Doğrudanmı, “qidaçılar” təşkilata yoxlamaya gedəndə özləri ilə cəriməyə əsas verəcək “nöqsan”, əşyayi dəlil aparırlar?
Bu yazıda bir yoxlamanın özəllikləri barədə anonslar, Qida Təhlükəsizliyinin Regional rəhbərinə səmimi və “qidasız” məktub, bir də məhkəməyə ünvanlanmış ərizə ilə tanış olacaqsınız
Anonslar
Bir litr südün möcüzəsi, yaxud QİDA-nın 100 qram duz, 3 yumurta əhvalatı
Qida Təhlükəsizliyi Agentliyi doğrudanmı “canlar alır”, yaxud bunlar sifarişdir, ya qisas?
-Yanvarda Uşaq Bağçası üçün götürülmüş 1 lirt süd (mayın sonundan saxlama müddəti bitib) guya soyuducunun arxasında tapılıb?
Suallar:- Təxminən 2 manat dəyəri olan süd, niyə istifadə edilməyib, niyə 5 ay saxlanılıb? Burada hansı məqsəd ola bilərdi ki? Bu qiymətli əşyadırmı, narkotikdirmi, silahdırmı? Axı, niyə də niyə gizlədilib? Gizlədilibmi?
Niyə “qidaçılar” bağçaya 1 kilometr qalmışdan hər şeyi videoya alsalar da, süd tapılanda çəkiliş aparılmayıb? Niyə həmin vaxt yerində akt yazılmayıb? (Həmçinin həmin süd qutusu ləğv olunanda da akt yazılmayıb). Aktda niyə ancaq 2 nəfərin imzası var? Niyə akt həmin vaxt, həmin məkanda, həmin təşkilatda tərtib olunmayıb?
Bütün bunlar 600 manatlıq cəriməyə əsas verirmi?
5 ay soyuducuda saxlanılan südün bu müddətdə buzlaşması, tərləməsi niyə müəyyənləşməyib?
Süd özü və qutusu niyə dərhal məhv edilib?
Niyə çəkiliş işıqlar sönəndən sonra, bağça müdiri süd tapılan yerdə olmayanda aparılıb?
Niyə məhv edilən 1 qutu üçün məhv edilmə aktı tərtib edilməyib?
Niyə qutunun şəkli onun tapıldığı məkanda yox, ondan aralı, pəncərənin qarşısında çəkilib?
Niyə “Qida”nın məsul işçisi əvvəl bağça müdirinü qorxudub ki, “bunun 2000 manat cəriməsi var”, sonra da deyib ki, ”narahat olma, ləğv etdik” .
Sonra da deyirlər ki, ərizə yaz, bunu ləğv edək. Hansı məhsulu ləğv etmək üçünsə ziyançəkən ərizə verməlidir? Niyə ləğvetmə aktı tərtib edilməyib? (ortada yoxlayıcının Votcapla səs yazıları var)
(Eyni vəziyyət digər bağçalarda da baş verib və “qida”çılar məhkəmədə uduzub).
Pandemiya dövrü tam ləğv edilməsə də, qapalı müəssisəyə daxil olduqda yoxlayıcıların əynində nə xələt, nə də əllərində əlcək olmayıb və mətbəxə də belə giriblər.
Sanki bunların işi ancaq nöqsan tapmaq, “xox” gəlmək, cərimə etməkdir. Bir yaxşı, müsbət işi olan bağça yoxdurmu, kiməsə nümunə göstərsinlər? Hələ bu vaxta qədər Masallıdakı 1 uşaq bağçasına belə Fəxri-Fərman verilməsə də, elə uşaq bağçası yoxdur ki, 200-manatdan 1200 manata qədər çərimələnməsin.
Qida Təhlükəsizliyi Agentliyi ərzağın artıq-əskiyini, uşaqların az-çoxluğunu yoxlamağa səlahiyyətlidirmi?
