Adətən, gecə zəngləri heç də xoş xəbərlərlə bağlı olmur. Sovet dövrünün 1930-1940-cı illərində isə belə zənglər daha dəhşətli və qorxulu olub. 1949-cu ilin oktybrın 8-də Qorki (Nijni Novqorod) vilayət partiya komitəsinin birinci katibi Sergey Kiriyevə gələn zəng kimi...
Həmin gün gecədən xeyli keçmiş partiya komitəsində növbətçi olan əməkdaş birinci katibə zəng vuraraq bildirib ki, təcili olaraq dövlət təhlükəsizliyi naziri Viktor Abakumova zəng vurmalıdır. Qeyd edək ki, həmin ərəfədə Abakumov vilayətdə ən qorxulu sima kimi qəbul edilib. Bir neçə ay əvvəl Abakumov vilayətin keçmiş birinci katibi Mixail Radionovu və vilayətin digər rəhbərlərini həbs etdiribmiş.
Kiriyev gecə ikən kabinetinə gedib və nazirlə əlaqə yaradıb. Telefon dəstəyinin o başından Abakumovun qəzəbli səsi eşidilib:
- Ərazinizdə 200 nəfərdən artıq adam faciəli şəkildə həlak olub, siz isə isti yorğan-döşəkdə arvadınızla sevgi oyunları ilə məşğul olursunuz.
Birinci katib bu kobud girişdən təşvişə düşsə də, nazirin cavabını verməyə çalışıb:
- Mən bu haqda Mərkəzi Komitəyə məlumat vermişəm və müvafiq tapşırıqlar gözləyirəm.
- Siz, deyəsən, kiminlə danışdığınızı unutmusunuz. Mən dövlət təhlükəsizliyi naziriyəm, hadisə ilə bağlı hamıdan əvvəl mənə məruzə olunmalı idi.
Bununla da qısa telefon danışığı sona çatıb.
Vilayət ərazisində nə baş verib? Kremlin və digər ittifaq miqyaslı vəzifəlilərin yuxusuna hansı hadisə haram qatıb?
Qorki ərazisindən keçən Volqa çayının digər sahilində Bor şəhəri yerləşir. Müharibədən sonrakı dövrdə bu şəhərin əksər sakinlərinin işi vilayət mərkəzi olan Qorki ilə bağlı olub. Bor sakinləri həyətyanı təsərrüfatlarından əldə etdikləri kənd təsərrüfatı məhsullarını Qorkidə satıblar. Orta məktəbi bitirənlər ali təhsil almaq üçün məhz Qorkiyə üz tutublar. Bor şəhərində iş tapmayan gənclər daha çox fabrik və zavodu olan Qorkidə işə düzəliblər. Və bütün bu əlaqələrdə, gediş-gəlişlərdə nəqliyyat vasitəsi kimi əsasən Bor-Qorki, Qorki-Bor marşrutu ilə işləyən sərnişin gəmisindən istifadə ediblər.
Oktyabrın 7-də günorta saatlarından sonra məhsullarını satanlar, dərslərini bitirənlər sərnişin gəmisinə üz tutublar. Həmin gün 171 bilet satılıb. Amma həmin gün içəri biletsiz buraxılanların sayı əvvəlki günlərdən daha çox olub. Təxmini hesablamaya görə, gəmiyə 270 nəfərə yaxın sərnişin minib. Gəmi Bor şəhərinə istiqamət alıb, mənzil başına çatmasına 10-15 dəqiqə qalmış sərnişin gəmisi “Çuvaşiya” yük gəmisi ilə toqquşub. Daha doğrusu, boş olan yük gəmisi idarəetməni itirərək sərnişin gəmisinin tən ortasına çırpılıb.
Qəza nəticəsində yük gəmisinə çox da ziyan dəyməyib və o, hərəkətini davam etdirib. Sərnişin gəmisi isə orta hissədən parçalanaraq batmağa başlayıb. Sərnişinlər məcburi çəkildə çaya tullanıblar. Temperatur sıfır dərəcə olub. Çayın üzərində nazik buz lövhələri yaranıb. Digər tərəfdən də saniyədə 12 metr əsən külək də çaya tullanan sərnişinlərə çətinliklər yaradıb.
Sərnişinlərin çaşğınlığı, biri-birlərinə mane olmaqları, digər tərəfdən, kəskin hava şəraiti faciə ilə nəticələnib. Təxminən 270 sərnişindən cəmi 30-40 nəfər sağ qala bilib. Üzməyi bacaranlar, fiziki cəhətdən güclü olanlar sahilə yetişə biliblər. Digər sağ qalanları isə çaydakı kiçik qayıqlarla balıq tutanlar xilas edib.
Yerli qurumlar köməyə gələnə qədər iş işdən keçib. Meyitlər Volqanın Qorki sahilinə çıxarılıb. Kiriyev hadisə ilə bağlı Mərkəzi Komitəyə məlumat verib. Kremldən birinci katibə göstəriş verilib ki, hadisə vilayətin daxili imkanları ilə tam qapadılmalıdır, hadisə yerinə giriş-çıxışa qadağa qoyulmalıdır, jurnalistlərə heç bir məlumat verilməməlidir. Daha sonra o da bildirilib ki, dəfn mərasimi kütləvi şəkildə keçirilməməlidir.
Həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləyən Kliment Voroşilov telefonda Kiriyevə tapşırıqlarını aşağıdakı kimi verib:
“Biz İosif Stalinin 70 illik yubileyinə hazırlaşırıq. Bu ərəfədə mətbuatda bu cür hadisələr işıqlandırıla bilməz. Hadisə ilə bağlı açılmış cinayət işi “tam məxfi” qrifi altında olacaq. Vilayətdə sabitliyin pozulması halları müşahidə olunarsa, əlavə qüvvələr göndərəcəyik. Bütün imkanlarınızdan istifadə edib sakitliyi və sabitliyi bərpa edin...”
Viktor Abakumov isə növbəti zəngində də birinci katibi hədələyib:
“Əlavə məlumatların yayılacağı təqdirdə sizi əvvəlki birinci katibin aqibəti gözləyəcək...”
Beləliklə, Kiriyevin tapşırığı ilə meyitləri Qorki şəhərində mədəniyyət evinə yığıblar. Üç gün ərzində günün ayrı-ayrı saatlarında meyitlər Bor şəhərinə daşınıb və dəfn olunublar. Qorki şəhər məhkəməsində sərnişin gəmisinin və yük gəmisinin kapitanlarını 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər. Həlak olanların ailələrinə isə iki aylıq əmək haqqı həcmində maddi yardım göstərilib. Həmin il istintaq materiallarının əsas hissəsi məhv edilib. Yalnız 1990-cı illərədn sonra Qorki faciəsi haqqında mətbuatda araşdırma materialları dərc olunub.
İlham Cəmiloğlu, Musavat.com