Hazırda Masallının zibilliyə dönmüş 100 min manatlıq zibilxanasında hansı işlər görülür?
Bir neçə dəfə yazsaq da, əlac olunmayan Masallı zibilxanasının deyəsən bəxti açılıb.
Təxminən 7 il öncə Yapon hökumətinin dəstəyi ilə Masallıda 100 min manata bir Zibil Emalı Zavodu tikildi. Bu o demək idi ki, nəinki Masallıda zibillər əsaslı şəkildə təmizlənəcək, həm də bu zibillərdən “kardon” istehsal olunub pul qazanılacaq.
Sonralar bu zibillik elə günə qaldı ki, az qala bura hamının baş bəlasına çevrilə. Seybətinlə Musaküçə dairəsinin arasında, Seybətin və Oncəqala ərazisinin şərq tərəfində, yoldan təxminən 300 metr aralıdakı ərazidə yerləşən bu zibillik o qədər “şişdi”, o qədər genişləndi ki, həmin zibillər magistral yola qədər səpələndi.Təsəvvür edin ki, zibilliyin hündürlüyü 7 metrdən yuxarı idi. Üfunət, zir-zibil əlindən bu ərazidən keçmək belə olmurdu. Zibil qoxusu hətta yoldan keçə maşınlara qədər hiss olunurdu.
Həmin vaxtlar “kommunxoz” adlanan idarədə “levi” ştatlar, “kart oyunları” aşıb-daşsa da, bu təşkilatın pulları bu hesabdan o hesaba atılıb xırıd edilsə də, arabir bu sahədə kosmetik dəyişiklik edilsə də,zibilliyə əlac olunmadı.
Nəhayət, bu yaxınlarda bu zibillik rayon rəhbərliyi tərəfindən ciddi nəzarətə götürüldü. 1 həftəyə yaxındır ki, burada olduqca gərgin və səmərəli iş gedir.Ərazidə onlarla texnika işləyir. Hər şey daxili imkanlar hesabına edilir.
Masallı Mənzil Kommunal İstismar İdarəsini rəhbəri Məhərrəm Əliyevin deyir:
-Göründüyü kimi yoldan Zibillik olan sahəyə qədər təxminən uzunu 300, uzunu 10, hündürlüyü 7 metrlik zibillik ərazi tam təmizlənib. Hansı ki, bu ərazidən nəinki adam, heç güclü texnika belə keçə bilmirdi. Buradan 300 maşından artıq zir-zibil daşınıb. Təmizlik işləri hələ də davam edir. Təxminən 15 günə qədər davam edəcək.
Eləcə də bu zibilxananın arxasında 40 sotuq ərazidə, 5 metr dərinliyində bir çala qazılıb ki, gətirilən zibillər bura tökülübməhv edilir Həmçinin bu ərazinin ətrafında yarım hektarlıq sahədə həmişə yaşıl, küləyə, soyuğa davamlı, həmişəyaşılsərv sərv ağacları əkiləcək, yaşıllıq salınacaq.
Zibillərin bura gətirilməsinə ciddi nəzarət olunur və olunacaq. Belə ki, bizim təşkilatla müqaviləsi olmayan heç bir təşkilat bura zibil tökə bilməz. Antisanitariya qaydalarına ciddi əməl olunacaq. Yaponların tikdiyi Zibil Emalı Zavodunu da çalışacağıq ki, yenidən işə salaq, fəaliyyətini bərpa edək.
Bir neçə hektarlıq bu sahə görkəmin tam dəyişəcək.
Hazırda burada xüsusi post qurulub, yerli bələdiyyələrlə müqavilə bağlanıb, xüsusi maşınlar ayrılıb.
Bütün bu işlərin nəticə kimi, rayon mərkəzində və ətraf ərazilərdəki zibillər operativ təmizlənəcək. Çünki çoxu bilmirdi zibillləri hara töksün.
Məhərrəm Əliyev həmçinin bildirdi ki,
Masallı İH Başçısı Araz Əhmədov bu işi tam nəzarətində saxlayır. Elə gün olmur ki, icra başçı burada görülən işlərini gedişini izləmək üçün əraziyə gəlməsin və lazımi köməkliyi göstərməsin. Bizim əlimizdə olan texnika ilə yanaş Viləşçay Su anbarının rəhbər Rusif Kərimov da bu işlərə olduqca böyük dəstək verir.
M. Əliyev sonda onu da bildirdi k, rayon rəhbər işimizi daha səmərəli qurmaq üçün keçmiş Baytarlıq idarəsinin şəhərin Digah kəndindəki boş ərazini bizim sərəncamımıza verib. Hazırda orada təmir və abadlıq işləri aparırıq.
Söhbətə qoşulan Təşkiatın direktor müavini Ərəstun Əbilov isə bildirdi ki, bu işdə əhalinin də köməyinə böyük ehtiyac var. Texnika da, avadanlıq da bahalaşıb. Ona görə zibil pulu heç olmasa 2 manatdan 3 manat qalxmalıdır ki, biz gözlənilən işləri reallaşdıra bilək.
Xatırladaq ki, bu təşkilatın digər işləri də göz qabağındadır. Hazırda şəhərin müxtəlif yerlərində 70-ə qədər müasir formada zibil qabları qoyulub. Təşkilatçıların dediyinə inansaq, tezliklə Masallı olduqca təmiz şəhər olacaq.
Bu barədə videonun linki əlavə olunur:
Cenub.az. Zahir Əmənov