Lənkəran Regional Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları Ərkivan Qəsəbə Uşaq bağçasında olarkən, bu təşkilatın anbarındakı ərzaqları da çəkisini və miqdarını yoxlayıblar. Həm də xüsusi, surğuclanmış tərəzi ilə yox, uşaq bağçasında yaşayan məcburi köçkünlərdən aldıqları təsadüfü tərəzi ilə. Bəlli olub ki, burada 100 qram duz, 3 yumurta və sair ərzaqlar əskik, bəzi ərzaqlar isə artıqdır. Axı, bu təşkilat ərzağın keyfiyyətinə cavabdehdir, onun çəkisinə yox. (Yoxlayıcılar haradan bildilər ki, uşaqların sayı menyudakı sayla düz deyil? Bununla bağlı çəkiliş varmı? )
Yoxlayıcılara xatırladılıb ki, bu binanın birinci mərtəbəsində məcburi köçkünlər yaşayır. Onlar burada mal-qara, göyərçin, qoyun-quzu saxlayır. Deyirlər, bunların bizə dəxli yoxdur. Necə olur, 3 yumurtanın sizə dəxli var, qapalı müəssisədə saxlanılan qoyun-quzunun, onun peyinin, ot-ələvinin... yox?
Həm də sual olunur ki, niyə aktda göstərilən artıq-əskik məhsullar əsas aktda öz əksini tapmayıb?
Hamıya bəllidir ki, Uşaq Bağçasında təbii qazdan istifadə etmək olmaz. Bəs niyə mətbəxin divarının o biri üzündə məcburi köçkün bundan faydalanır, amma onun yaxınlığındakı bağça yox? Yenə deyərlər ki, bunun da bizə dəxli yoxdur.
Uşaq bağçası əksər ehtiyaclarını ödəmək üçün bəzən aylarla vəsait ala bilmir. Elə il olur ki, odun almaq üçün 200 manat xərcləyir. Bəzən odunu versələr də, daşınmaq üçün maşın, doğramaq üçün fəhlə və vəsait vermirlər. Bağçaya su xəttini, elektrik xəttini özləri çəkdirir, kanalizasiyanı öz şəxsi vəsaitləri ilə təmir etdirirlər , çardağı özləri düzəltdirir, şampunu, sabunu özləri alır, həftədə bir neçə dəfə ora-bura çağrılsalar da yol pulu verilmir, telefon xərci ödənilmir... Qısası, ortalama ildə bağça üçün rəhbərliyin ciblərindən xərcldiyi 500-600 manatın bunlara dəxli yoxdur, amma 100 qram duzun bunlara dəxli var. Elə bil ki, milyonların, milyardların talan edildiyi mikanda yaşamırlar.
Bu təşkilat uşaq bağçalarını qorxu içində saxlayır. Bağçalara elə gəlirlər ki, elə bil quldur tutmağa gəlirlər. Bəzi yerlərdə qorxudan ürəyi gedən qadınlar olub. Elə bil xüsusi təyinatlı dəstədir. Nə icra başçısı, nə regional idarə sayırlar.
Sanki bunlar nöqsan tapmaqdan həzz alır. Bağçalarda çalışanlar qadınlardır. Elə şərait yaradır, elə aldadıcı hərəkətlər edirlər ki, heç bilmirsən nə edək.
Qida Təhlükəsizlik Agentliyinin Lənkəran Regional
bölməsinin rəhbəri, çox hörmətli Samit müəllimə səmimi və “qidasız” məktub
(Şikayətçinin qanuni nümayəndəsi tərəfindən)
AQTA ölkəmizdə yeni yaranmış qurumdur. Faydalı işləri də az olmayıb. Xüsusən də, ət dükanlarında xeyli-səliqə sahman yaradılıb. Şadlıq saraylarında, istirahət mərkəzlərində keyfiyyətli ərzaqların verilməsində bir sıra müsbət hallar müşahidə olunur.
Lakin, AQTA-nın bəzi əməkdaşları az qala özlərini “cəza dəstəsi”nin təmsilçisi kimi aparır. Bir qorxu, xof əhvalı quraşdırır, heç nədən bir nöqsan mühiti yaradıb süni cərimələr yazırlar. Nə icra hakimiyyəti, nə təhsilin bölmə müdirlərini saymadıqlarını nümayiş etdirirlər. Bu təşkilatın bəzi reydləri barədə heç də obyektiv, təmizlik nümunəsi olmayan məlumatlar da kifayət qədərdir. Heyf ki, onların qorxusundan bir çoxu bunu yazılı bildirmir. AQTA sanki Uşaq Bağçalarına qənim kəsilib. Biz də başa düşürük ki, yeyinti olan, uşağın payına göz dikən, yuxarılara haqq verən,, bunun üçün çoxlu saxtakarlıq edən bağçalar var. Hansı ki, qanuna əməl etmir, buyur, cəzalandır. Daha qurunun oduna yaşı da yandırma da.
