Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Ərkivan. “Müdirlər məhəlləsi - Abbaslı”


Hər insan üçün onun məkanın tarixi təkcə   yaşadığı rayondan, qəsəbə və kənddən yox,  həm də onun boya-başa çatdığı məhəllədən başlayır. Bu istəklə təkcə Masallının yox, ölkənin ən çox əhali yaşayan məskənlərindən biri olan Ərkivan Qəsəbəsinin 13 məhəlləsindən biri –Abbaslı məhəlləsinin tarixi, coğrafiyası, özəllikləri, eləcə də tanınmışları haqqında yazı hazırlamaq qərarına gəldik. Ərkivan qəsəbəsinin digər məhəllələrinin tarixi haqqında da həmin məhəllələrdəki  ziyalılar, xüsusən jurnalistlər belə yazılar təqdim etsə, onları da məmnuniyyətlə çap edərik.

Öncə, bəzilərinin yarızarafat, yarıciddi “Müdirlər məhəlləsi ” adlandırdığı Abbaslı məhəlləsinin  ölkə və rayon miqyaslı yüksək vəzifələrdə çalışmış və çalışan şəxsləri barədə 

Teymur Yəhyayev Heydər oğlu – 2-dəfə Masallı Rayonunun İcra Başçısı işləmiş, Keçmiş SSRİ-nin Baş Teleqraf Agentliyinin (SİTA-nın) aparıcı əməkdaşı olub

Adil Yəhyayev Hacıağa oğlu- şərqşünas. Bir sıra ərəb ölkələrində tərcüməçi işləyib. Hazırda BDU-da kafedra müdirinin müavini.

Ziya Əliyev  Zəfər oğlu– Azərbaycan Milli Bankının İcraçı Direktorudur

Sücəddin Novruzov Gülverdi oğlu – 1990-cı illərin son 6 ilində Masallı Rayonunda Vergilər İdarəsinin rəisi,  Vergilər  Nazirliyində baş mütəxəsssis.

Bəyverdi Novruzov Haqverdi oğlu – Bakının Səbael rayonunda və digər rayonlardakı  İHB-lər də şöbə müdiri.

Zahir Əmənov Əbiş oğlu – Masallı Rayon Komsomol Komitəsinin humanitar məsələlər  üzrə katibi,  ölkədə müstəqil region mətbuatının yaradıcılarından biri.

Yəhyayev Heydər Hacıağa oğlu –məhəllənin ilk polkovnik-leytenantı.

Rasim Əzizov  Zülfüqar oğlu– 2 dəfə qısa müddətə Masallı Mərkəzi Xəstəxanasının Baş həkimi olub.

Abuzər Mikayılov Şapı oğlu. –    Masallı Rayon Partiya komitəsinin təşkilat şöbə müddiri, Masallı Rayon Mədəniyyət Şöbəsinin müdiri,

Lətif Mikayılov  Şapı oğlu–Rayon Tədarük Kontorunun müdiri

Abbas Mikayılov Lətif oğlu– Masallı RHİB-nin şöbə müdiri

Qardaşxan Zeynalov  Məmmədağa - Masallı Mədəniyyət şöbəsinin və RİK-in təşkilat şöbəsinin müdiri.

Həsənağa Abdullayev  Fətəli  oğlu –Masallı Yüksək Gərginlilkli Ellektrik Stansiyasının direktoru.

Nadir Əliyev Əbiş oğlu – Respublika Həmkarlar Təşkilatında və Azərbaycan Yazıçılar birliyində məsul vəzifələrdə çalışıb.

Aydın Əliyev  Ramazan oğlu– Masallı Kommunal Təsərrüfatı Şöbəsinin müdiri

Hidayət Novruzov Gülverdi oğlu – Masallı Rayon Meşə İdarəsinin müdiri

Əlifağa  Fərziyev Fətulla oğlu – Rayonlararası Yeraltı Qaz Kəmərlərinin Korroziyadan Mühafizə idarəsinin ilk rəisi. 

Oruc Qurbanov- Masallı Hava Məlumatları Bürosunun müdiri.

