1956-cı ilin fevral ayında keçirilən Kommunist Partiyasının XX qurultayı daha çox Nikita Xruşovun İosif Stalinin şəxsiyyətə pərəstişlə bağlı məruzəsi ilə yadda qalıb.
Sözsüz ki, Stalin xofunun hələ hökm sürdüyü bir dövrdə, küçələrdə, kabinetlərdə, evlərdə Stalinin portretlərinin kütləviliklə asıldığı bir vaxtda 30 il ölkəyə rəhbərlik etmiş sovet liderinin fəaliyyətini alt-üst etmək Xruşovdan böyük cəsarət tələb edib. Amma o, bu məruzənin hansı fəsadlar törədəcəyini yəqin ki, çox da dərindən düşünməyib.
Xruşovun məlum məruzəsinə ilk sərt reaksiya qurultaydan 10 gün sonra Gürcüstandan gəlib. 1956-cı ilin mart ayının 4-də, Stalinin vəfatının üçüncü ildönümü gününə hələ bir gün qalmış Tbilisi sakinləri əvəzolunmaz saydıqları liderlərlərinin abidəsinin önünə toplaşıblar. Bu toplantı ilk baxışdan anım günü ziyarəti təəssüratını yaratsa da, sonrakı hadisələr silah gücü ilə yatırılacaq insidentə, qarşıdurmaya çevrilib.
Martın 5-də səhər saatlarında abidənin önünə gül dəstələri qoyulduqdan sonra fəal kommunist kimi tanınan Tbilisi sakini Parastişvili abidənin postamentinə çıxıb, əlindəki çaxırı başına çəkdikdən sonra şüşəsini zərblə yerə çırpıb:
- Stalinin düşmənləri bu şüşə kimi çilik-çilik olacaqlar.
“Tədbir”ə toplaşanlar onun bu “şüar”ını coşqu ilə alqışlayıblar. Abidənin önündə qısa çıxışlar başlayıb, tələblər və təkliflər irəli sürülüb. Yerli milisin müdaxiləsi heç bir nəticə verməyib.
Abidənin qarşısına sovet liderlərinin portretləri gətirilib. Xruşovun portretini tramvayın arxasına bağlayıblar, həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədri olan Nikolay Bulqaninin portretini başı aşağı işıq dirəyindən asıblar, Anastas Mikoyanın porterti ortaya çıxarılanda yerdən təkliflər səslənib ki, onun portreti ictimai tualetdən asılsın. Nümayişçilər yalnız Vyaçeslav Molotova qarşı rəğbətlərini bildriblər və aksiya iştirakçılarının əllərində Stalinin yaxın silahdaşının portretləri görünüb.
Axşama doğru etiraz aksiyasına qoşulanların sayı daha da artıb, Gürcüstanın digər şəhər və rayonlarında yerli sakinlər küçələrə axışıblar.
Etirazçılar antisovet şüarları səsləndirərək Gürcüstanın SSRİ-nin tərkibindən çıxması məsələsini də dilə gətiriblər. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanı dağıtmaq gücündə olmayıb, onlar nümayişçilərin sərt müqaviməti ilə üzləşiblər.
Aksiyalar beş gün davam edib. Martın 10-da etirazçılar Tbilisidə poçt binasının qarşısına yığışaraq Moskvaya teleqram vurmaq qərarına gəliblər. Həmin ərəfələrdə isə Kreml artıq öz qərarını verib: İstənilən vasitə ilə, nəyin bahasına olursa-olsun, mitinqlər dağıdılmalıdır.
Nümayişləri dayandırmaq üçün Moskva rəsmiləri silahlı müdaxiləni zəruri sayıblar. Beləliklə, martın 10-da axşam saatlarında hərbçilər və zirehli texnikalar şəhərə daxil olub. İlk qarşıdurma poçtun qarşısında baş verib. Zirehli texnikalar etirazçıların üstünə sürülüb. Hadisələrin canlı şahidi olan professor Nurbey Qulia sonralar həmin dəhşətli anları aşağıdakı kimi xatırlayıb:
“Tanklar heç kimi tanımırdı, heç kimə fərq qoymurdu, nə uşağa, nə qadına, nə də yaşlı insanlara. İlk atəşlər rabitə evinin qarşısında açıldı. Sonra Kür çayının üstündəki körpüdə zirehli texnikaları xəbərdarlıq etədən insanların üstünə sürdülər. Ən dəhşətlisi isə zirehli texnikaların körpüyə iki tərəfdən daxil olması idi. Yüzlərlə insan özlərini çaya atmaqla xilasa çalışırdılar. Sonradan onların müyitləri Azərbaycanın ərazisində də üzə şıxdı. Küçələrdə yaralılar və meyitlər bir-birinə qarışmışdı. Onların üzərində süngü yerləri də var idi. Avtomatlardan açılan atəşlər o qədər intensiv idi ki, onlardan yayınmaq möcüzə sayıla bilərdi. O atəşlər mənə də tuşlanmışdı. Mən güllə yağışı altında kilsənin arxasında gizlənərək möcüzə nəticəsində sağ qalmışdım. Bəli, yuxarıdan tapşırıq belə idi, bütün vasitələrdən istifadə edib, insanları məhv etmək...”
Rəsmi məlumata görə, qarşıdurma zamanı 15 nəfər həlak olub, 54 nəfər müxtəlif bədən xəsarətləri alıb. Sonradan yaralıların 7 nəfəri xəstəxənalarda ölüb. Qeyri-rəsmi məlumatlara görə, ölənlərin sayı daha çox, 80-150, bəzi mənbələrə görə isə, hətta 230-250 nəfər olub. Yaralıların sayına gəldikdə isə, şahidlərin söylədiklərinə görə, Tbilisi xəstəxanalarında boş çarpayı qalmayıb. Həmin ərəfədə təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışsalar da, yaralıların hamısına yardım göstərmək mümkün olmayıb. Onların hadisə yerinə getməsinə şəhərin mərkəzində hərbçilərin texnikaları da mane olub.
Keçirilən əməliyyat tədbirlərində aksiya iştirakçılarından 375 nəfər saxlanılıb. Onlardan 39 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
“Stalin adlı Gürcüstan baharı” kimi tarixə düşən 1956-cı il Tbilisi hadisələri Xruşovun silahlı “qələbə”si ilə başa çatsa da, həmin günlərdə nə Tbilisidə, nə də Qoridə Stalinin abidəsini aşıra bilməyiblər...
İlham Cəmiloğlu, Musavat.com