Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Video) “Biz heç vaxt belə sevinməmişdik” 1-ci hissə



Təkcə nitqi əngəlli uşaqların himninin bədən dili ilə necə səsləndirməsinin özü bir başqa aləm idi 


 “Son zəng” ərəfəsi həmin  tədbiri işıqlandırmaq üçün cenub.az saytına bir  neçə   məktəbdən təklif  gəlmişdi. Ən maraqlısı isə Bakıdan,  Sağlamlıq  imkanları   məhdud  uşaqlar  üçün  3 №-li Respublika  Xüsusi  İnternet Məktəbindən gələn təklif öldü. Biz öncə bu internatın facebook  səhifəsinə nəzər saldıq. Son aylar bu məktəbdə keçirilən bir-birindən maraqlı tədbirlər diqqətimizi çəkdi. Həm də bu məktəbə Masallının keçmiş Təhsil Şöbə müdiri işləmiş Tariyel Əkbərovun rəhbərlik etməsi bu marağı daha da artırdı.

Hər hansı normal orta məktəbdə “Son zəng” tədbirini digər məktəblərdən fərqləndirmək çətin olsa da, nitqi əngəlli uşaqların tədbirində bu mənzərə tam fərqli idi.

Xatırladaq ki, adı çəkilən məktəb 1969-cü  ildə yaradılıb. Ölkəmizə 1 milyona yaxın qaçqın və məcburi köçkünün gəlməsi ilə bağlı bu məktəbin binasının yarısı onların sərəncamına verilib. Bu məktəbdə 400-dən artıq müəllim, 600-ə yaxın şagird var. Bir qədər sonra yenidən bu məktəb haqqında məlumata qayıdacağıq. İndi isə yenə də “Son zəng” haqqında  bəzi məqamlara qayıdaq.

Bu tədbirə  Elm və Təhsil Nazirliyinin müşaviri (Nigar Bağırlı), Nizami Rayon İcra hakimiyyətinin (Aytən Adilova) , bu rayonun YAP RT-nın, sədri (Ramil Vəlibəyov), şəhid  anası Mətanət Quliyeva, QHT təmsilçiləri (Cəmilə Abdulova, Arzu Bağırova) və mətbuat orqanlarının nümayəndələri  (Şərəfəddin İlkin və Zahir Əmənov), müğənni Aqşin Fateh,  eləcə də digərləri  qatılmışdı.

Yuxarıda qeyd etdiyim kimi, bu tədbirdə nitqi qüsurla uşaqlar 10-a yaxın rəqs ifa etdilər “Qaragöz boy-boydan” tutmuş “Valsa” qədər. 

Uşaqların üzündə çox kövrək təbəssüm var idi ki. Oynayırdılar, şənlənirdilər lakin.. hər şey bədən dili, əllərlə. Musiqiyə elə gözəl reaksiya verir, mahnının sözlərini əlləri ilə sanki səmaya yazırdılar. Məktəbin direktoru Tariyel Əkbərova elə həvəslə rəqsə dəvət etdilər ki, buna bir çox direktorlar həsəd apara bilərlər.

 

Tədbirə nitqi qüsurlu uşaqların valideynləri də qatılmışdı. Onların əksəriyyəti məktəbə yeni təyin edilmiş direktor Tariyel Əkbərovdan böyük məhəbbətlə razılıq etdilər. Onun təşkilatçılığını, cəsarətli addımlarını təqdir etdilər. 

Tədbirdə  həmin internet məktəbin kollecə qəbul olunmuş 8 şagirdinə fəxri-fərmanlar verildi.

Məktəblə, eləcə də bu  günkü təəssüratımız o qədər genişdir ki, biz cenub.az-ın sabahkı buraxılışında bu 3 saylı xüsusi internat məktəbinin özəllikləri barədə ayrıca yazı təqdim etməyi planlaşdırırıq.

Qısası, 2-ci yazıda sizi daha maraqlı məlumatlar gözləyir

 Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10