Bu gün Xalq artisti, kinorejissor Əjdər İbrahimovun doğum günüdür. Bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edirik.
Əslən Təbrizdən olan Əjdər Mütəllim oğlu İbrahimov 1919-cu il aprelin 29-da Aşqabadda çoxuşaqlı ailədə anadan olub. Erkən yaşda atasını itirən Əjdərin itkiləri sonrakı illərdə də davam edir. Onun iki qardaşı müharibədə, biri zəlzələdə, digəri isə qızılca xəstəliyindən dünyasını dəyişir. Onlar ailədə bir oğlan, bir qız qalırlar.
Orta məktəbi bitirəndən sonra Əjdərin şeir demək, səhnələr qurmaq bacarığını görən yaxınları onu Teatr texnikumuna qoyurlar. Buranı bitirəndən sonra Əjdər xeyli tamaşada aktyor kimi iştirak edir. Lakin İkinci dünya müharibəsi ilə onun gənclik illəri eyni vaxtda düşür. Əjdər İbrahimov müharibəyə yollanır. Kəşfiyyatçı baş leytnant kimi müharibədən geri qayıdır.
***
Müharibədən sonra onu 1946-cı ildə Moskvaya ÜDKİ-nun kinorejissorluq fakültəsində oxumağa göndərirlər. Burada Qriqori Çuxray, Rezo Çxeidze, İlya Qurin, Vladimir Çebotaryev, Aleksandr Alov, Vladimir Naumov, Bladimir Basovla birgə Sergey Yutkeviçlə Mixail Rommun emalatxanasını bitirir.
Yutkeviçin kursundakı tələbələrin bir çoxu, demək olar ki, müharibə iştirakçıları olduğundan bu kurs həm də hərbi kurs adlanırdı. Müharibə illərindən sonra mülki paltarlar çətin tapıldığından, qıtlıq illəri olduğundan Əjdər də digər tələbə dostları kimi bir müddət dərsə müharibədən gətirdiyi hərbi paltarlarda getmək məcburiyyətində qalır.
***
Rejissor 1952-ci ildə İnstitutu bitirib təyinatla yenidən Aşqabada qayıdır. Bu zaman o artıq Marqarita Maleyeva ilə ailə həyatı qurmuş olur.
O, Aşqabadda əvvəl “Firuzə”, daha sonra isə “Xəzərin sahilində” adlı filmlər çəkir. Bir il sonra onu Bakıya dəvət edirlər. Ailəsi ilə gəmiyə minib Bakıya gələn rejissora iki yarımçıq qalmış filmlərin çəkilməsi təklif olunur. Bu filmlər Tofiq Tağzadənin “Görüş”, Lətif Səfərovun “Bəxtiyar” filmləri olur. Gecə-gündüz çəkilişlərdə olan rejissor hətta bir neçə dəfə məcbur qalıb məşqləri də çəkdiklərini öz müsahibələrində qeyd edir.
***
Bundan sonra rejissora Nazim Hikmətin «Romantika» avtobioqrafik əsəri əsasında «Bir məhəlləli iki oğlan» filmini ekranlaşdırmaq həvalə olunur. Filmin ssenarisini Nazim Hikmətlə Beqiçeva ilə birgə yazırlar. Çəkiliş zaman Əjdər İbrahimovla, Nazim Hikmət arasında dostluq münasibətləri yaranır. Yeri gəlmişkən, bu filmdəki Rəcəb obrazı Gündüz Abbasov kimi maraqlı bir aktyorun Azərbaycan kinosunda ilk parlaq çıxışı olur. Filmdə Məlik Dadaşov, Mərziyə Davudova, İsmayıl Osmanlı, Əliağa Ağayev kimi məşhur aktyorlarla yanaşı rus rejissoru Sergey Bondarçuk da çəkilib.
***
Rejissorun bu filmini bəyənən komissiya sədri, sovet kinosunun nəhənglərindən biri hesab olunan Aleksandr Dovjenko ona “Mosfilm”də qalıb işləməyi təklif etsə də, Əjdər İbrahimov bu təklifdən imtina edir.
1958-ci ildə Ə. İbrahimov “Onun böyük ürəyi” filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə almışdı. Burada rejissor özü də Rəsulov rolunda çəkilir. Filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş ediblər. Rejissor özü bu haqda xatirələrində belə deyir: “Heç yuxuma da girməzdi ki, bir vaxtlar Vyetnamda işləyəcəm. Rejissor Malik Kazımovla müharbədən təzəcə qurtulmuş Vyetnama getdim. Düz üç il işlədim və üç film çəkdim. Bu filmlərin sseanrisinin hazırlanmasında yaxından iştirak etmişdim. Başqa sözlə desək sseanri müəlliflərindən biri idim. Orada təkcə kino çəkməklə kifayətlənmirdim. Vyetnamdakı kino kadrların yetişməsində xidmətlərim olub. Ölkənin dövlət rəhbərləri xətrimi istəyir, çox hörmət göstərirdilər. Vyetnam rəhbəri Xo Şi Min təbiətən çox sadə insan idi. O, hətta ölkənin rayonlarına səfər çıxanda bəzən məni də özü ilə aparırdı. Onunla yoldaşlığımız dostluğa çevrildi”.
