqun aparılmasına böyük ehtiyac duyulur.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 6000 (altı min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində ölkə üzrə seçilən 18-35 yaş arası 25 nəfər gənc üçün Astara və Lerik rayonları da daxil olmaqa, Lənkəranda 28-30 iyun 2019-cu il tarixlərində 3 günlük (həftə sonu) pulsuz nəzəri-praktik konfras (panel müzakirələr və infoturlar) təşkil ediləcəkdir.  

Tədbirdə tam iştirak edən gənclərə Sertifikatlar veriləcəkdir! 

Layihənin məqsədi:


““Azərbaycanda yaşayan milli azlıqlar: mədəniyyətlərarası dialoq” mövsuzunda tədbirlərin təşkili” layihəsinin məqsədi Azərbaycanda yaşayan milli azlıqlar və onların həyat tərzi, habelə onların dili, dini, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları ilə yaxından tanış olmaq, respublikamızdakı multikulturalizm və toleyrantlıq modelini tədqiq və təbliğ etməkdir.

Layihənin vəzifələri:


  1. Multikulturalizm və toleyrantlığın Azərbaycan modeli əsasında ölkədə yaşayan milli azlıqların tanıdılması və təbliğ olunması məqsədilə ölkə miqyasında 3 günlük nəzəri-praktik konfransın (qarşılıqlı fikir mübadiləsi, panel müzakirələr və infoturlar) keçirilməsi;
  2. Ölkə üzrə milli azlıqları təmsil edən 25 nəfər iştirakçının müvafiq ərizə əsasında seçilərək onlar üçün 1 günlük multikulturalizm və toleyrantlıq sahəsində əməkdaşlıq çərçivəsində dəvət olunmuş müvafiq sahə üzrə ekspertlərlə interaktiv müzakirələrin aparılması; 
  3. İştirakçıların Azərbaycandakı əsas milli azlıqlardan biri olan talışlarla və onların həyat tərzi ilə yaxından tanış olmalarından ötrü ətraf rayonlara (Lənkəran rayonu üzrə – M.A.Əliyev adına Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə səfər, Lənkəranın Separadi kəndində inkişaf etdirilən həsirçilik və dulusçuluq sənətləri ilə tanışlıq, Lənkəranın Separadi kəndində fəaliyyət göstərən folklor və rəqs ansamblı olan “Nənələr” qrupu ilə görüş, Lənkəran rayonunun Səpnəkəran kəndində 84 yaşlı Surxay Əliyevin 4500 illik gil tütəkdə ifasını dinləmək; Lerik rayonu üzrə – dünyanın yeganə uzunömürlülər muzeyi olan Lerik rayon Uzunömürlülər Muzeyinə səfər; Astara rayonu üzrə – Astara rayon Tarix-Diyarşünaslıq Muzeyinə səfər, Astara rayonunun Ərçivan qəsəbəsindəki, XIX əsrə aid ləm və Yanar Bulaq kompleksinə səfər) 2 günlük infoturların təşkili;
  4. Təlimatlandırılmış iştirakçılar tərəfindən multikulturalizm və toleyrantlıq mövzusunda ictimaiyyət arasında davamlı maarifləndirilmə və məlumatlandırılma kampaniyalarını aparmalarından ötrü onların zəruri texniki vəsaitlərlə təmin edilməsi.
  5. Tədbirin metodikası:


    Tədbirin əsas prinsiplərdən biri iştirakçıların mövcud bilik və təcrübəsinə istinad etməklə qarşılıqlı öyrənmə və informasiya mübadiləsinə əsaslanma olacaqdır. Bununla yanaşı, qeyri-formal və interaktiv üsullar, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi də tədbirin əsas metodlarından olacaqdır. 


    Tədbirin mündəricatı:


    28-30 iyun 2019-cu il tarixlərini əhatə edən tədbir çərçivəsində təşkil ediləcək nəzəri-praktik konfransın əsas mövzuları aşağıdakılardan ibarətdir: 

    1. Azərbaycanda yaşayan milli azlıqlar
    2. Azərbaycanda yaşayan milli azlıqların həyat tərzi;
    3. Azərbaycanda yaşayan milli azlıqların dilləri;
    4. Azərbaycanda yaşayan milli azlıqların dinləri;
    5. Azərbaycanda yaşayan milli azlıqların adət-ənənələri;
    6. Azərbaycanda yaşayan milli azlıqların mədəniyyət mərkəzləri;
      1. Azərbaycanda yaşayan milli azlıqların KİV və internet resursları;
      2. Azərbaycan Respublikasında multikulturalizm və toleyrantlıq modeli.

