Azərbaycan sonəməliyyatlar ilə həm tarixi ərazilərə nəzarəti təmin edir, həm də reinteqrasiya prosesini başlatmaqla erməni icması ilə kontaktları davam etdirməkdə israrlı görünür.
Zəngəzur dəhlizinin açılması istiqamətdə görülən işlər isə 200 illik münaqişənin birdəfəlik həllinə atılan addım kimi qiymətləndirilə bilər. Bu məsələdə Azərbaycanı dəstəkləyən dövlətlər şübhəsiz Türkiyə və İsraildir. Rusiyanın sərgilədiyi mövqe isə hələlik qeyri-müəyyəndir.
Maraqlıdır, proses hara qədər davam edəcək. Azərbaycan 1991-ci ildəki sərhədləri təmin edəni kimi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, 1991-ci ildəki sərhədlərin təmin edilməsi 200 illik münaqişənin sonu demək deyil:
“Əlbəttə ki, indiki məqamda sərhədlərin 1991-ci ildəki halına qayıtması arzuolunan nəticədir. Lakin yekun həll yalnız və yalnız Ermənistanla sülh müqaviləsinin imzalanması ilə mümkündür. Rəsmi Bakı bu müqavilədə İrəvandan bunu tələb etməlidir:
Birincisi, Zəngəzur dəhlizi mütləq açılmalıdır. Bu rəsmi Bakı üçün artıq geri dönüşü olmayan bir məsələdir. Dəhlizin açılması həm də geosiyasi qüvvələrin maraqları çərçivəsindədir. Misal üçün, Çin dəhlizin açılmasını istəyir.
İkincisi, Ermənistan Azərbaycana ərazi iddialarından əl çəkməlidir. Bu baş verməsə, gələcəkdə yenidən iki ölkə arasında gərginlik arta, müharibə başlaya bilər.
Üçüncüsü, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalı, ermənilər ilə bağlı məsələdə Bakının verəcəyi qərarlar ilə razılaşmalıdır. Bu çox vacib məqamdır.
Politoloq bildirib ki, Rusiya nə Ermənistanı, nə də Azərbaycanı itirmək istəyir:
“Kreml Gürcüstanın ardınca Ermənistanı Qərbə güzəştə getmək niyyətində deyil. Lakin Azərbaycanla da balansı qorumalıdır. Rusiya Ermənistana bir güzəşt edərkən, Azərbaycana iki güzəşt etməli olur. Kreml mövcud vəziyyətin fərqindədir. Ermənistandakı Avropa İttifaqının mülki missiyası Moskva üçün onsuz da baş ağrısına çevrilib. Rusiya Qərbin Ermənistanda nüfuzunu artırmasını istəmir. Bu istiqamətdə Vardanyan kartını belə aktiv edə bilər.
Hələlik buna ehtiyac görməsə də yaxın müddət ərzinə bunun şahidi ola bilərik”.