Uzun illər Moskvada Komsomol meydanının yaxınlığında hündür hasarla və tikanlı məftillərlə əhatə olunan bir ərazidə hansı obyektin yerləşdiyindən şəhər sakinləri xəbərsiz olublar. Giriş-çıxışı qadağan olunan bu obyekt xüsusi mühafizə dəstəsi tərəfindən qorunub. Aylarla sükut içərisində olan obyektdən nadir hallarda “səs-küy” gəlib və yaxınlıqdakı çoxsaylı yaşayış binalarının sakinləri də sükutun pozulmasının nə ilə bağlı olduğunu anlamayıblar...
Moskvada doqquz dəmiryolu vağzalı fəaliyyət göstərir. Onların hər birinin ayrı-ayrı istiqamət marşrutları var. Amma şəhərdə bir vağzal da var ki, cəmi bir platformadan, iki dəmiyolu xəttindən ibarət olmasına baxmayaraq, bu vağzaldan istənilən istiqamətə getmək olar. Vağzala çəkilən iki dəmiryolu xətti elə quraşdırılıb ki, onları fərqli istiqamətlərə gedən xətlərə qoşmaq mümkün olub. Bu xüsusi vağzal yalnız xüsusi şəxslər, SSRİ-nin birinciləri və SSRİ-yə səfər edən birincilər üçün inşa edilib.
Digər ölkələrdə olduğu kimi, SSRİ-də ölkə başçısının təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilib. Mühafizə xidmətinin şəxsi heyətinin peşəkarlardan ibarət olması, təhlükəsizlik xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, birincilər üçün xüsusi obyektlər də tikilib. Onlardan biri də yuxarıda qeyd etdiyimiz dəmiryol vağzalıdır.
Əslində Moskvada bu cür dəmiryol vağzalının tikilməsi 1940-cı ildə planlaşdırılıb. İosif Stalinin təyyarə ilə uçmaq problemini nəzərə alan Lavrenti Beriya sovet lideri üçün xüsusi dəmiryol vağzalının inşa edilməsi ilə bağlı layihə hazırlatdırıb. Layihə Stalinə təqdim ediləndə, o, razılıq verib, hətta dövlət büdcəsindən nə qədər vəsaitin ayrılması üçün müzakirələr də aparılıb. Amma sovet-alman müharibəsi bu layihənin icrasını yarımçıq qoyub. Müharibədən sonrakı dövrdə isə bu haqda heç kim düşünməyib. Kifayət qədər iqtisadi problemlərin mövcud olduğu bir dövrdə xüsusi vağzalın inşası heç kimin yadına düşməyib.
Nikita Xruşov öz hakimyyəti illərində qatarla səfərə çıxanda ümumi dəmiryol vağzallarından istifadə edib. Ona “hökumət vağzalı”nın tikilməsi ilə bağlı təklif veriləndə, baş katib qəti şəkildə buna etirazını bildirib.
Birincilər üçün xüsusi vağzalın tikintisi məsələsi növbəti dəfə 1970-ci illərin əvvələrində gündəmə gəlib. Bu məsələdə Leonid Brejnev özü təşəbbüsakar olub. Baş katib bunu belə əsaslandırıb ki, xarici ölkələrin dövlət başçılarının SSRİ-yə səfəri zamanı təhlükəsizlik məqsədilə xüsusi vağzalın tikintisi vacibdir.
Beləliklə, 1972-ci ilin sonunda xüsusi vağzalın inşası üçün SSRİ Nazirlər Soveti qərar qəbul edib və tikintiyə büdcədən vəsait ayrılıb. Bu qərar “məxfi” saxlanılaraq mətbuatda işıqlandırılmayıb. Hətta vağzalın yerləşdiyi məkan xəritəyə salınmayıb.
Xüsusi vağzalın inşası 1974-cü ildə sona çatıb. Bir platforması, iki dəmiryol xətti olan vağzalın ərazisində çox da böyük olmayan inzibati bina da tikilib. Bina da ziyafət üçün zal, gözləmə zalı, kiçik müşavirə otağı, tibb məntəqəsi, sanitar qovşaq fəaliyyət göstərib. Digər tikili isə mühafizə xidmətinin əməkdaşları üçün nəzərdə tutulub. Vağzala ayrıca elektrik və rabitə xətləri, su boruları, havalandırma və istilik sistemi çəkilib.
Vağzalın inşası zamanı texniki normativlərə əməl olunmayıb və buna görə heç kim cavabdehlik daşımayıb. Mövcud normativlərdə dəmiryol xəttlərinin yaşayış evlərindən ən azı 40 metr aralıda olması göstərilsə də, tikinti zamanı buna əməl edilməyib. Layihə təhvil veriləndə qayda pozuntusunu belə əsaslandırıblar ki, xüsusi obyekt kənardan çox da şübhəli görünməsin. Yəni, əgər qayda pozulubsa, demək, obyekt bir o qədər də ciddi və dövlət əhəmiyyətli deyil.
Yuxarı dairələrdə “Brejnev vağzalı” adlandırılan bu obyektdən ən çox istifadə edən elə Brejnevin özü və bir də Andrey Qromıko olub. Bəzi mənbələrə görə vağzala yeraltı yol da çəkilib. Vağzalın inzibatçısı Vladimir Klimenski 1990-cı illərdən sonra verdiyi müsahibələrdə bildirib ki, vağzalın ərazisində beton divarla ayrılmız bir yer də var idi və bizim ora keçməyimiz qadağan olunmuşdu. Həmin əraziyə DTK əməkdaşları tərəfindən nəzarət olunurdu:
“Xüsusi vağzala böyük vəsaitlər xərclənsə də, bu vağzaldan çox da istifadə olunmurdu. Mən çox vaxt Brejnevin, onu müşayiət edənlərin maşınlarını, avtomobil karvanını görmürdüm. Onlar beton hasarın bizə aid olmayan hissəsində düşürdülər və ikinci girişdən vağzala daxil olurdular. Qromıko vağzalda cəmi 5-10 dəqiqə ləngiyirdi. Brejnev isə bəzən səfərləri zamanı vağzal binasının ziyafət zalını Siyasi Büronun iclas zalına çevirirdi. Biz baş katibin səfərə çıxacağını yalnz bir-neçə saat əvvəl bilirdik. Bu məxfi saxlanılrdı. Bunu bir neçə gün əvvəldən bilməyə ehtiyac da yox idi. Çünki biz həmişə hazır vəziyyətdə olurduq. Bir neçə saat ərzində xidmət personalı ziyafət zalındakı süfrəni hazır yeməklərlə, meyvə-tərəvəzlə, çoxçeşidli içkilərlə bəzəyirdilər. Brejnev sadə adam idi. Həmişə mənimlə mehribanlıqla görüşürdü, hal-əhval tuturdu. Amma bəzən irad və təklifləri də olurdu. Bu təkliflərdən biri də vağzal binasının giriş qapısı ilə üzbəüz divara iri güzgülərin vurulması ilə bağlı idi. Biz onun bu təklifini günlər ərzində yerinə yetirirdik....”
Qısa müddətli hakimiyyətləri dövründə Yuri Andropov və Konstantin Çernenko xasusi vağzaldan istifadə etməyiblər. Mixail Qorbaçov isə səfərlərində əsasən təyyarəyə üstünlük verib.
SSRİ süquta uğradıqdan sonra “Brejnev vağzalı” fəaliyyətini dayandırıb. Hazırda bu xüsusi obyekt özəlləşdirilərək iş adamları tərəfindən müxtəlif təyinatlar üzrə istifadə olunur.
İlham Cəmiloğlu, Musavat.com