Səftər Əzimov  Hacıağa oğlu – Moskva Şəhərini , “Moskva Reçski” Rayonunun Polis  Şöbəsinin rəisi, polis polkovniki..

Saleh Yəhyayev Qurbanın oğlu – Moskva şəhərinin  rayonlarının birində rəis müavini, polkovnik leytenant.

Feyruz Kazımov Baba oğlu -Masallı Dövlət Yol Polisinin rəisi işləyib. 

Valeh Ağammədov  Ağamməd oğlu- Bakı Trolleybus Parkının müdiri işləyib.

Natiq Yəhyayev    Gülağa oğlu - Polkovnik-leytenant. Hərbi Akademiyada müəllim., 

Ramiz Yəhyayev  Gülağa oğlu - polkovnik. Rusiyada Ali Hərbi Məktəbdə müəllim işləyir.

İmadədin Fərziyev  Əlifağa oğlu- polkovnik-leytenant, NATO-nun Hərbi Akademiyasında bölgəmizdən 5 illik təhsil alan ilk və hələlik yeganə şəxs. Hazırda Müdafiə Nazirliyinin Hərbi Təlim-Tədris Mərkəzində müəllim

  Fərasəddin Fərziyev  Əlifağa oğlu- Azərbaycan Respublikası Prezidenti Mühafizə İdarəsində bölmə komandiri. Leytenant.

Anar Novruzov  Gülverdi oğlu,  ilk  şəhid mayor

Mahir Bünyatov  Yadulla oğlu.  Ərkivanın ilk şəhidi

Ramal Novruzov Hidayət oğlu –Quba Rayon Hərbi Səfərbərlik idarəsində rəis  müavini, kapitan .

Vaqif Qurbanov Oruc oğlu – məhəllədə boya-başa çatmış ilk alim- Tibb üzrə fəlsəfə doktoru, Masallı Mərkəzi Xəstəxanasında şöbə müdiri.

Nicar İslamov  Qurban oğlu – Azərbaycan Vəkillər Kollegiyasının üzvü. Vəkil.

Bayraməli Əliyev  Ramazan oğlu –Masallı Rayon Kino İdarəsinin müdiri işləyib.

Faiq Əliyev  Ramazan oğlu – Masallı Mərkəzi Xəstəxanasında Travmatologiya şöbəsinin müdiri.

Əliyev Ramiz Ramazan oğlu – Masallı  Asfalt Zavodunun müdiri işləyib. 

Əliyev Rasim  Ramazan oğlu  - Bakıdakı  keçmiş Artyom adalarında, indi Pirallahə rayonunda neft terminalının rəisi işləyib.  

Şahsənəm Həsənova (Novruzov) İmamverdi qızı – Sumqayıt Regional Telekommunikasiya Qovşağının şöbə müdiri.

Gülarəxanım Ağammədova  Rahib qızı-  AzərSu şirkətində şöbə müdiri.

Məhəllənin ilk  hərbi rabitəçi qızları - Səbirə Məmmədova Əlizadə qızı , Afaq Məmmədova Əlizadə qızı.

Zəhra  Novruzova Bəyverdi qızı – Müdafiə Naziriyində  maliyyə işləri üzrə aparıcı mütəxəssis.

Xanəli Həbibov Səfər oğlu   - Abbaslı məhəlləsində anadan olan bu şəxs sonra ailə vəziyyəti ilə bağlı Göyçay rayonuna köçüb və orada uzun müddət Şərab zavodunun direktoru olub.

Mahmud Bağırov Mirkazım oğlu –Masallı Yol İdarəsinin müdiri.

Cəfərov Cəfər Məzahir oğlu. – “Asiya.az” saytının rəhbəri.

Nicat Novruzov Rafiq oğlu – Hərbi Dəniz Donanmasında çalışır. Kapitandır.

Novruz Əliyev Ağamalı oğlu -  Bakıda Evtikmə kombinatında çalışıb. Məhəllənin o vaxt üçün ən yüksək ordeninə layiq görülən yeganə şəxs. Vəfat edib.

