“Virana qoyduğum türk torpaqlarında erməni dövləti yaradacağam”
Bu sözlər türklərə qarşı qəddarlıqda ad çıxarmış cəllad Andranikə məxsusdur.
Əsrlər boyu türklərə qarşı nifrət ruhunda tərbiyə almış erməni qatillərindən bundan başqa nə gözləmək olar? Bəs bu mənfur ideyanı formalaşdıran və yayan erməni ideoloqları kimlərdir? Onlar haqqında nələr bilirik?
Ermənilərin yaratdıqları ilk millətçi partiya hansıdır?
Ermənilərin yaratdıqları ilk millətçi partiya “Armenakan” və ya “Arme-nak” 1885-ci ildə Türkiyənin Van (bəzi mənbələrdə isə Marsel) şəhərində, varlı erməni bankiri M.Portukyan və dostları tərəfindən yaradılmışdı.
Başqa erməni partiyası “Hnçakyan” (qısaça “Qnçak”) (“haray”, ”zəng”, ”səs” deməkdir) isə 1887-ci ildə İsveçrənin Cenevrə şəhərində təhsil alan erməni tələbələri L.Nazarbey (A.Nazarbekyan), Maro Vardanyan və Qabriel Kafuyans tərəfindən yaradılmışdı. Lakin onun rəsmi baniləri və əsas ideoloqları Ruben Xanazat Xanazatyan (1862-1929), erməni sələmçi taciri, Türkiyənin maliyyə naziri olmuş Akop paşa Qazaryan (1833-1891) və Arkomed (1861-1936) sayılır. ”Qnçak” “dənizdən-dənizə (Aralıq dənizindən Qara dəniz və Xəzər dənizinə) “Böyük Ermənistan” dövləti yaratmağı qarşısına məqsəd qoymuşdu. Azərbaycanlılara, bütövlükdə türklərə və müsəlmanlara qarşı qəddar düşmənçilik siyasəti yeritmişdir.
Cəllad “Andranik paşa” : “Mən hələ qayıdacağam”
”Qnçak” partiyasının, sonralar isə “Daşnaksütyun” un “ən görkəmli” üzvlərindən biri A.Ozanyan (1865-1927) olmuşdur. Andranik (Andronik) Torosoviç Ozanyan (Uzunyan) Türkiyədə sənətkar ailəsində doğulmuşdu. Bəzi qadın “jestlərinə” görə “Mademuazel Andranik”kimi də tanınıb. A.Ozanyan 1-ci erməni könüllü dəstəsinin komandiri kimi 1912-ci ildən Balkan müharibələri zamanı Bolqarıstan ordusunun tərkibində Türkiyəyə qarşı vuruşurdu. Birinci Dünya müharibəsi dövründə isə Türkiyəyə qarşı vuruşan Rusiya ordusu tərəfinə keçmişdi. Çar II Nikolayın sərəncamı ilə ona general-mayor rütbəsi verilmişdi.
Andranikin qulağın kim və niyə kəsib?
Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirir, meyitlərini isə Araz çayına atır.
1915-ci ilin iyulunda Van gölü bölgəsində gedən hərbi əməliyyatlar zamanı fəallaşmış rus qoşunlarının tərkibində Andranikin başkəsənləri fürsət düşən kimi türk əhalisinə kütləvi divan tutduğu üçün Türkiyə hökuməti bu üzdəniraq ”generalı” qanundankənar elan edir. Sonralar türklər Andranik paşanı ələ keçirmiş, ingilis-amerikan kəşfiyyatına Türkiyənin sirrlərini satdığı üçün onun bir qulağını kəsib buraxmışdılar.
”Qulağı kəsik Andranik” isə qaçıb İrəvana gəlmişdi. Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirir, meyitlərini isə Araz çayına atır. 1918-ci ilin sonlarında Andranikin dəstələri Qarabağda bir çox Azərbaycan kəndlərinə hücum edərək kütləvi qətllər törədir, kəndləri talan edir.
Rəsmi məlumatlara görə bu dövrdə 115 azərbaycan kəndi dağıdılmış, 10 mindən artıq əhalisi qətlə yetirilmiş, əmlakları talan edilmişdir.
Daşnak Ermənistan Respublikasının xidmətindən yararlanan “general” Andranik Dronun , Muradın və b. qaniçən erməni silahlı dəstələrinə komandirlik edir, Azərbaycan Cümhuriyyətinin sərhədlərinə, xüsusilə, Zəngəzura və Qarabağa tez-tez hücumlar təşkil edir, vəhşiliklər törədirdi.
1919-cu ilin aprelində Andranik Eçmiadzinə gəlir, burada o dəstəsinin böyük hissəsini sərbəst buraxır, bir hissəsini isə özü ilə mühacirətə aparır. Birinci Dünya Müharibəsindən sonra Türkiyə hökuməti Andranikin hərbi cinayətkar kimi beynəlxalq axtarışını elan edir.
Andranik muhacirətdə Fransada, sonra isə ABŞ-da yaşayır. Onun bəzi memuarları 1921-ci ildə ABŞ-da erməni dilində çapdan çıxan “Erməni əlahiddə zərbə hərbi hissəsi” adlı kitabda toplanmışdır. A.Ozanyan 1926-cı ildə Amerika qəzetlərindən birində “Mən hələ qayıdacağam” adlı müsahibəsini bu sonluqla bitirmişdi :“…virana qoyduğum türk torpaqlarında erməni dövləti yaratmaq üçün qayıdacağam”.
Andranikin 100 illiyi və Soçidə onun heykəlinin qoyulmasına niyə imkan vermədilər?
Ermənistanın “milli qəhrəmanı”, “Qarribaldisi” adlandırılan Andranik Ozanyan 31 avqust 1927-ci ildə, ABŞ-da, Kaliforniya ştatının Fresno şəhərində 62 yaşında ölmüşdür. 1965-ci ilin fevral ayında İrəvanda Andranik Ozanyanın anadan olmasının 100 illiyi təntənə ilə qeyd edilmişdi.
2000-ci ildə “erməni milli ruhunu” yüksəltmək istəyilə Andranikin nəşi ABŞ-dan İrəvana gətirilir, həm də heykəli qoyulur. 28 may 2011-ci ildə Rusiyanın Soçi şəhərinin yaxınlığındakı Volkonka qəsəbəsində də Andranik Ozonyananın abidəsinin açılması planlaşdırılsa da, yerli hakimiyət orqanlarının etirazı nəticəsində bu baş tutmur.
“Daşnaksütyun”(“İttifaq” deməkdir) burjua-millətçi partiyası
“Erməni inqilabi ittifaqı” adlanan burjua millətçi partiyası 1890-cı ildə Tiflisdə yaradılmışdı. Onun yaradıcıları və tanınmış xadimləri Xristofor Mikaelyan(1859-1915), Simon Zavaryan, Stefan Zoryan, Vahan Papazyan(1868-1923), Armen Qaro və b. idilər. 1892-ci ildə İsveçrənin Cenevrə şəhərində 32 nəfərin iştirakı ilə partiyanın 1-ci qurultayı keçirilmişdi. Qurultayda ”Daşnaksütyun”unun erməni “zinovarlar” adlanan əsgərlərindən ibarət dəstələrin yaradılması barədə qərar qəbul edilmişdi. Partiyanın ABŞ, Fransa, Yunanıstan, İran və digər ölkələrdə filialları vardır. Bununla əlaqədar həyata keçiriləcək terror aktları seriyası şərti olaraq “Nemezis” adlandırılmışdır (yunan ilahəsi Nemezidanın adından götürülmüşdür). 1919-cu ilin oktyabrında “Daşnaksütyun” partiyasının İrəvanda keçirilən 9-cu qurultayında isə terror əməliyyatlarına başlamaq barədə qərar qəbul olunmuşdu. ”Daşnaksütyun”un iclasında “ erməni genosidi”nin (1915-ci il) 650 günahkar şəxsin siyahısına baxılmış və seçim qaydasında onlardan 41 nəfərinin ilk növbədə məhv edilməsi qərarlaşdırılmışdı.
”Nemezis”in ilk qurbanlarından biri Osmanlı Türkiyəsinin daxili işlər naziri, 1915-ci ildə qiyama qalxmış ermənilərə qarşı tədbirlər görmüş Tələt Paşa olmuşdu. O, 1921-ci il martın 15-də Almaniyanın Berlin şəhərində erməni terrorçusu, tacir Soqomon Xaçaturoviç Tehliryan(1896-1960) tərəfindən güllələnmişdi.
“Nemezis”in rəhbərləri “Azərbaycanın hansı dəyərli övladlarını öldürüb?
“Nemezis”in rəhbərləri “Azərbaycan “müsavat” hökuməti”nin bir neçə liderlərinin məhv edilməsi haqqında da qərar qəbul etmişdi. Onların sırasında F.Xoyski, H.Ağayev, B.Cavanşir, X.Xasməmmədov , N.Yusifbəyli də vardı. Erməni millətçi liderlərinin fikrincə, 1918-ci ilin sentyabrın 15-də Bakıdakı “qırğında” guya 20 min erməni öldürülmüşdü və həmin şəxslər “qırğının” təşkilatçıları və günahkarları idilər.
"Ağlayıram sənə, erməni ölkəsi!"
Ermənilərin "millətin atası" və tarixlərinin ən böyük səlnaməçisi hesab etdikləri alban Movses Xorenaslı "Ermənistanın tarixi" kitabını bu sözlərlə bitirimişdi: "Ağlayıram sənə, erməni ölkəsi. Çünki çarın, keşişin, müəllimin və müdrikin yoxdu. Sənin dünyan naqisləşib, əxlaqsızlığın əxlaq olub, bisavadlıq savad və bilik istəklərini üstələyib, yalan həqiqətə çevrilib.
Sənə ağlayıram, erməni kilsəsi - gözəlliyini, ağlını, cəsur rəhbərini və onun yollarını gedənləri itiribsən. Artıq yaşıl çəməndə otlayan ağıllı sürünü, canavarlardan qorunmuş qoyunları görmürəm. Hay adlanan, bu sürü dağ-daşlara səpələnib, çirkinliyi saflıq, çirkabı paklıq kimi qəbul edir".
Amma nə yazıq ki, ermənilər əsrlər əvvəl onların barəsində deyilənləri hələ də dərk etməyiblər. Çünki “At mıxı qоparar, biri yerə, beş özünə dəyər”
Mürvət Abbasov,
tarix üzrə fəlsəfə doktoru