Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

M.Ə.Rəsulzadə: ”İstiqlal məfkurəsi və gənclik” (I hissə) - Nəsiman Yaqublunun təqdimatında



M.Ə.Rəsulzadənin Azərbaycan gənclərinin toplantısındakı çıxışı əsasında olan bu əsəri 1925-ci ildə İstanbulda “Amədi” mətbəəsində ayrıca kitab olaraq nəşr edilib. Oxuculara təqdim edirik.
Arkadaşlar,
 
Keçən sənəki ictimalarımızı yaz tətilini keçirdikdən sonra təkrar toplarkən bu ictimalarımıza mütəəzzüv bir şəkil vermənin daha münasib olacağı haqqında bəzi arkadaşların arzular bəslədiyini eşitdim. Buna “Azərbaycan Gənclər İttifaqı” adını verərsək daha münasib olur, deyə düşünənlər mövcud olduğunu da öyrəndim. Bən buna bir kəlmə daha əlavə etməyi bilxassə əlzəm görürəm. Sadə “Azərbaycan Gəncləri” deyil, “İstiqlalçı Azərbaycan Gəncləri İttifaqı” dersək məqsədimizi daha sərih ifadə etmiş oluruz, zənnindəyəm.
 
Fəqət “İstiqlalçı Azərbaycan Gəncləri İttifaqı”nın təşəkkül və təəzzüvünə aid təfsilata girişmədən və bu təklifin müzakirə və qəbulunu ictimada hazır bulunan arkadaşların kəndi qərarlarına tərki təbii bularaq bən, müsaidənizlə bu gün üçün üstümə aldığım müsahibəyi “İstiqlal Məfkurəsi və Gənclik” mövzuinin bir cəbhəsinə təxsis etmək istərəm. Bir cəbhəsinə diyoram, çünki təqdir edəcəyiniz vəchlə, bu mövzu çox böyük sahəyi tutar və gəncliyin məfkurə qarşısında mükəlləf olduğu çox mütənəvve vəzifələri əhatə edər.
 
I
 
Ta başdan nəzər-diqqətinizi bir şeyə cəlb edəcəyəm. Azərbaycanımızda milliyyətçilik fikrinin həyatı nisbətən əski olsa da, sözün sərih mənasilə istiqlalçılıq fikri çox yenidir. Hətta deyə bilərəm ki, bu gün istiqlalçılıqlarında şəkk və şübhə olmayan arkadaşlarımızın, həm yalnız gənc arkadaşlarımızın deyil, bəzi yaşlı-başlı arkadaşlarımızın belə istiqlalçılıqları Azərbaycan istiqlalından daha gəncdir. Yəni onlar 1918-də elan olunan Azərbaycan istiqlalını kəndilərincə müntəzir məsud bir vəqə, xəyallarında özlədikləri bir fikrin nəhayət, təhəqqüq etmiş bir məhsulu deyil, bəklənməyən bir vəqə kibi tələqqi eləmişlər, əmri-vaqe qəbul etmək zərurətində qalmışlardır. Etiraf etməliyiz ki, müstəqil Azərbaycan hökumətini idarə edən münəvvərlərimizdən bir çoxu bir gün gəlib də milli bir hökumət başında duracaqlarını düşünmüş deyillərdi. Milli höku¬mət və istiqlal məfkurəsindən sərf-nəzər, bizim nəsil üçün yaşadığımız yerlərə Azərbaycan denilməsi belə bir yenilik idi. Bu isim dəxi istiqlal məfkurəsi kibi əmri-vaqe olduqdan sonra hər kəscə qəbul edilmiş, yoxsa Türk Federalist “Müsavat” firqəsindən gərək sağda və gərək solda qalan firqələr buna qarşı, bu ismə qarşı az mücadilə etməmişlərdir.
 
Bizdə miliyyətpərvərlik hissiyyatı ibtida kəndi hürriyyət və istiqlalımızı və hətta bütün türklərin xilasını hədəf qılmaq surətilə deyil, müstəqil və yarımmüstəqil bir halda yaşayan digər islam və türk dövlətlərinə qarşı səmimi hissiyyat və əlaqə gös¬tərməklə təzahür etmiş, siyasi təmayüllərimiz bir çox zaman bu hüdudu keçməmişdir.
 
