Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qanlı müharibənin Texnoloji cəbhəsi


Cenub.az İnformasiya Texnologiyaları üzrə araşdırmacı, həmyerlimiz Nicat Nəzərlinin (Masallı rayonu, Ərkivan qəsəbəsi) yazısını təqdim edir.
Rusiya - Ukrayna müharibəsi başladıqdan sonra bir xeyli sayda Proqram və texnoloji avadanlıqların istehsalçıları Rusiyadakı biznes fəaliyyətlərini dayandırdıqlarını bəyan etdilər. Belə ki, Qərbin 20-dən çox aparıcı Texnoloji şirkətləri ard-arda bəyanatlar verərək Rusiyadakı bizneslərini dayandırdılar. Rusiya biznesi üçün əhəmiyyətli dərəcədə önəm kəsb edən 3 şirkət haqqında qısa bir araşdırma edəcəyəm. Bu üç şirkət Rusiyanın irimiqyaslı dövlət və sənaye müəsisələrinin İdarəetmə və maliyyə proqramlarının tədarükçiləridir.

   Üç nəhəngin Rusiya Biznesində yeri

iznesin avtomatlaşdırılması sahəsində dünya bazarına liderlik edən SAP-ın ( Systems Analysis and Program Development ) 180 ölkədə 440000-dən çox müştərisi var. Şirkətin 2021-ci ilin sonuna olan hesabatında gəlirləri (xalis mənfəəti) 5,38 milyard avro təşkil edib. 2021-ci ilin sonuna olan hesabatda işçilərinin sayının 104364 nəfərə çatdığı qeyd edilir.

 SAP 1992-ci ildən Rusiya bazarındadır. 2016-ci ilə qədər Rusiya bazarınada liderliyi qoruyaraq 48% bazar payına sahib idi. 2021-ci ilin nəticələrinə görə hazırda liderlik 45% ilə Rusiyanın yerli şirkəti olan 1C Company-a aiddir. 2021-ci il üçün SAP 11% ilə 5-ci yerdədir. Rusiya Ofisindəki əməkdaşalrın sayı 2300-dən çoxdur. SAP eyni zamanda Rusiyanın məşhur futbol klubu olan Zenit komandasına sponsorluq edirdi. Şirkətin bu ölkədəki ən böyük müştəriləri Rusiya Müdafiə Nazirliyi, Qazprom, Aeroflot, Rusiya Dəmir Yolları, Sberbank, Rus Post şirkətləridir.

Oracle Corporation (Kaliforniya, ABŞ) əsasən proqram təminatçısı, server avadanlığı təchizatçısıdır. Verilənlər bazası idarəetmə sistemlərinin, biznes proqramları sahəsində ixtisaslaşmışdır.175 ölkədə 430000-dən çox müştərisi var. Oraclenın 2021-ci ildə xalis mənfəəti 13,75 milyard dollara çatıb. Şirkətin 2020-ci il üçün Rusiya bazarındakı gəliri 6,26 milyard rubl təşkil edib. Oraclenin bu ölkədəki ən böyük müştəriləri sırasına Rusiya Mərkəzi Bankı, Federal Vergi Xidməti, Sberbank, MTS, Rostelekom və s. daxildir.

Microsoft bütün dünyada olduğu kimi əsasən Windows əməliyyat sistemi və ofis proqramlarının tərtibatçısı kimi tanınır . Rəqiblərindən fərqli olaraq Video rabitə, Antivirus, Biznesin idarə edilməsi və Oyun proqramlarina da sahibdir. Microsoft-un 1992-ci ilin noyabr ayından Rusiyada nümayəndəliyi fəaliyyət göstərir. Şirkətin 2021-ci ildə xalis mənfəəti 18,8 milyard dollara çatıb. 45-dən çox dilə tərcümə edilən proqramları dünyanın əksər ölkələrində satılır. Ştat sayı 144000-dən çox olan Micrasoftun Rusiayadakı ofisində işçi sayı son məlumtlara görə 300-dən çoxdur. Oracle və Sap-dan fərqli olaraq Rusiyada, demək olar ki, dövlət və biznes sahəsində, komputer istifadəçilərinin 90% hissəsi şirkətin məhsullarından istifadə edir. 