Sizin dediklərinizlə əməllərinizi tutuşduranda özgə mənzərələr yaranır.
Siz çoxlu cərimələr yaza, hətta məhkəmələri də uda, sizdən şikayət edənləri “qara siyahılara” sala, onlrı təkrar-təkrar yoxlaya bilərsiniz. İndiyə qədər nədənsə dostlarınız əsasən restoran müdirləri, cadlıq sarayı rəhbərləri olur. Unutmayın bu bölgənin ziyalıları da var. Keçmiş “kuri” işçisi kimi özünüzü “partizan” təki aparmaqdan, özünüzüü öyməkdən çox həzz alırsınız. Amma “cücə-payız” söhbətini də unutmayın.
Sirr deyil ki, 2 qruplu Uşaq Bağçalarının uzun illərdir ki, bir çox təşkilatı və texniki bəlaları, sağalmayan “yaraları” var. Ən çox da 2 qruplu uşaq bağçasının nə nə təsərrüfat müdiri, nə mühasibi, nə kompüterçisi, nə də normal tərbiyəçi-dayə ştatı yoxdur ki, işlərini ideal səviyyədə qursunlar.
Yuxarıda deyilənlərdən də aydın görünür ki, bir qutu vaxtı keçmiş süd qutusunun ora atılması böyük şübhələr doğurur.
O da bəllidir ki, Ərkivan Qəsəbə Uşaq Bağçasında nə uşaqlar ora qəbul olunanda, nə də SONRALARA hər hansı formada pul alınmır. Eləcə də müəllimlərdən. Hər hansı artıq-filan ştat da yoxdur. İcra başçısının müavini səviyyəsində dəfələrlə qərəzlə yoxlanılıb. Eyni vaxtda ödənişsiz həm təsərrüfat müdiri, həm mühasib, həm kompüterçi, həm tərbiyəçi işləyən, hər ay cəmi 390 manat pul alıb, onun da hər ay 60-70 manatını bağçanın ehtiyaclarına (ildə 500-600 manat) xərcləyən bir insanı aldığının az qala 2 misli miqdarında cərimələməyə necə insafınız gəldi? Ərkivan qəsəbəsində 700-ə yaxın məktəbəqədər yaşlı uşaq olsa da, onun cəmi 40 nəfəri, məcburi köçkünlərin saxladığı mal-qara ilə birgə bağça təhsilinə cəlb olunub. Oranı da bağlatdırmaq istəyirsiniz? Sizin heç insafınız yoxdur? Doğrudanmı qəddarlıqda belə həzz alırsınız?
Gah etik qaydaları aşaraq bölgədəki icra başçılarını yamanlayırsınız, gah əsas hədəfləriniz olan istirahət mərkəzlərini tərifləyirsiniz, dostluqdan, mehribanlıqdan, Allah adam olmağınızdan söz açırsınız. Amma əməlləriniz buna göstərmir. Gülə-gülə “baş yarmaqdan” əl çəkin. Ötən əsrdən bəri çox qəddarlıqlar gördük. Sonra hansı talelər yaşadıqlarına da bələdik
Ərkivan Qəsəbə Uşaq Bağçasının da yuxarıda qeyd etdiyim kimi 1-ci mərtəbəsində məcburi köçkün ailələri yaşayır. Bağçanın da işçilərinin 5-i köçkündür. Onlar ehtiyacını ödəmək üçün burada gah mal-qara, gah qoyun-quzu, ya digər heyvanlar saxlayır. İşçiləriniz deyir ki, azyaşlı uşaqların inək, qoyun-quzu, eləcə də onların ot-ələvi, peyini ilə birgə dərs keçməsi anti-sanitariya deyil, amma 100 qram duzun az gəlməsi faciədir. Doğrudanmı, ölkə baş verənlərdən, mllyonluq yox, milyardlıq talanlardan xəbərsizsiniz ? Vallah ayıbdır. 600 manat faciə deyil, məhkəmədə uduza da bilərik. Sizin də əməlləriniz aydan arı, sudan duru deyil. Yəqin ki, bu yazıdan sonra sizin də digər yerlərdəki əməllərinizdən söz açan olacaq. Lakin biz, uduzsaq da haqqı deyə-deyə uduzacaq, bu məqamları ən papulyar saytlar da paylaşacağıq.
2 qruplu uşaq bağçasının təsərrüfat müdiri yox, mühasibi yox, metodisti yox, kompüterçisi yox, normal tərbiyəçi ştatı yox... bunlar hansı işçi qüvvəsi ilə məhsulun gündəlik artıq-əskiyinə ideal şəkildə nəzarət etsin?