Balkan hərbi əsnasında Rusiyadakı türklüyü bürüyən cocuş, Azərbaycan tələbəliyinin ozamankı fəaliyyəti, Kiyev konqresi, “Hilali-əhmər”ə yardım, “Müsavat” firqəsinin müsəlman dünyasını xilas etmək niyyətilə təşəkkülü, müəllimlərin, tələbələrin könüllü olaraq Türkiyə cəbhəsinə getmələri, bütün bunlar həp vaxtilə islav dünyasının rusçuluğunu, Hindistanın xəlifəçiliyini andırır bir növ milliyətpərvərlik idi. Bu milliyətpərvərlikdə şübhəsiz ki, kəndini düşünmək yox deyildi. Fəqət bu düşüncə şüuri deyil, ünsüri idi. Ənfəsi deyil, afaqi idi. Türkiyə qüvvətli olursa, İran yaşarsa bizim də yaşayacağımız kəndi-kəndinə hiss olunuyordu. Yoxsa kəndimizə aid siyasi mətləblərimiz milli maarif və milli məktəbdən ötəyə keçmiyordu.
 
Hətta “milliyyət” məfhumu belə bizdə, son zamanlara qədər, bütün sərahətilə təbəllür etmiş deyildi. Ozamankı milliyyətpərvərliyin ən bənam mürşidləri, başda Ağaoğlu Əhməd bəy olduğu halda, islamçılıqla türkçülüyü çox da təfriq etmiyor, türkçülük namına deyil, müsəlmanlıq namına mücadilə ediyorlardı. Topçubaşovların, Rəşid Qazilərin və İsmayıl bəy Qasprinskilərin iştirakı ilə Rusiya türklüyündə vücud bulan siyasi təşəkkülün adı “İttifaqi-müslimin” idi. Rus qəzetəçiliyi 1918 sənəsinə qədər rus türkçülüyündən deyil, daima rus müsəlmanlığından bəhs edərdi. Milli hərəkətimizin ismi “panislamizm” idi. Bu, yalnız rusların xətası deyil idi. Kəndimiz də islamiyyəti milliyət məfhumu yerində qullanıyorduq. Bizə verilən anket listələrinin “nasyonalite” cədvəlinə “musulmanin” deyə yazırdıq. “Açıq söz”də “müsəlman teatrosu,  müsəlman artisti, müsəlman səhnəsi demək yanlışdır; ancaq türk teatro, aktyor və səhnəsi ola bilir” dediyimiz zaman, yalnız zamanın sansorundan deyil, kəndilərimizdən də etiraz etmişdik. “Milləti-islam varkən bu türk də nərdən çıxdı?!” deyənlər az deyildi. Heç unutmam, sonra Azərbaycan hökuməti-milliyəsində pək mühüm bir mövqe tutan bir zati-möhtərəm məruf zəka və dərayətinə rəğmən, “islamiyyət istilahını atıb, türk istilahını alırsaq Türkiyə ilə irtibatımızı nə ilə isbat ediriz?” deyə bütün ciddiyyəti ilə məsələyi münaqişə etmiş, nə mənasız davada bulunduğunun fərqinə varmamışdı.
 