    7. İştirakçıların seçim meyarları:


      Layihənin ünvanlandığı benifisiar qrupu respublikada yaşayan 18-35 yaş arasında olan Azərbaycan Respublikasının milli azlıqlarını təmsil edən ölkə vətəndaşları olacaqdır ki, bu zaman aşağıdakı kateqoriyalardan olan gənclərə üstünlük veriləcəkdir:

      • Azərbaycan dilində sərbəst danışan 18-35 yaş arasında olan müxtəlif etnik qrupları təmsil edən gənclər;
      • KİV-də çalışan gənc əməkdaşlar;
      • QHT-lərin nümayəndələri;
      • Gənclər təşkilatlarının nümayəndələri və könüllüləri;
      • Dövlət strukturlarında çalışan gənc işçilər;
      • Orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri;
      • Coğrafi və gender balans.


  1. Ərizə forması, prosedur və iştirakçıların seçilməsi:

    Bütün müraciətçilər müvafiq ərizə formasından istifadə edərək tədbirdə iştirak etmək üçün təşkilata müraciət edə bilərlər. Təşkilatçılar gender və coğrafi balansı nəzərə almaqla iştirakçıları onların yuxarıda qeyd edilən profillərinə və ərizə formasında əks olunan ərizəçinin motivasiyasına əsaslanaraq seçəcəklər. Tədbirdə iştirak etmək hüququnu qazanan gənclərin siyahısı təşkilat komissiyası tərəfindən müəyyənləşdirildikdən sonra bütün ərizəçilərə 24 iyun 2019-cu il tarixində ümumi nəticələr barədə E-mail vasitəsilə müvafiq məlumatlar veriləcəkdir! 
    Zərurət yarandığı təqdirdə “Gözləmə siyahısı”na adları düşmüş gənclərlə 27 iyun 2019-cu il tarixinədək telefon vasitəsilə əlaqə saxlanılacaqdır. 
    Tədbirdə iştirak etmək hüququnu qazanan gənclər tədbirin gündəliyini 3 gün ərzində alacaqlar. Qeyd edək ki, adları iştirakçı siyahısına düşən gənclər tədbirdə tam müddətdə iştirak etmək üçün hər cür səy göstərməlidirlər. Bundan ötrü təşkilati dəstəyə ehtiyac yaranarsa ictimai birlik zəruri köməkliyi göstərə bilər (məsələn, dəstək məktubu)
    Üzürlü səbəbə görə tədbirdə iştirak edə bilməyən gənclər isə tədbirin başlanmasından ən azı 2 gün əvvəl (26 iyun 2019-cu il) MAGİYA ictimai birliyinə bu barədə mütləq məlumat verməlidirlər.   

Tədbirdə iştirak etmək ücün müraciətin son tarixi:


Tədbirdə iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində yerləşdirilən müvafiq ərizə formasını dolğun formada (sualların boş buraxılmaması, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması və s.) doldurub 16 iyun 2019-cu il, Saat 24.00-adək aşağıdakı elektron ünvana təqdim etməlidirlər:

[email protected] 


Tədbirin yemək və qalmaq xərcləri:


3 günlük tədbir zamanı bütün iştirakçıların çay-kofe və yemək xərcləri layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən tam təmin olunacaqdır. Lənkərana olan səfər xərcləri (yol pulu) istisna olmaqla, bütün iştirakçıların oteldə qalmaq xərcləri (3 gecə) ictimai birlik tərəfindən ödəniləcəkdir. Lənkərandan olan iştirakçılar istisna olmaqla digər bütün iştirakçıların hamısının oteldə qalmaları və tədbirdə tam iştirak etmələri zəruridir!!!

Tədbirin keçirilmə tarixi və yeri:


Tədbir 28-30 iyun 2019-cu il tarixlərini (həftə sonu) əhatə edəcək, Astara və Lerik rayonları (infoturlar) da daxil olmaqla Lənkəran şəhərində (nəzəri-praktik konfrans: panel müzakirələr və infoturlar) keçiriləcəkdir. 


Əlaqə vasitələri:


MAGİYA ictimai birliyinin “KİV-lə Əlaqələr Şöbəsi”

                                           Nilufər Mahmudzadə, (0 51) 814 44 42, www.epsaya.az 

                                            Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, AZ 4200












Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10