Burada müasir tələblərə cavab verən 1200 kv.m istixana və bölgədə ilk dəfə olaraq hibrid və elektrik mühərriklə çalışan avtomobillərin diaqnostikası laboratoriyasının quraşdırılması nəzərdə tutulur.
Yeni binada tələbələrin sayı 300 nəfərdən 1000 nəfərə çatdırılacaq
Bölgəmizdə 2 ali təhsil ocağı, bir neçə kollec fəaliyyət göstərsə də, yüzlərlə gəncin 10-dan artıq peşəyə yiyələndiyi Lənkəran Peşə-Litseyi də uğurları ilə diqqəti cəlb edir
Hazırda bu təhsil ocağı üçün inşa edilən yeni binada qızğın iş gedir. İndi 300 nəfərə yaxın gəncin təhsil aldığı bu məktəbdə yeni bina istifadəyə veriləndən sonra şagirdlərinin sayını - 1000-ə çatdırılacaq.
Məktəbin tarixindən
Liseyin direktoru Afər Kərimovun bildirdiyinə görə Lənkəran Peşə Liseyi (əvvəllər Lənkəran 113 saylı texniki peşə məktəbi) 1969 cu ildə yaranıb və əsasən Lənkəran Regionu üçün kənd təsərrüfatı sahəsində ixtisaslı fəhlə kadrlarının hazırlanmasını həyata keçirib.
Sovet dönəminin son illəri və ondan sonrakı dövrlərdə peşə təhsili cəmiyyətdə öz mahiyyətini itirməyə başlayır. Bu tənəzzülün əsas səbəblərindən biri postsovet ölkələrində sosial iqtisadi vəziyyətlə əlaqədar olur.
2000-ci illərdən başlayaraq, dünyada gedən sosial iqtisadi dəyişikliklər, İT texnoloqiyaların inkişafı, əmək bazarındakı dəyişikliklər, dəyişikliklərdən irəli gələn yeni peşələrin formalaşması, insanların ömürboyu təhsil almaq ehtiyaclarını artırırb. Bu isə öz növbəsində dəyişiklik və qeyri müəyyənlik dövründə dünya ölkələri arasında peşə təhsilinin əhəmiyyətini artırıb. Çünkü peşə təhsili öz mahiyyətinə görə əmək bazarında daha yaxın təhsil pilləsi olmaqla, əmək bazarının kadr ehtiyyaclarını daha tez ödəyə bilir.
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2016-ci ildə ölkəmizdə Peşə Təhsilinin inkişafı ilə bağlı çox mühüm qərarlar vermişdir. Bu qərarların nəticəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış və Peşə Təhsili ilə bağlı Strateji Yol Xəritəsi hazırlanmışdır. Qeyd etmək lazımdır ki, ölkəmizdə müxtəlif sahələr üzrə hazırlanan Strateji Yol Xəritələrindən biri məhz Peşə Təhsili ilə bağlıdır.
Bu qərarlardan sonra Azərbaycanda Peşə Təhsili yüksələn xətlə inkişaf edir. Artıq ölkəmizdə dünya standartlarına cavab verən Peşə Təhsil Müəssisələri tikilib, tikilir və istifadəyə verilir. Yeni tədris proqramları hazırlanır, peşə təhsiili sahəsində ölkəmizdə müxtəlif beynəlxalq layihələr icra olunur.
Peşə Təhsili Müəssisələrinin içində ən aktiv müəssisələrdən biri də Lənkəran Peşə Liseyidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Lənkəran Peşə Liseyi və Lerik Peşə Məktəbi birləşdirilərək Lənkəran Peşə-Liseyinin bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Lənkəran Peşə Liseyinin yenidən qurulması layihəsinə başlanılıb. Bu layihə Lənkəran Astara İqtisadi Regionunda ixtisaslı mütəxəssislər hazırlamaqla regionun sosial iqtisadi inkişafına böyük təhfələr verə biləcək.
