İndiki Yardımlı rayonu 1911-ci ilin siyahıyaalınması zamanı Lənkəran qəzasının tərkibində olmuşdur. Rus dilində tərtib olunmuş siyahıyaalınmada indiki Yardımlı rayonu ərazisində 59 yaşayış məntəqəsinin (kənd) adı qeyd olunmuşdur ki, bu yaşayış məntəqələri də 7 icmada birləşmişdir. Maraqlıdır ki, 59 kəndin 44-ü qəzanın Zuvand, 15-i isə Sebican nahiyəsinin tərkibində olmuşdur.
İndiki Yardımlı ərazisində həmin vaxt aşağıdakı icmalar (İndiki idarəetmədə inzibati ərazi dairəsi) var idi:
5. Peştəsər. 6. Pornaim. 7. Şiləvəngə.
Qeyd edək ki, Ordahal kəndi Lerik rayonununtərkibindədir. Pornaim isə Lerik və Yardımlı rayonlarının bir neçə kəndini birləşdirən mikroregiondur.
Bolqar (Balhar/Balharud) çay adıdır. Uzunluğu 163 km olan Bolqar çay mənbəyini Talış dağlarındangötürüb, Biləsuvar rayonu ərazisindən axaraq Mahmudçala gölünə tökülür.
Ərus və Bolqar icması Sebican nahiyəsinin, digər beş icma isə Zuvand nahiyəsinin tərkibində olmuşdur.
(Məlumat üçün bildirək ki, Zuvand indiki Lerik rayonun ərazisində mikroregio olsa da, 113 il öncə Zuvand indiki Lerik və Yardımlının əsas yaşayış məntəqələrini əhatə edən nahiyə idi. Eləcə də İndiki Cəlilabad rayonunu və Yardımlının 14 kəndi Sebican nahiyəsinə daxil idi. Məlumatı birqədər də şaxələndirib bildirim ki, 1911-ci ildə Lənkəran qəzası – Lənkəran, Dəştvənd, Zuvandvə Sebican adlanan 4 nahiyədən ibarət olmudur .
Ərus, Köryədi, Peştəsər və Şiləvəngə icmaları tək Yardımlının kəndlərini əhatə etsə də, Ordahal, Pornaimvə Bolqar icmaları qarışıq olub, Ordahal, Pornaimicmaları Lerik və Yardımlının, Bolqar icması isə Cəlilabad və Yardımlının kəndlərini əhatə etmişdir. Yardımlının yalnız Separadi (eyni adlı kənd Lənkəran rayonunda da var) kəndi Ordahal icmasına daxil olmuşdur.
Özündə ən çox kənd birləşdirən icma Pornaim(26), ən az kənd birləşdirən icma isə Peştəsər (8) icmaları olmuşdur.
İndiki Yardımlı rayonu ərazisində o vaxtkısiyahıyaalınmada adları qeyd olunan yaşayış məntəqələri aşağıdakılardır:
BOLQAR İCMASI
ƏRUS İCMASI
1. Ərus: - ev 100, əhali 600 n (k 350, q 250).
KÖRYƏDİ İCMASI
ORDAHAL İCMASI
Qeyd: Ordahal icmasının tərkibindəki digər kəndlər Lerik rayonuna daxil olduqları üçün adlarını qeyd etmədim.
PRŞTƏSƏR İCMASI
PORNAİM İCMASI
Qeyd: Pornaim icmasının tərkibində olmuş 26 kəndin 12-si Yardımlı, 14-ü isə Lerik rayonuna aiddir.
ŞİLƏVƏNGƏ İCMASI
Siyahıyaalınma zamanı ən çox ev Ostayır (109), Ərus (100), Pirembel (81), Kürəkçi (74) və Köryədi (71), ən az ev isə Poladlı (4), Tahirli, Meceir (6), Gilar, Keçələkəran (7), Məlikli, Əvoras (9), Yolocaq, Əsədabad və Sadatlı (10) kəndlərində qeydə alınmışdır.
Ən çox əhali Ostayır (608), Ərus (600), Cirimbel(599), Pirembel (582) və Kürəkçi (543), ən az əhali isə Keçələkəran (45), Zövin (50), Əvçədulan (53), Gilar (54), Tahirli (55), Poladlı, Əvoras (56), Əsədabad (57) və Yolocaq (59) kəndlərində yaşamışdır.
Siyahıyaalınmada Pirembel kəndinin adı Perembel (Xəlfəlilər), Soxulcan Soqulcan, Jiy Dji, Avur Aur, Üzü Yuzyu (Юзю), Yolocaq Elaqaç, Zövin Zovino, Ökü Okyu, Musa kəndi isə Musakənd şəklində yazılmışdır.
Siyahıyaalınmada aşağıda adları qeyd olunan yaşayış məntəqələri – Əvoras, Alamar, Köhnə Qışlaq, Meceir, Sadatlı, Poladlı, Əsədabad, Mili, Daş Köryədi, Soxulcan kəndlərinin adına Yardımlı rayonunun indiki inzibati ərazi bölgüsündə rast gəlinmir.
Soxulcan kəndi 1968-ci ilin inzibati ərazi bölgüsündə Odurakəran və Sırıq kəndləri ilə birlikdə Sırıq kənd Sovetliyinin tərkibində olub.
Əsədabad kəndi Daşkənd və Ünəş kəndləri ilə birlikdə 23 iyun 2008-ci ildə ləğv edilərək Yardımlı şəhərinə birləşdirilmişdir.
Siyahıyaalınmada Üzü kimi qeyd olunan kənd olsa da, hal-hazırda Yardımlıda Üzü yox, Çay Üzü və Dağ Üzü adında kəndlər vardır.
Maraqlıdır ki, 1911-ci ilə dair siyahıyaalınma sənədində Yardımlı rayonunun Allar kimi qədim kəndinin adına rast gəlinmir.
Hal-hazırda Yardımlı rayonu inzibati cəhətdən 88 (1 şəhər, 87 kənd) yaşayış məntəqəsindən ibarətdir.
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi