Kiyev növbəti sınaq qarşısındadır. 81 il əvvəl də belə idi. Faşist Almaniyasının həmlələri altında qalan şəhər bombalanırdı. Amma insanlar qələbəyə ümidlərini itirmirdilər. Şəhərin 778 gün işğal altında qalmasına baxmayaraq, ukraynalılar Kiyevdəki nasist rejiminə duruş gətirə bilirdilər, dözürdülər, böyük iradə nümayiş etdirirdilər. Hətta ukraynalı futbolçular Vermaxt zabitlərindən ibarət futbol komandası ilə yaşıl meydançaya çıxanda, qələbə çalacaqları təqdirdə güllələnəcəkləri haqqında xəbərdarlıq alsalar da, stadionu qalib kimi tərk etmişdilər. Bunlar heç də uzaq tarix deyil...
Kiyevin, ümumilikdə Ukraynanın işğalı Üçüncü Reyx üçün strateji əhəmiyyət daşıyıb. Bunu Kreml də yaxşı anlayıb. Elə bu səbəbdən də 29 iyul 1941-ci ildə keçirilən əməliyyat müşavirəsində Stalin Kiyev məsələsini müzakirəyə çıxarıb, ali rütbəli hərbçilərin rəyini öyrənmək istəyib. Həmin dövrdə Baş Qərargah rəisi olan Gergi Jukov məsələyə öz münasibətini belə bildirib:
- Cənub-qərb cəbhəsini biz geri çəkməliyik və cənub-qərb cəbhəsi ilə mərkəzi cəbhənin qovşağında beş gücləndirilmiş diviziya formalaşdırmalıyıq. Əks halda qüvvələr nisbətinə görə mövcud vəziyyətdə cənub-qərb cəbhəsindəki şəxsi heyət böyük itkilərə məruz qalacaq.
Jukovun bu təklifi Stalini təəccübləndirməklə yanaşı, həm də qəzəbləndirib:
- Bəs Kiyev?
- Biz müvəqqəti olaraq Kiyevi təhvil verməliyik.
- Yoldaş Jukov, siz bu sərsəm fikirlərinizlə Kiyevi təslim etməyə özünüzdə necə cürət tapırsınız?
- Yoldaş Stalin, əgər mən bir baş qərargah rəisi kimi sərsəm fikirlər söyləyirəmsə, demək, öz yerimdə deyiləm. Xahiş edirəm, mənim bu məsul vəzifədən azad edilməyim üçün göstəriş verəsiniz...
- Georgi Konstantinoviç, biz Leninsiz keçinmişik, sizsiz də keçinərik...
Kiyev ilk zərbəsini belə alıb. Sonrakı hadisələr də sübut edib ki, Jukov öz fikirlərində yanılmayıb. Belə ki, Kiyevin istənilən variantda işğalı qaçılmaz olub. Amma əgər Jukovun təklifi qəbul edilsəydi itkilərin sayı az olacaqdı. Hətta müharibənin son günlərində Stalin bunu etiraf edib.
Kiyev 19 sentyabr 1941-ci ildə Vermaxt qoşunları tərəfindən işqal olunub. 778 gün davam edən işğal dövründə şəhərdə 200 mindən artıq insan öldürülüb, on minlərlə şəhər sakini aclığın, xəstəliyin qurbanı olub. 100 min nəfərə yaxın kiyevli Almaniyaya aparılaraq məcburi əməyə cəlb edilib.