                       Üçbaşlı əjdaha

 Rusiyanın dövlət və aparıcı biznes sektorları, demək olar ki, bu üç nəhəngin rəqəmsal platformalarından aslıdır. Rusiyalı ekspertlər idda edirlər ki, müəyyən mənada bu “üçlüyü” əvəz edəcək yerli şirkətlərə sahibdirlər. Misal üçün, 1C company 2021-ci ilin göstəricilərinə görə ERP həllər üzrə yerli bazarda lider olub. Qərbli ekspertlər isə 1C-nin yalnız uçot proqramı olduğunu idda edirlər. Əslində Rusiyaya ən yaxsı halda bu üç nəhəngdən canını qurtarmaq üçün ən azı 3-7 il vaxt və milyardlarla vəsait lazımdır. İstehsalçılar verdikləri bəyanatlarını sonrakı günlərdə bir az redaktə etdilər. Bu, Rusiyanın qismən xeyrinə oldu. Belə ki, onlar yalnız yeni satışlardan imtina etdiklərini daha dəqiq bəyan etdilər. Əvvəlki satışlara dəstək və xidmət haqqında isə dəqiq məlumatlar yoxdur.

“Üçlük” lisenziyaları ləğv edərsə Rusiyanı nə gözləyir?

 Əgər Proqram təminatı sifarişçinin serverlərində quraşdırılbsa və Buludda işləmirsə proqram təminatında istifadə mümkündür. Ancaq yeniliklər və qarşıya çıxan problemlərin həllini aradan qaldırmaq mümkün olmayacaq. Dolayısı ilə bu məhsullara yaranan təlabat böyük Pirat bazarını formalaşdıra bilər. Rəsmi Moskva bunu nəzərə alaraq Rusiya qanunvericiliyində Priat istifadəyə qarşı məsuliyyəti və cərimələri ləğv etmək niyyətindədir. Bu, Rusiya üçün vəziyyətdən yeganə çıxış yoludursa Venderlər üçün hər il milyardların itirilməsi deməkdir.

Google, Facebook, Apple və digərlərinin Rusiyalı istifadəçilər üçün əhəmiyyəti

 İlk baxışdan bir telefonun və ya sosial şəbəkənin əhəmiyyəti nə qədər sadə görünürsə, digər tərəfdən bu platformalardan rus istifadəçilərinin mövcud reklam bazarından əldə etdikləri gəlirlər nəzərəçarpacaqdır. Sosial şəbəkələrlə bağlı Rusiyanın bəzi alternativləri vardır. Odnoklasniki, Vkontakte və.s. Ancaq bu platformaların auditoriyası Facebook qədər geniş deyil.

Rusiyanın telekommunikasiya infrastrukturunu təmin edən şirkətlər də risk qrupuna aiddir. Rusiya telekommunkasiya sənayesinin təqribən 50% məhsullarını Çinin Hauwei şirkəti təmin edirsə, digər 50% Ericsson və Nokia şirkətlərinin payına düşür. Beləliklə, sanksiyalar ən yaxsı halda Rabitə xidmətlərinin keyfiyyətinin pisləşməsinə, qiymətlərin artmasına səbəb olacaq və gələcək inkişaf proqramının 5G-nin istafədəyə verilməsinin gecikdirəcək.

Ən əhəmiyyətli olanlar Çiplər və yarımkeçiricilər

 Çiplərin və digər komponentlərin istehsalçıları Yaponiya, Tayvan və Sinqapur Amerikanın sanksiyalarını dəstəkləməyə hazır olduqlarını bəyan edirlər. Lakin Rusiya hokuməti yerli istehsalçıları Baykal Elektroniks, STC Module, MCST şirkətləri və kiçik istehsalçıları ilə Çip idxalının öhdəsindən gələcəyini düşünür. Rusiyaya satışı qadağan edilən radioelktron məhsullar bazara qaçaqmalçılıq yolu ilə daxil olacağ və bu qiymətlərə əhmiyyətıi dərəcədə təsir göstərəcəkdir.

Azərbaycan qərbin qəzəbinə gələrsə..

Ölkəmizi də təqribən eyni ssenari gözləyir.Rusiyadan fərqli olaraq mövcud platformaların analoqlarınin heç birinə sahib deyilik. Lakin Rusiyan və Türkiyənin ERP proqramları ölkəmizdə populiyardir. SAP və ORACLE-in müştəriləri iri ticarət və sənaye muassisələridir.Micrasof-un məhsulları ilə bağlı mənzərə Rusiyaya ilə eynidir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10