Rusiya idarəsindəki müsəlmanlara “türk” dedirtmək şimdi artıq qazanılmış bir davadır. Yalnız “türk” kəlməsi deyil, “Azərbaycan” adı da qazanılmışdır. Fəqət bu ismin əleyhinə dəxi, işarət etdiyimiz kibi, az mücadilə edilməmişdir. Vətənimizin bu ismi daşımaq haqqında olduğunu inkar edənlər yalnız İran milliyətçiləri deyil idi. İranilərdən bir qismi Bakıda nəşr etdikləri bir qəzetəyə “Azərbaycan cüzi-layənfəki-İran” ünvanını vermişlərdi. Onlar bununla Bakının, Gəncə və sairənin Azərbaycan adını daşımaq haqqında olmadığını söyləmək istəmişlərdi və yalnız bu qədərlə qalmamış, Tehran mətbuatı bu xüsusda yeni təşəkkül edən cümhuriyyətə və bu ismin “müqəssiri” bulunan “Müsavat” firqəsinə qarşı pək böyük bir səfər açmışlardı. Fəqət bunu da xəbər verəlim ki, onların bu səfəri Azərbaycan kommunistləri ilə ittihadçılarının səfərindən sonra başlamışdı. “İttihad” liderlərindən Qənizadə Soltan Məcid daha iyirmi sənə əvvəl yazdığı lüğət kitabına “İstilahi-Azərbaycan” adını vermişkən, “Azərbaycan muxtariyyət və ya istiqlalı”nın bu yerlərdə mövzui-bəhs olamıyacağını müdafiə ediyordu. Onunca, Azərbaycandan və türklükdən deyil, “Rusiyada müsəlmanlıqdan” bəhs etməlidi. Yalnız ittihadçılar və kommunistlər deyil, Azərbaycan sosialistlərincə də Azərbaycan istiqlalı və ya muxtariyyəti mövzui-bəhs deyildi. Mavərayi-Qafqas seyminin ilk ictimaində siyasi firqələr namına oxunan bəyannamələrdə nə ittihadçılar, nə də sosialistlər Azərbaycan təəzzüvündən bəhs etməmişlərdi. Yalnız “Müsavat” firqəsinin bəyannnaməsində idi ki, “Seym” məclisinin müəssis bir ictima olduğu qeyd olunuyor və bu müəssisdə Azərbaycan, Gürcüstan və Ermənistan höku-mətlərinin daireyi-səlahiyyəti ilə müştərək federativ hökumətin hüquq və hüdüdunun təyini lüzumu əhəmiyyətlə irəli sürmüşdü.  
 
Muxtariyyət və istiqlalçılıqdakı bu qərarsızlıq yalnız bizdə deyil, ozamankı Qafqasiya millətlərinin həpisində vardı. Kəndilərini Qafqasiya demokrasisinin mürşidi mövzeində görən gürcülər dəxi istiqlalçı deyildilər. O zaman pək qüvvətli olan menşe¬vik firqəsi kəndi federalistlərini sokak başlarında döyməyə qədər varıyor, sosialist federalistlərin “muxtariyyət və federsyon” şüarını böyük inqilab işi üçün “müzirr” buluyorlardı.
 
Tədqiq etdiyimiz mövzu nöqteyi-nəzərindən siyasi istiqlalçılıq şüarı kəndisində müəssis bir nəzəriyyə və yaşanılmış bir hadisə kibi təbəllür etmiş deyilsə də, Qafqasiyadakı türklüyün milli, mədəni, tarixi səbəblərlə və afaqi bir takım amillərin təsirilə Rusiya daxilində mərkəzdən qaçan qüvvətlərdən olduğu məlumdur. Bu səbəblə Azərbaycan mühiti ictimai və siyasi təşəkkül və inkişaf həsbilə qomşularından daha az iləriləmiş olmaqla bərabər, muxtariyyət və federasyon şüar və məfkurələrinə onlardan daha ziyada məclub oluyordu. Bunun üçün qərib deyildir ki, Qafqasiyada muxtariyyət şüarını konqre halında ilk dəfə elan edən azərbaycanlılar olmuşdur. Böylə ikən belə iyi xatirimdədir ki, ilk Qafqasiya müsəlman qurultayı toplandığı zaman, Rusiya şəkli-idarəsinə aid təqrirdə “federasyon” prinsipinin elan edilib-edilməməsi komisyonlarda və qurultay müdiranı arasında epey düşünülmüşdü. Rus demokrasisini ürkütməmək üçün bunun sükutla keçişdirilməsi belə təklif olunmuşdu və yenə çox iyi xatırlıyoram ki, bu təqriri Tiflis, Azərbaycanın “xanlar və bəylər nüfuzundakı mürtəce” təmayülatına çıxmışdı.
 
Seymdə Mavərayi-Qafqasiyanın Rusiyadan ayrılaraq istiqlalını elan etmək lazım gəlirkən Gürcüstan lideri Noy Jordaniya məsələnin lüzumunu şöylə tədlil ediyor, “Xristian Qafqasiyanın meyli Rusiyaya, müsəlman Qafqasiyanın da meyli Türkiyəyədir. İki müxtəlif tərəfə mütəmayül olan qomşuları bir arada tuta bilmək üçün Rusiyadan da, Türkiyədən də qəti-rabitə edərək Mavərayi-Qafqasiyanın istiqlalına lüzum görüldü” diyordu.
 