Əməkdaşlıq edilən işə götürən təşkilatlar:
Müasir dövrdə beynəlxalq təcrübədə Peşə Təhsilinin inkişafında Dual Peşə Təhsili tətbiq olunur. Bu təhsil texnoloqiyasının mahiyyəti ondan ibarətdir ki, peşə təhilində kadr hazırlığında işə götürən təşkilatlar birbaşa iştirak edirlər. Onlar tədris proqramlarının hazırlanmasında, istehsalat təlimi və təcrübələrində, təhsil alanların biliklərinin qiymətləndirilməsində aktiv iştirak edirlər. Təhsil alanlar isə həftədə bir neçə dəfə olmaqla işəgötürənin bazasında real iş rejimində öz seçdiyi peşənin sirlərini öyrənməyə imkan əldə edirlər. Bakı, Gəncə, Qəbələ, Şəki, İsmayıllı, Bərdə, Cəlilabad Peşə Təhsili Müəssisələri ilə bərabər Dual Peşə Təhsili Lənkəran Peşə Liseyində də uğurlar tətbiq olunmağa başlayıb və biz bu sahədə aşağıdakı işə götürənlərlə əməkdaşlıq edirik:
Azərbaycan Respublikası KTN Çayçılıq və Meyvəçilik ETİ
Lənkəran Regional Mədəniyyət İdarəsi
Lankaran Wellness Spring Resort Otel
Xəzər Palace
Laran Qənnadı Fabriki
Lənkəran Avtoservis MMC
Lənkəran Meliorasiya İdarəsi
Lənkəran Mexanikləşdirmə Zavodu
Carnaval Otel
Qeyd etmək istərdik ki, adı çəkilən müəssisələrin əməkdaşları Lənkəran Peşə Liseyində tədris işlərinə cəlb olunublar və təhsilalanların biliklərinin qiymətləndirilməsində yaxından iştirak edirlər. Eyni zamanda, qeyd olunan ixtisaslar üzrə təhsil alanlar istehsalat təlimi və təcrübələrini əməkdaşlıq etdiyimiz işəgötürənlərin bazalarında real iş rejimində keçirlər.
Xatırladım ki, Vətən Müharibəsi bitən kimi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin və 1-ci Vitse Prezident Mehriban Xanım Əliyevanın işğaldan azad olunan ərazilərin işğaldan bərpası prosesinə ilk qoşulan təhsil müəssisələrindən biri Lənkəran Peşə Liseyi olub.
Belə ki, Liseydə Bitkiçilik qrupları tərəfindən yetişdirilən müxtəlif növ ağaclar Cəbrayıl Rayonunun Cucuq Mərcanlı kəndində aparılıb və əkilib.
Liseyin Xalçaçı qrupunda hazırlanan Xalçalar Liseyin facebook səhifəsi üzərindən auksiona çıxarılaraq satılıb və həmin vəsait YAŞAT Fonduna köçürülüb.
Bu yaxınlarda Liseyin tələbələrinin yetişdidikləri məhsullar Liseydə təşkil olunan kiçik yarmarkada satılaraq vəsait YAŞAT Fonduna köçürülüb.
Bundan başqa, Lənkəran Peşə Liseyi artıq bir neçə ildir ki, Lənkəranın Uşaq Bağçalarına yelləncəklər və oturacaqlar düzəldərək hədiyyə edir. Eyni zamanda, belə yelləncəklər və oturacaqlar Lənkəran Şəhərinin müxtəlif parklarında sakinlərin ixtiyarına verilib.
Bu yaxınlarda, Lənkəran Peşə Liseyi Şəhidlərin adlarını əbədilşdirmək üçün Şəhid Ailələrinə verilən yaşayış binasında daha bir sosial aksiya keçirərək binanın ərazisində Şəhid Övladları ilə birgə ağaclar əkilib, binanın ərazisinə oturacaqlar və yelləncəklər qoyulub.
