1940-cı ildə təsis olunan ordu generalı ali hərbi rütbəsi SSRİ-də 133 nəfərə verilib. Onlardan üç nəfər isə bu rütbəni ikinci dəfə alıb.
1943-cü ildə ordu generalı rütbəsi alan Markian Popov 1944-cü ildə Baltikyanı cəbhədə “xidməti vəzifələrini yerinə yetirə bilmədiyinə görə” bu rütbədən məhrum olunaraq general-polkovnik rütbəsinə endirilib. O, yalnız Stalinin vəfatından sonra, 1953-cü ilin avqustunda yenidən ordu generalı rütbəsini daşıyıb.
Sergey Ştemenko ordu generalı rütbəsini 1948-ci ildə alıb. Onu bu rütbədən Nikita Xruşov məhrum edib. Beriyanın həbsindən sonra Ştemenko Beriyaya işləməkdə ittiham olunub və onun rütbəsi iki dəfə aşağı salınaraq general-leytenant rütbəsinə endirilib. 1964-cü ildə Ştemenko ikinci dəfə ordu generalı rütbəsi alıb.
İvan Petrov yeganə hərbçi olub ki, ona ordu generalı rütbəsi hər iki dəfə Stalin tərəfindən verilib və rütbələri ona şəxsən Stalin özü təqdim edib.
İvan Petrov 1896-cı ildə Bryanskda çəkməçi ailəsində anadan olub. Gimnaziyanı bitirdikdən sonra Petrov Karaçayev şəhərində müəllimlər seminariyasında təhsil alıb. Pedaqoji təhsil alsa da, o, heç vaxt bu sahə üzrə işləməyib.
1918-ci ildə ordu sıralarında xidmətə başlayanda, onu əvvəlcə altı aylıq hərbi kursa göndəriblər. Kursu bitirdikdən sonra o, öz gələcək həyatını hərb sahəsinə bağlayıb. Ali təhsilini Frunze adına Hərbi Akademiyada alan Petrov sovet-alman müharibəsi başlanana qədər Sibir hərbi dairəsində, Orta Asiyada diviziyanın qərargah rəisi, diviziya komandiri, korpus komandirinin müavini, korpus komandiri vəzifələrində xidmət edib.
1940-cı ildə general-mayor rütbəsi alan Petrov 1941-ci ilin mart ayında 27-ci korpusun komandiri təyin edilib. Müharibə başlananda korpus Bryanskda dislokasiya olunub. Bir neçə aydan sonra isə Petrov Odessaya göndərilib, 1-ci korpusun komandiri vəzifəsinə təyin edilib.
Petrov Odessanın, Sevastopolun müdafiəsində, Şimali Qafqazda bir sıra uğurlu hərbi əməliyyalara imza atıb. Dövlət Müdafiə Komitəsində, baş qərargahda onun adı bacarıqlı hərbçi kimi hallanıb.
1943-cü ilin oktyabr ayında baş qərargahda Stalinin iştirakı ilə keçirilən müşavirədə Petrova ordu generalı rütbəsi təqdim edilib. Adətən, yüksək çinli hərbçilər haqqında xoş fikir bildirməkdə “xəsislik” edən Stalin müşavirədə Petrovun xidmətlərini yüksək qiymətləndirib.
Mövcud dövrdə siyasilər arasında olduğu kimi, hərbi elitada da intriqalar, çəkişmələr hökm sürüb. Petrov da bu çəkişmələrdən kənarda qalmayıb. 1944-cü ildə Belarusiya cəbhəsində xidmət edən Petrovla Belarusiya cəbhəsinin hərbi şurasının üzvü, Stalinin inandığı şəxslərdən biri olan Lev Mexlis arasında konflikt yaranıb. Petrov onun hərbi əməliyyatlara müdaxiləsini qəbul edə bilməyib və onu “adi silahları ayrıd edə bilməyən hərbçi” adlandırıb, belə bir şəxsin hərbi əməliyyatlara müdaxiləsini yolverilməz sayıb.
Mexlis qisas üçün məqam gözləyib. 1944-cü ilin mart ayında Kerç istiqamətində Petrovun apardığı hücum əməliyyatları bir neçə istiqamətdə iflasa uğrayanda, Mexlis əməliyyatın nəticələri haqqında Stalinə yazılı arayış təqdim edib. Arayışda göstərilib ki, ordu generalı İvan Petrovun səhhəti əməliyyatların uğurlu keçməsinə mane olur, belə ki, o, vaxtının əsas hissəsini həkimlərlə keçirir. Yazılı şəkildə göstərilən bu bəhanələri Mexlis şifahi şəkildə Stalinə daha “aydın” şəkildə başa salıb. Bu “anlaşmadan” sonra Petrovun rütbəsi aşağı salınaraq general-polkovnik rütbəsinə endirilib.
Rütbəsinin aşağı salınmasını Petrov özünə zərbə kimi qəbul etsə də, ruhdan düşməyib və o, çox keçmədən kimin xəstə olduğunu sübut etməyi bacarıb. 1944-cü ilin avqustunda 4-cü Ukrayna cəbhəsinin komandanı vəzifəsində olan Petrov şərqi və qərbi Karpat istiqamətindəki hücum əməliyyatlarında xüsusilə fərqlənib. 1944-cü ilin oktyabr ayında, birinci dəfə ordu generalı rütbəsi aldığı vaxtdan düz bir il sonra Petrov Moskvaya dəvət olunub. Stalin cəbhə komandanları ilə keçirilən müşavirədə ikinci dəfə ordu generalı rütbəsini Petrova təqdim edib.
Marşal Vasilevski öz memuarlarında İvan Petrov haqqında təəssüratlarını aşağıdakı kimi bölüşüb:
“İvan Petrov hərbi şərəfi hər şeydən üstün tutan general idi. Baş qərargahda Petrovun xidməti ərazisində keçirələcək əməliyyat planı hazırlananda, mən həmişə onun uğurlu alınacağına inanırdım. O, öz işinin peşəkarı idi. 1952-ci ildə İosif Stalin Petrova marşal rütbəsi vermək niyyətində olduğunu da bildirmişdi. Amma hansısa səbəblərdən, kimlərinsə müdaxiləsi üzündən Petrov bu ali rütbəni ala bilmədi...”
Müharibədən sonra İvan Petrov xidmətini Müdafiə Nazirliyində davam etdirib, piyada qoşunları komandanının birinci müavini vəzifəsində işləyib, SSRİ Ali Sovetinin deputatı olub.
Generalın oğlu Yuri Petrov atasının yolunu seçib, ali hərbi təhsil alıb. Amma perespektivli hərbçi kimi tanınan Yuri Petrovun hərbi karyerası yarımçıq qalıb. 6 oktyabr 1948-ci ildə Aşqabad zəlzələsi zamanı podpolkovnik rütbəsində olan Yuri Petrov şəhərin həmin qarışıq ərəfəsində naməlum şəxslər tərəfindən güllələnib. Zəlzələnin törətdiyi fəsadlar cinayətin üstünün açılmasına imkan verməyib. Bu hadisə generala ağır zərbə olub və onun səhhətində problemlər yaradıb.
Ordu generalı İvan Petrov 1958-ci ildə, 61 yaşında vəfat edib. O, Moskvada, Novodevişye qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com