Əjdər İbrahimov çox dostcanlı və vəfalı insan olub. Onun kurs yoldaşı rejissor Vladimir Çebotaryov xatirələrində onun haqqında belə deyir: “Mosfilmdə işlədiyim zaman mənim yaradıcılıq həyatımda arzuolunmaz hadisələr baş verdi, mən film çəkilişlərindən və işimdən uzaqlaşıb uzaq bir kənddəki bağıma çəkildim. Hər şeydən təcrid olunmuş və sözün əsl mənasında tənha qalmışdım. Günlərin birində gözlənilmədən bağımı səs-küy bürüdü. Bayıra çıxanda Əjdərin kabab və içki dolu bağlama ilə maşınla bağa gəldiyini gördüm. O, özü məni axtarıb tapmış, səssiz həyatımı rəngləndirərək həyatda heç də düşündüyüm kimi tənha olmadığımı mənə xatırlatmışdı”.
Rejissorun filmoqrafiyasında ən maraqlı filmlərdən biri də Nəriman Nərimanovun həyatından bəhs edən “Ulduzlar sönmür” filmi olur. Bu filmin çəkilişlərinə o, düz üç il hazırlaşır. İsa Hüseynovla birgə ssenrisini yazdığı filmin çəkilişlərində dəfələrlə yazıçı ilə mübahisə edir, küsüşürlər. Filmin çəkişləri bitəndən sonra isə partiya ideoloqları Əjdər İbrahimbəyovu sıxışdırıb deyirlər:
“Bu nədir, Əjdər, xalqın düşməni olan Hacı Zeynalabdin Tağıyevi sən komunistlərdən daha parlaq və maraqlı obraz kimi təqdim etmisən”.
***
Aralarında 20 il yaş fərqi olmasına baxmayaraq, rejissor kəlbəcərli şair Şücaətlə yaxın dost olub. Şücaətin qardaşı Hidayət Elvüsal qardaşı haqqında xatirələrini bölüşərkən onun dəfələrlə Moskvaya getdiyini, dostu ilə görüşdüyünü qeyd edib.
Rejissorun ən yaxın dostlarından biri Adil İsgəndərov olub. Əjdər İbrahimovun demək olar ki, bütün filmlərinə çəkilən Adil İsgəndərov günlərin birində xəbər tutur ki, Əjdər İbrahimov Nazim Hikmətin pyesi əsasında “Məhəbbətim mənim, kədərim mənim” adlı film çəkəcək. O, dostuna zəng vuraraq deyir:
“Əjdər, mən çox istərdim ki, sənin bu filmində çəkilim, ona görə ki, mənim ən böyük arzularımdan biri Türkiyədə olmaqdır. Bundan sonra rahat ölə bilərəm”.
Əjdər İbrahimov filmlə bağlı bütün hazırlıqları görür, filmin çəkiləcəyi məkanlarla Türkiyəyə gedib tanış olur, geri qayıdandan sonra Adil İsgəndərova xəbər yollayır ki, sabahadan çəkilişlərə gəlsin. Lakin çəkiliş zamanı ona xəbər gəlir ki, Adil İsgəndərov dünyasını dəyişib. Bu xəbər rejissoru dərindən sarsıdır, o, çəkilişi dayandırıb deyir: “Axı Adil niyə o vaxtı mənə Türkiyə ilə bağlı o sözləri dedi?”
Rejissorun 1970- ci ildə lentə alınmış qısametrajlı “Şamaxı səması altında” sənədli-xronikal filmi də olub. Lakin qəribədir ki, “Şamaxı səması altında” sənədli filmi barədə isə indiyədək heç bir fikrə rast gəlinməyib.
***
“26 Bakı komissarları” filminin kiçik bir epizodunu çəkmək üçün Şamaxıya gəlir. Çəkilişlərin gedəcəyi Qəleybuğurd kəndinin ağsaqqalları onunla görüşmək üçün çəkiliş meydançasına gəlirlər. Fasilə vaxtı qəleybuğurdlular onlar üçün böyük bir süfrə açırlar. Rejissorun köməkçisi Volodya əyilərək onun qulağına nə isə pıçıldayır. Əjdər müəllim dərhal ciddi görkəm alaraq çox sakit halda ona etiraz edir. Sonradan məlum olur ki, Valodya araq istəyirmiş. Amma Əjdər müəllim ona başa salıb ki, burada kənd ağsaqqalları oturub. Onların qarşısında araq içmək olmaz. Bu yerlərdə adət belədir.
Əjdər İbrahimovun ssenari müəllifi olduğu filmlərdən biri də “Qayınana” filmi olub. Əjdər İbrahimov həyat yoldaşı Marqarita Maleyeva ilə birlikdə Məcid Şamxalovun teatr librettosunun əsasında kinossenari yazırlar. Lakin sonradan səslənən iddialara görə “Qayınana” liberottosu 1865-ci ildə Qubada doğulan ilk qadın nasir, dramaturq, rejissor Səkinə Axundzadənin “Qayınana və gəlin” əsəri əsasında yazılıb.
Səkinə Axundzadə nəslinin nümayəndələrinin dediklərinə görə, Məcid Şamxalovun imzası ilə təqdim olunan "Qayınana" pyesi məzmunca Səkinə Axundzadənin "Gəlin və qayınana" pyesi ilə eynilik təşkil edir. Sonralar Səkinə Axundzadə həyatını itirib, əsərləri də birdəfəlik məhv edilib.
Rejissorun ən maraqlı filmlərindən biri də Nazim Hikmətin əsərinin motivləri əsasında çəkilən “Məhəbbətim mənim, kədərim mənim” filmidir. Filmdə baş rollardan birini türk kinosunun ən məşhur siması Türkan Şoray çəkilib. Qəribədir ki, DTK orqanları Türkan Şorayın türk aktrisa olduğunu yaxşı bilsələr də, bu fakta göz yummuşdular.
***
Əjdər İbrahimov 1993-cü il sentyabrın 20-də uzun sürən xəstəlikdən sonra Moskvada vəfat edib. Fəxri xiyabanda dəfn olunub./kulis.az