Lənkəran Peşə Liseyi ekoloji layihələrdə iştirak edir. Liseyin mühəndis pedaqoji heyyəti qırmızı kitaba düşən Lənkəran Akasiyasını çoxaldaraq müxtəlif yerlərdə əkir. Şirvan Milli Parkında ağacəkmə aksiyalarında iştirak edib.
Lənkəran Peşə Liseyində Baramaçılıq ixtisası olduğuna görə Liseydə 2 il barama istehsal olunaraq Şəki İpək MMC təhvil verilib. Liseydə yaşıl enerjinin tətbiqi ilə bağlı 2 müxtəlif layihənin təqdimatı keçirilib.
Regionda ilk dəfə olaraq gənclərimizin daha tez müddətdə yeni peşə ixtisası qazanmaları üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi Lənkəranda 2 qısamüddətli təlimlərin keçirilməsinə nail olmuşuq. Bunlardan biri Ofisiant digəri isə müasir dövrdə ən aktual peşələrdən biri Sosial Media Marketing ixtisasıdır.
Ölkədən kənarda
Afər müəllim bildirdi ki, Lənkəran Peşə Liseyinin sosial aksiyaları ölkədən kənarda da maraqla qarşılanıb və Lisey Beynəlxalaq Makarenko müsabiqəsinin xüsusi diplomuna layiq görülüb.
Lənkəran Peşə Liseyinin ən uğurlu layihələrindən biri “Gənc Fermer” Layihəsidir. Layihəni əsas məqsədi - Lənkəran rayonunda ənənəvi sahələrdən olan çayçılığın inkişafı üçün ting yetişdirilməsinin təşviqi, bu sahədə çalışan mütəxəssislərin potensialının üzə çıxarılması, gəncləri lokal layihələrə cəlb etməklə, onların məşğulluğunun təmin edilməsidir.
Layihə Heydər Əliyev Fondu Regionların İnkişafı İçtimai Birliyi – RİİB tərəfindən sosial layihələr müsabiqəsi çərçivəsində maliyyələşdirilib və bu layihəni Lənkəran Peşə Liseyi Müasir Gənclərə Dəstək İçtimai Birliyi ilə birgə həyata keçirib. Layihə çərçivəsində 7500 çay tingi yetişdirilib və fermer təsərrüfatlarına verilib. Əldə olunan gəlirlə çayçılqla məşqul olmaq istəyən Gənclərə maddi texniki dəstək verilib. Gənc Fermer Layihəsinin icrası, qiymətləndirilməsi və bağlanış tədbirində Milli Məclisin Deputatları Şahin Seyidzadə və Rüfət Quliyev iştirak ediblər.
Hazırda peşə-litseyində aşağıdakı ixtisaslar öyrədilir:-
Turizm sahəsi üzrə iaşə mütəxəssisi,
Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer
Bitkiçilik
Xalçaçı
Aşpaz
Geniş profilli traktorçu maşınçı
Avtomobillərin təmiri çilingəri
Əl elektrik qaynaqçısı
Çilingər Santexnik
Mehmanxana İnzibatçısı
Tələbə sayı: 328-dir, onlardan 52 xanımlardır
İcra edilən layihələr:
Gənc Fermer –H.Əliyev Fondu RİİB elan etdiyi Sosial Layihələr çərçivəsində MGİD ilə birgə həyata keçirilib
Yay Məktəblərinə Peşəkar Dəstək – öz təşəbbüsümüzlə həyata keçirilib
Müxtəlif sosial və ekoloji layihələr – öz təşəbbüsümüzlə həyata keçirilib
Yaşat Fonduna ianələr üçün auksion – öz təşəbbüsümüzlə həyata keçirilib
Peşə Vadisi Layihəsi-Karnaval otellə birgə
Yay Məktəbi – Lənkəran Astara Regional Təhsil İdarəsi ilə birgə
Ən maraqlı layihələrdən biri:
Peşə Vadisi Layihəsi
