Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Bir salamla da olsa, qohumlarla əlaqənizi davam etdirin..."- Peyğəmbərimiz (s.ə.s)


"Yaxşılığa yaxşılıqla cavab verən qohumluq əlaqələrinə tam riayət etmiş olmaz. Bu vəzifənin tam yerinə yetirilməsi münasibəti kəsən qohumlarla əlaqə saxlamaq, onlara baş çəkmək və kömək etməklə mümkündür..."
 
Sileyi-rəhm – qohum-əqrəba və yaxınlara baş çəkmək, hal-əhval tutmaq, könülləri xoş etmək mənasında işlənən dini-əxlaqi bir termindir. Sileyi-rəhm vacib, sileyi-rəhmi kəsmək isə günah hesab edilir.
 
Allah Təala, “Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin (çəkinin)!”[1] buyurmuş, Peyğəmbərimiz də (s.ə.s) “Allaha və axirət gününə inanan kəs qohumluq əlaqələrini qorusun.”[2] buyuraraq sileyi-rəhmin imanla əlaqəli əhəmiyyətinə diqqət çəkmişdir.
 
Qohumlar arasında sileyi-rəhm bağlarının dərəcələri vardır. Məsələn: ana-ata sileyi-rəhmdə ən birincidir.[3] Hətta valideynlər övladla əlaqələrini kəssələr də övlad sileyi-rəhm bağlarını qoparmamalıdır. Hədisdə “Yaxşılığa yaxşılıqla cavab verən qohumluq əlaqələrinə tam riayət etmiş olmaz. Bu vəzifənin tam yerinə yetirilməsi münasibəti kəsən qohumlarla əlaqə saxlamaq, onlara baş çəkmək və kömək etməklə mümkündür”[4] − buyurulur.
 
Ziyarət, qarşılıqlı yardımlaşma, ehtiyacları qarşılamaq və salam vermək[5] sileyi-rəhmin dərəcələrindəndir. Peyğəmbərimiz (s.ə.s) “Bir salamla da olsa qohumlarla əlaqənizi davam etdirin.” − buyuraraq qohumlarla əlaqəni tamamilə kəsməməyi tövsiyə etmişdir.
 
Qohumlarla aramızda hər hansı uzlaşmazlıq və ya narazılıq olsa da, onlarla əlaqəmizi tam kəsməməli, salamla da olsa münasibətlərimizi davam etdirməliyik. Yəni qohumluq əlaqələrinin zədələnməsinə imkan verməməliyik. Hər kəs öz qohumları ilə müəyyən vasitələrdən istifadə edərək əlaqə saxlamağa çalışmalıdır. Məsələn, ayda bir dəfə də olsa, telefonla danışmaq, bayramlarda ziyarət etmək, təbriklər göndərmək və s. kimi davranışlar əlaqələri möhkəmləndirmək üçün bir vasitədir. Sonda bir qaydanı xatırlatmaq yerinə düşər: “Bir şeyin hamısını əldə etmək mümkün deyilsə, onu tamamən tərk etmək də doğru deyildir.
 
Mənbələr:
 
[1] Nisa surəsi, 41
 
[2] Buxari, Ədəb 85
 
[3] İbni Abidin, Xasiyətu Raddi-l-mutar, Daru-i-fikir, Beyrut 2000, 6411
 
[4] Buxari, Ədəb 15
 
[5] Məvsuatu-l-fiqhiyyətu-l-Quveytiyyə, mad. “Ərham”, 384
 
Meneviyyat.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10