Artıq bağçalar bezib. Nə qədər qorxu içində işləmək olar. Ən az maaş alan da onlar, daim qorxu içində yaşayan da onlar. Sıravi polis işçisi 800 manat alır. 40 il bağça müdiri işləyən, ali təhsilli tərbiyəçi pedaqoq 360-390 manat.
“Qida”çılar nəyin bahasına olursa olsun cərimə yazmaq istəyirlər ki, cərimə yazılsın, bunlara faiz gəlsin.
Bəlkə Samit müəllim, bir az fərqli düşünəsiniz, olanlara kənardan baxıb qisasşılığı, qarayaxmanı kənara qoyub, heç olmasa öz-özünüzə deyəsiniz- bəlkə biz düz eləmirik. Axı, etiraf da böyüklük nişanəsidir.
Xatırladaq ki, işçiləriniz yoxlama zamanı Masallıdakı təhsil müdiri əvəzin də heç yaxına qoymayıblar.
Qeyd: Sanki bağçaların sahibi yoxdur. 10 il icra hakimiyyətlərinin basqısı altında işlədilər, 6 aydır da Regional Təhsil idarələri yaranıb, amma uşaq bağçalarana baxan bir metodist belə yoxdur ki, onlar bilmir ki, dərdini kimə desin, kimdən məsləhət alsınlar.
Bütün bu problemlər Rayon səviyyəli tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərinin şəxsən diqqətinə çatdırılıb. Lakin 2 həftədir, heç bir reaksiya yoxdur.
Kimin həvəsi çatsa Masallı Rayon Məhkəməsinə
ünvanlanmış aşağıdakı ərizəni də oxuya bilər
AZƏRBAYCAN RESPUBLİKASI MASALLI RAYON
MƏHKƏMƏSİNƏ
Masallı Rayonu Ərkivan Qəsəbə Uşaq
Bağçasının müdiri Əmənova Reyhan Əziz qızından
(Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Lənkəran Regional bölməsi tərəfindən tərtib olunmuş 16 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair.)
ƏRİZƏ
Məlum etmək istəyirəm ki, Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional bölməsi tərəfindən rəhbərlik etdiyim Ərkivan Qəsəbə Uşaq Bağçasında apardığı yoxlama zamanı qanunsuz olaraq cərimələnmişəm.
Bu il iyun ayının 7-də özünü Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional bölməsinin əməkdaşı kimi təqdim edən 2 şəxs nahara az qalmış Ərkivan Uşaq Bağçasına gəldi. Xeyli və ciddi təkidimdən sonra yoxlama aparmaq üçün əmrin surətini mənə təqdim etdilər. Həmin sənəddən bəlli oldu ki, bu şəxslərdən biri həmin təşkilatın məsul işçisi Xalid Ələkbərli, digəri isə vəzifəsi dəqiq bilinməyin Vüsal adili şəxsdir.
Onlar yoxlamanı video kamera vasitəsiilə lentə alırdılar. Yoxlamadan bir qədər sonra, hansı ki, binada işıqlar sönmüşdü, yoxlayıcıVüsal adlı həmin şəxs bildirdi ki, soyuducunun arxasından guya vaxtı keçmiş bir qutu maye halında olan süd tapıb.
Xatırladım ki, həmin şəxsin tapdığı iddia edilən bir qutu vaxtı keçmiş süd “tapılan” zaman çəkiliş aparılmayıb, mən həmin dəqiqələrdə kameraçının yanında olmamışam.
Buna görə, həmin vaxtı keçmiş südün soyuducunun içindəki arxa hissədən tapılması çox şübhəlidir. Bu ilin yanvarayında qəbul etdiyim, may ayının 31-dək istifadə müddəti olan südü orada niyə, hansı məqsədlə saxlamalı idim? Sonrakı 5 ayda 100 litrlərlə süd götürüb istifadə etmişik. Elə həmin südü də istifadə edərdik. Onu da xatırladaq ki, yoxlayıcıların tapdığı həmin 1 qutu südün üstündə bağçada olan südlərdən fərqli işarələr var. (Həmin südün qutusunun şəkli əlavə olunur)
İkincisi, niyə həmin süd işıqlar sönəndə, qaranlıqda, mən kənarda olan vaxt aşkarlandı, tapılma anı niyə videoya düşmədi?
Həmin, guya vaxtı keçmiş süd aşkarlananda niyə akt bağlanmadı? Yoxlayıcılar gah məni yüksək cəriməilə, gah da bunu akta salmayacaqları barədə yalançı vədlə alladıb, ərizə aldılar ki, mən xahiş edirəm, həmin südü ləğv edəsiniz.
İndi suallar doğur-
1. Yüksək cərimə üçün əsas verən həmin, guya vaxtı keçmiş, cəmi 2 manat dəyəri olan 1 qutu süd niyə sübut kimi saxlanılmadı, bir məkanda tapılsa da,
başqa məkanda şəkli çəkildi?
2. Mənə, ziyan çəkənə təkidlə ərizə yazdırdılar ki, xahiş edirəm, bu südü ləğv edin? Halbu ki, bir neçə nəfərin iştirakı ilə ləğv etmə akt ıtərtib edilməl iidi. Amma etmədilər. Onların tərtib etdiyi bütün sənədlərdə cəmi 2 nəfərin imzası var.
3. 5 ay soyuducuda, guya arxada gizlədilən qutuda buzlaşma, tərləmə ola bilərdi ki, bu da onun köhnə olduğunu sübut etsin. Lakin onlar bunu dərhal ləğv etdilər. (Bu barədə biz də yoxlayıcıVüsal müəllimin Votçapdan ışıqları varki, o deyir, narahat olma, bunun 2 min manat cəriməsi var (halbuki bu iş üçün cərimə 600-900 manatdır).
4. Ən azı bütün aktlar yoxlama aparılan məkanda, bir neçə nəfərin iştirakı ilə yazılmalı idi. Lakin bunlar Lənkərana gedib, orada akı bizsiz tərtib ediblər.
Bütün hallarda onlar hədə ilə, qərəzlə danışır, nəinki məni, heç Lənkəran Regional Təhsil İdarəsinin Masallı bölməsinin müdir əvəzini yaxına qoymurdular.
Lakin verilən vədlərin əksinə olaraq Lənkəranda bizə 600 manat cərimə yazdılar.
Xatırladım ki, pandemiya dövrü olmasına və bu təşkilat qapalı müəssisə hesab olunmasına baxmayaraq, yoxlayıcılar uşaq bağçasına, hətta mətbəxə girəndə nə əyinlərində xələt, nə də əllərində əlcək olmayıb.
Eyni vəziyyət, sənədlərin saxtalaşdırılması, digər bağçalarda (Masallı rayonu, Göyçol kənd bağçası) da baş verib və bizə çatan məlumatda “qida”çılar bu işi məhkəmədə uduzub.
Sanki bunların işi ancaq nöqsan tapmaq, “xox” gəlmək, cərimə etməkdir.
Qida Təhlükəsizliyi Agentliyi ərzağın artıq-əskiyini, uşaqların sayını yoxlaya bilərmi?
Lənkəran Regional Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları Xalid Ələkbərli və onunla gələn Vüsal adlı şəxs Ərkivan Qəsəbə Uşaq bağçasında olarkən, bu təşkilatın anbarındakı ərzaqları da çəkisini və miqdarını yoxlayıblar. Həm də xüsusi, surğuclanmış tərəzi ilə yox, uşaq bağçasında yaşayan məcburi köçkünlərdən aldıqları təsadüfi tərəzi ilə buradakı artıq-əskiyi müəyyənləşdirməyə çalışıblar. Bəlli olub ki, burada 100 qram duz, 3 yumurta və sair ərzaqlar əskik, bəzi ərzaqlar isə artıqdır. Bu təşkilat ərzağın keyfiyyətinə cavabdehdir, onun çəkisinə yox. Yoxlayıcılar haradan bildilər ki, uşaqların sayı menyudakı sayla düz deyil? Bununla bağlı çəkiliş varmı?
Yoxlayıcılara xatırladılıb ki, bu binanın birinci mərtəbəsində məcburi köçkünlər yaşayır. Onlar burda heyvan - göyərçin, qoyun-quzu saxlayır. Deyirlər buların bizə dəxli yoxdur. Necə olur, 3 yumurtanın sizə dəxli var, qapalı müəssisədə saxlanılan qoyun-quzunun yox?
Həm də sual olunur ki, niyə akt da göstərilən artıq-əskik məhsullar əsas aktda öz əksini tapmayıb?
Hamıya bəllidir ki, Uşaq Bağçasın da təbii qazdan istifadə etmək olmaz. Bəs niyə mətbəxin divarının o biri üzündə məcburi köçkün bundan faydalanır, amma onun yaxınlığındakı bağça yox. Yenə deyərlər ki, bunun da bizə dəxli yoxdur.
Uşaq bağçası əksər ehtiyaclarını ödəmək üçün vəsait ala bilmir. Elə il olur ki, odun almaq üçün 200 manat xərcləyir. Bəzən odunu versələr də daşınmaq üçün maşın, doğramaq üçün fəhlə və vəsait vermirlər. Bağçaya su xəttini, elektrik xəttini özümüz çəkdirir, kanalizasiyanı öz şəxsi vəsaitimizilə təmir etdirir, çardağı özümüz düzəltdirir, şampunu, sabunu özümüz alır, həftədə bir neçə dəfə ora-bura çağrılsaq da yol pulu verilmir, telefon xərci ödənilmir... Qısası, ortalama ildə bağça üçün xərclənən 500-600 manatın bunlara dəxli yoxdur, amma 100 qram duzun bunlara dəxli var.
17 min əhalisi, 700-ə yaxın məktəbəqədər yaşlı uşağın yaşadığı qəsəbəddə cəmi 40 uşağın məşğul olduğu (Onun da 1 –ci mərtəbəsində məcburi köçkünlər yaşayır) bağçanı da beləcə məhv etmək istəyirlər.
Bu təşkilat uşaq bağçalarını qorxu içində saxlayır. Elə bil xüsusi təyinatlı dəstədir.Nə icra başçısı, nə də regional idarə sayırlar.
Sanki bunlar nöqsan tapmaqdan həzz alır. Qadın xeylağıyıq. Elə şərait yaradır, elə aldadıcı hərəkətlər edirlər ki, heç bilmirsən nə edəsən.
Standartlara uyğun olmayan qapanda məhsulları çəkib, süni artıq-əskiklik yaradırlar.
2 qrupla uşaq bağçasının təsərrüfat müdiri yox, mühasibi yox, metodisti yox, kompüterçisi yox, normal tərbiyəçi ştatı yox - mənməhsulun gündəlik artıq-əskiyi nənecə nəzarət edim?
Artıq bezmişik. Nə qədər qorxu içində işləmək olar.Ən azmaaşalan biz, daim qorxu içində yaşayan biz. Sıravi polis işçisi 800 manat alır. 40 il bağça müdiri işləyən, ali təhsilli tərbiyəçi pedaqoq 360-390 manat. Hələ əlavə xərcləri demirəm.
“AQTA”-çılar nəyin bahasına olursa olsun cərimə yazmaq istəyirlər ki, cərimə yazılsın, bunlara faizgəlsin.
Bunlar yoxlama zamanı regional təhsil müdiri əvəzini də heç yaxına qoymurdular.
Bizim sahibimiz yoxdur. 6 aydır Regional Təhsilidarəsiyaranıb, amma uşaq bağçalarana baxan bir metodist yoxdur. Dərdimizi kimə deyək, kimdən məsləhətalaq.
Bütün bu problemlər geniş iclasda Lənkəran Astara Regional Təhsil İdarəsi rəhbərliyinin də diqqətinə çatdırılıb.
Hüquqiəsaslar:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinəəsasən:
Maddə 57. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi
57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər.
57.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.
57.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir.
57.4. Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir.
57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir:
57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan;
57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda:
57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan;
57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan.
57.5.3. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan.
57.6. Bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur:
57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan;
57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda);
57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda);
57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda).
57.7. Bu Məcəllənin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur:
57.7.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan;
57.7.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 127-5.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda).
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən:
Maddə 76. Sübutlar
76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir.
Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən
XAHİŞ EDİRƏM
Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Lənkəran Regional bölməsi tərəfindən tərtib olunmuş 16 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğuna görə həmin qərarın ləğvini və qanun pozuntusuna yol verən yoxlamaya gələn Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yol verdikləri hüquq pozucu hərəkətlərə görə hüquqi qiymətin verilməsi ilə bağlı inzibati tənbehin başlanması barədə qərar qəbul edəsiniz.
Aşağıdakı sənədlər əlavə edirəm:
Şəxsiyyət vəsiqəmin sürəti-1
Ərkivan Qəsəbə Uşaq Bağçasının yarıtmaz vəziyyəti barədə foto şəkillər
İmza: Əmənova Reyhan Əziz qızı
Tarix: 23.06.2022