(Siyahı tamamlanmayıb. Bu mövzuda növbəti yazıda Qəsəbənin özündə rəhbər işdə - kolxoz sədri, kənd soveti, bələdiyyə sədri, həkim məntəqəsinin müdiri, uşaq bağçası müdiri, məktəb direktoru və s. haqqında detallı məlumat verəcəyik)

Tarix və çoğrafiyası

Ərkivan təkcə Masallının yox, həm də ölkənin ən böyük  və qədim yaşayış məskənlərindən biridir. Hazırda bu qəsəbədə 17 mindən çox insan yaşayır. Ərkivan qəsəbəsində 13 məhəllə var. Onlardan biri də  Abbaslı məhəlləsidir. 130-da artıq ev və 1200-dən artıq əhalisi olan bu məhəllə bir sıra özəllikləri ilə seçilir.

Məhəllə Masallı –Yardımlı yolunun Ərkivanın içindən keçən hissəsinin cənub tərəfində, Masallıdan gələrkən yolun sol tərəfində yerləşir. Bu məhəllə indi Abbaslı küçəsi adlanır.

Məhəllə,  qəsəbənin şimalından və şərqinqdən isobaGöllü ,  cənubdan Həsənəküçə məhəllələri ilə,  qərbdən Qəriblər kəndi ilə,  şərqdən torpaq sahələri isə İsgəndərli  ərazisi ilə həmsərhəddir.  Qəsəbənin qocaman sakinlərindən biri, uzun müddət maliyyə-mühasibatlıq sahəsində çalışmış Elxan Məmmədov (İsoba) onda olan xəritələrə istinadən iddia edir ki, Abbaslı Məhəlləsinin cənub sərhədi Həsənküçə məhəlləsinin İstilindən başlamış, hazırda  Ərazi nümayəndəliyini, Uşaq Bağçası binasının və “Jildomlar” olan ərazini də əhatə etmişdir

Abbaslı-İsoba  məhəllələri tam iç-içədir.

 Küçənin bu tərəfi isobalı atanın, o biri tərəfi abbaslılı oğulundur. Ya  da, ata yurdu bu məhəllədə, oğul o biri  məhəllədə yurd salıb.  Məhəllə o dərəcə də iç-içədir ki, bəzən həmin məhəllə sakinlərinin özü də bilmir ki, bu ərazinin harası Abbaslı, harası İsobadır.

Hətta bu məhəllələrin, o cümlədən Göllü məhəlləsinin  məscidi, qəbiristanlığı da birdir.

Keçmiş zamanlarda bu məhəllənin ərazisi sıx,  hündür boylu ağaclarla zəngin  meşələr olub. Sonralar isə məhəllə sakinlərinin artması, yaşayış yerini genişləndirmək və əkinçiliklə məşğul olmaq üçün torpaq əldə etmək məqsədi ilə onların çoxu qırılıb.

Təxminən ötən əsrin sakinlər 60-cı illərinə qədər burada çəltikçiliklə məşğul olublar.

Yaşlı adamlar danışır ki, burada çəltikçilik olanda məhsul yığılanda sonra həmin sahələrə çöl quşları – qaşqaldaq, gərək, sarıayaq , Hacı Leylək ... daha çox gəlirdi.  Qısası, bu ərazinin torpaqları o qədər münbitdir ki, burada subtropik bitkilərdən tutmuş, taxılçılığa qədər hər cür bitki və meyvə yetişdirmək mümkündür.

Məhəllənin ortasından bir dərə keçir. (Ərkivanın 7 dərəsindən biri) Bu dərə qərbdən  “İstildən” , təxminən Zərinkəmə adlanan yerdən başlayır və şərqdə, düzənlikdə bitir. Məhz bu dərənin suyu imkan verirdi ki, ətrafda su bol olsun, çəltik ləkləri salınsın.

 Bu məhəllədə sakinlər əvvəllər ərazinin, daha doğrusu, məhəllənin mərkəzindən keçən Dərənin şimal tərəfində  yerləşib. Əhali artdıqca dərənin cənub tərəfində də evlər tikilib.