Mavərayi-Qafqasiya istiqlalının elanına gürcülər istəməyərək təşəbbüs etdilər. Ozamankı türk komandanlığı bunu tələb edir və yardım üçün müraciət etdikləri bolşevik Rusiyası isə hər növ müavinətdən imtina ediyordu. Başqa çarə qalmamışdı. Nə yapalım, müstəqil oluyorduq.
 
Fəqət bizim üçün qəziyyə belə deyildi. Mavərayi-Qafqasiya istiqlalını, digər təbirlə Rusiyadan ayrılmasını biz, yəni “Seym”dəki müsəlman fraksyonu – diqqət ediniz, Azərbaycan fraksyonu deyil, türk fraksyonu da deyil – çox təsri etdirmişdik. Tiflis mətbuatı və rusçu firqələrin natiqləri “Mavərayi-Qafqasiya “Müsavat” firqəsinin təsiri və Türkiyənin təhdidi ilə arzusundan deyil, qorxusundan elani-istiqlal ediyor” dedikdə “Müsavat” fraksyonu adından bən “Mavərayi-Qafqas istiqlalını biz qorxu deyil, vicdani bir saiqlə qəbul ediyoruz” diyordum. Bu sözümlə bən əmin idim ki, Azərbaycanın da, Türkiyənin də ümumqafqasiyanın da ən həqiqi mənfəətlərini təminə mədar bir şüarı müdafiə ediyordum. Fəqət eyni zamanda Azərbaycan əfkari-ümumiyyəsinin də bunu tamamilə müdrik olduğuna qane deyildim.
 
Gürcü ricalı ilə Azərbaycan xadimləri üçün Mavərayi-Qafqas istiqlalı zəruri bir taktik şəklində görülürkən, ermənilər üçün bu, qəbulu nakəzir bir “bəla” kibi idi. Kaçaznuninin  “Seym” kürsüsündəki müəzzəb çöhrəsi gözümün önündə, qısa bəyannaməsi eyni ilə zehnimdədir: “Daşnaksütyun firqəsi zamanın əhəmiyyəti və vəqənin tamami-məsuliyyətini dərk edərək Mavərayi-Qafqas istiqlalını qəbul edər”. 
 
Şu surətlə şövqsüz və həyəcansız bir surətdə elan olunub, sənələrdən bəri bək¬lənən məsud bir hadisə kibi deyil, zərurət məqamında qəbulundan qaçılmaz daha az bir ziyan kibi tələqqi olunan Mavərayi-Qafqas istiqlalı pək mütəbariz və mütəxalif ünsürlərin təbii təzyiqilə çox sürmədi. “Seym” parçalandı. Əvvəl Gürcüstan, sonra da Azərbaycan ilə Ermənistan elani-istiqlal etdilər. Ermənistan vəsiqəsi əlimizdə yoxdur. Fəqət Gürcüstan ilə Azərbaycanın istiqlal elanını mübin bəyannamələr tədqiq olunursa, əlim bir zərurət üzündən elani-istiqlal etmək ehtiyacı burada da görülür.
 
İştə Azərbaycan istiqlalını elan edən bəyannamənin müqəddiməsi:
 
“Böyük Rusiya inqilabının cərəyanında dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqasiyanın  rus orduları tərəfindən tərkini mucib bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qüvayi-məxsusələrinə tərk olunan Zaqafqasiya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayei-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqasiya Qoşma Xalq Cümhuriyyəti cüzindən çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü. 
 
“Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin tə-viyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarşi Cənub-Şərqi Zaqafqasiyadan ibarət bulunan Azərbaycana dəxi, bulunduğu xarici və daxili müşkilatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor.
 
Buna binaən arayi-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurayi-Milliyyeyi-İslamiyyəsi bütün camaata elan edir ki: 
 
“Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kibi, Cənub-Şərqi Zaqafqasiyadan ibarət Azərbaycan dəxi kamilülhüquq müstəqil bir dövlətdir və ilax...”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10