Peşə Vadisi – Açıq Peşə Platformasıdır. Bu layihə Lənkəran Peşə Liseyi ilə Carnaval Otelin birgə layihəsidir. Məqsədimiz regionda gənclər arasında peşə yönümlü işlərə dəstək vermək, peşə və turizm sahəsində innovativ layihələr icra etmək, müxtəlif sənətkarlara öz peşələrini ifadə etmək üçün şərait formalaşdırmaqdır. Eyni zamanda, bu layihə ilə Lənkəranda təhsil turizmi və aqroturuzmin inkişafına dəstək vermək istəyirik. Eyni zamanda bu layihə regionda peşəyönümlü işlərin inkişafına dəstək verəcək. Müxtəlif yaş kateqoriyalı insanların həmin vadidə müxtəlif peşələrlə tanış olmağa imkanları yaranacaq, bacarıqlı gənclər üçün isə bu vadi bir inkişaf platforması ola bilər. Burada bir neçə kiçik həcmli, daha çox show room xatırladan siniflər artıq quraşdırılıb. Bu siniflərin birində muzey quraşdırılacaq. Bu muzeydə bölgədə qədimdən olan peşə ixtisasları nümayiş olunacaq. Siniflərin hazırlanmasında USAİD özəl sektora dəstək proqramı çərçivəsində texniki yardım edilib.
Bəs bu peşə-litseyinin yeni binası 2023-cü ildə istifadəyə verildikdən sonra burada hansı yeniliklər olacaq?
Afər Kərimov - Əsas yeniliklərdən biri o olacaq ki, biz çox muasir standartlara cavab verən peşə təhsili kompleksində kadr hazırlığı həyata keçirə biləcəyik. Burada müxtəlif yaş kateqoriyasında olan vətəndaşlarımız daha çevik ixtisas dəyişmək və yeni peşələrə yiyələnmək imkanı əldə edəcəklər.
Yeni qurulan Liseydə müxtəlif bölgələrdən təhsil alan tələbələr üçün 100 nəfərlik yataqxanın tikilir
Regionin inkişaf strateqiyasına görə turizm və otelçilik ixtisalarının çoxlacağını nəzərə alaraq, Lənkəran Peşə Liseyinin yeni layihəsində təlim məqsədi ilə otelin tikilir. Eyni zamanda, bu otel qonaqlama ilə də məşqul olacaq.
İnformasiya Texnologiyaları mütəxəssisi, isitmə və soyutma havalandırma sistemləri, istixana operatoru və müxtəlif yeni ixtosasların açılması nəzərdə tutulub
Burada müasir tələblərə cavab verən 1200 kv.m istixana və bölgədə ilk dəfə olaraq hibrid və elektrik mühərriklə çalışan avtomobillərin diaqnostokası laboratoriyasının quraşdırılması nəzərdə tutulur.
Burada həmçinin müasir tipli açıq və qapalı 2 idman meydançası inşa edilir ki, bunlarda ölkə səviyyəli yarışların keçirilməsi mümkün olacaqdır.
Beynəlxalq əlaqələr
Turizm, otelçilik və kənd təsərrüfatı sahəsində Qardaş Türkiyədə fəaliyyət göstərən Peşə Təhsil Müəssisələri ilə əməkdaşlıqlar nəzərdə tutulub. Artıq, bu sahədə əməkdaşlıq Bakı və Qəbələdəki Peşə Təhsil Müəssisələrində gerçəkləşir. Eyni zamanda, biz Sinqapur, Cənubi Koreya kimi ölkələrində Peşə Təhsili təcrübələrini öyrənirik.
Bir qədər də bölgədəki peşə məktəbləri və filialları barədə
Lənkəran Astara İqtisadi Zonasında aşağıdakı Peşə Təhsili Müəssisələri fəaliyyət göstərir:
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi
Masallı Peşə Məktəbi
lerik Peşə Məktəbi
Yardımlı Peşə Məktəbi
Hazırladı: Zahir Əmənov, cenub.az