Məhəllənin şəcərəsindən bəlli olur ki, bu məhəllənin ilk sakini  indiki İranın Nəmin vilayətindən gələn Abbas adlı kişi olub. Bu şəxs əvvəl ailəsi ilə birlikdə indi Göllü adlanan məhəlləyə, daha sonra indi onun adını daşıyan Abbaslı ərazisinə köçüb. (Abasla yanaşı Nəmindən bura gələn digər tayfalar da bu ərazidə məskunlaşıb).

Abbasın Alı  adlı oğlu olub, Alının isə Şahverdi və digər adları daşıyan bir neçə oğlu. Nəsil beləcə şaxələnib.  

Kənddə bir sıra familiyaları daşıyan nəsillər  olub, - Əliyevlər,  Novruzovlar, Yəhyayevlər, Mikayılovlar, Məmmədovlar, Cəbrayılovlar, Hüseynovlar, İsmayılovlar, Əzimoba,  Xıdıroba, Qurbanoba  və sair. Bu tayfalar bütün incəliyi ilə məhəllənin Şəcərəsində yer alıb.

Bu məhəllənin yadda qalan imarətlərindən biri də, indi çox  az hissəsi salamat qalan,  bir neçə ailənin yerləşdiyi UZUN TİR adlanan evlərdir. Bu binada əsasən Əliyevlər kimi tanınan Ağabala, Ağamirzə, Əməni və onların övladları məskunlaşıb.

Kənddən bir sıra tarixi yerlər var. ACE- Azərbaycan Sovet Ensiklopediyasına düşən, eramızdan əvvələ aid  Tunc Dövrünə aid Balaca Təpə, Papuş təpə, Dəmir Dövrünə aid Qaratikan Təpə, Yekə Təpə və s.  ... kurqanlar, təpələr kəndin qərb tərəfində yerləşir.

Məhəllədə, dərənin qərbindəki, sağ sahilində Mehdi adlı bulaq  yerləşir. 

Rayonun ən qədim təhsil ocaqlarında olan AĞ Məktəb (indi 5 saylı), eləcə də C. Cabbarlı adına  1 saylı  tam orta məktəblər də bu məhəllədə fəaliyyət göstərir.

Ünlü Seyid – Seyir Sadiqın Məqbərəsi də bu məhəllənin qəbiristanlığındadır.

Dəştvənd  istirahət mərkəzi, “ƏrkivanArena “ İdman kompleksi, keçmişdə kolxozun anbarları, quşçuluq ferması da bu məhəllədə olub.

 Çoğrafi cəhətdən Abbaslı məhəlləsini Ərkivanın Mərkəzi hissəsi də saymaq olar. Masallı-Yardımlı yolunun bu ərazidən keçməsi məhəllənin inkişafına ciddi təsir göstərib.

Hazırladı: Həmin məhəllənin sakini-Zahir Əmənov

Növbəti yazıda bu məhəllədə boya başa çatmış müəllimlər, həkimlər, din xadimləri,  jurnalistlər,  hərbiçilər, yaradıcı şəxslər, meşəbəyilər, Abbaslıya kənardan gələn tanınmış, vəzifə sahibi olan gəlinlər, eləcə də yuxarıda qeyd etdiyim kimi, Qəsəbənin özündə rəhbər işdə - kolxoz sədri, kənd soveti, bələdiyyə sədri, həkim məntəqəsinin müdiri, uşaq bağçası müdiri, məktəb direktoru, meşəbəyilər, bərbərlər və s. haqqında detallı məlumat verəcəyik). Siz də öz yurdunuz haqqında araşdırma aparıb, yazı təqdim etsəniz, cenub.az saytında böyük həvəslə çap edərik.  (ARDI VAR).

Qeyd: Yazının hazırlanmasında yaxından yardımçı olmuş məhəllə sakinlərindən Aydın Əliyevə, Mirzəkişi Mirzəyevə və Əfyrayıl Fərziyevə təşəkkürümüz bildiririk.


cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10