Sovet-alman müharibəsində Ukraynanın itkilərinin statistikası dəhşətli rəqəmlərlə əks olunub. 4 il ərzində təxmini statistikaya görə ayrı-ayrı cəbhələrdə həlak olanların, əsir düşərgələrində ölənlərin və itkin düşənlərin sayı 9 milyonu keçib. Müharibə illərində Ukraynada 714 şəhər və qəsəbə, 28 min kənd yerlə yeksan olunub. 18 min tibb müəssisəsi, 33 min məktəb, peşə məktəbi, texnikom və ali təhsil ocağı, 5 mindən artıq körpü, 16150 müəssisə, 27910 kolxoz, 872 sovxoz, 1300 maşın-taraktor stansiyası məhv edilib. Təkcə 1943-cü ildə işğalçılar Ukraynadan 9 milyon ton taxıl, 622 min ton ət məhsulları, 400 min ton şəkər və digər ərzaq məhsullarını Almaniyaya daşıyıblar.
Ukraynaya ikinci ən böyük zərbə 1942-ci ilin mayında Baqramyanın “sayəsində” Xarkov əməliyyatı zamanı dəyib. Həmin ərəfədə cənub-qərb cəbhəsinin qərargah rəisi olan Baqramyanın uğursuz əməliyyatı Ukraynaya baha başa gəlib. Əməliyyat zamanı sovet ordusunun əsasən ukraynalılardan ibarət olan 180 minə qədər döyüşçüsü, 900-dən artıq texnikası məhv edilib, 250 min nəfər əsir götürülüb. Bununla da alman qoşunlarının Stalinqrada və Qafqaza yolu açılıb. Bu uğursuz əməliyyat Dövlət Müdafiə Komitəsində müzakirəyə çıxarılıb. Stalin cənub-qərb cəbhəsinin hərbi şurasına məktub ünvanlayıb: “Uğursuz Xarkov əməliyyatı üç həftə ərzində 20 diviziyanı alman qoşunlarına təslim etdi. Bu məğlubiyyət Baqramyanın qeyri-peşəkarlığının nəticəsidir. Onun bu gündən sonra cənub-qərb cəbhəsinin qərargah rəisi vəzifəsində xidməti məqsədəuyğun sayılmır...”
Sovet-alman müharibəsi illərində bütün gərginliklərə baxmayaraq ukraynalılar qələbənin təmin olunmasında son damla qanlarına qədər mübarizə aparıblar. Müharibə illərində SSRİ Silahlı Qüvvələrində yaradılmış və döyüş bölgələrində xidmət aparan hərbi birləşmələrin təximinən yarısına ukraynalı sərkərdələr komandanlıq ediblər. Bu gündən fərqli olaraq Kreml həmin illərdə ukraynalıların xidmətlərini yüksək qiymətləndirib. Müharibə illərində təkcə 2021 nəfər ukraynalı hərbçi Sovet İttifaqı qəhrəmanı adı ilə təltif olunub.
Kiyev 1943-cü ildə, Ukrayna isə bütövlükdə 1944-cü ildə işğaldan azad edilib. Müharibədən sonrakı dövrdə ukraynalılar bütün güclərini bərpa və tikintiyə sərf ediblər, Kiyev yenidən milyonların sevimli şəhərinə çevrilib.
Şarl de Qoll Kiyevə səfərindən sonra şəhər haqqında təəssüratını belə bölüşüb: “Mən şəhərlərdə çoxlu parklar görmüşəm, amma parkın içində şəhəri birinci dəfədir görürəm, bu, Kiyev şəhəridir...”
Bəli, həmin “Park şəhər” bu gün bombalanır. Hadisələrin isə hansı istiqamətə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir. Amma Kiyevlə bağlı mütləq bir proqnoz var. Gec-tez bu şəhərdə bombaların əzdiyi ağaclar yenidən çiçək açacaq, bu gün topuş əllərində “biz müharibə istəmirik ” şüarı tutan kiçik qızcığazlar metro sığınacaqlarından çıxıb yenə də “park şəhər”in ən şıltaq sakinləri kimi həmişə nikbin olan Kiyevin azad ruhuna özəl bir rəng qatacaq. Sən ruhunla, qürurunla, azadlıq və istiqlal eşqinlə sülhə və xoş günlərə layiqsən, KİYEV!!!
İlham Cəmiloğlu,
Musavat.com