21 yaşlı gənc tarixçi Mehdi Afiq oğlu Fəyyazlı 27 sentyabr, 2000-ci ildə Masallının Qasımlı kəndində anadan olmuşdur. Orta məktəbdə təhsil aldığı müddətdə Azərbaycan türkcəsi, ədəbiyyatı, tarixi və digər mövzularla bağlı müsabiqələrdə iştirak etmiş, bir sıra hədiyyə və tərifnamələrlə təltif olunmuşdur. Orta təhsilini bitirdikdən sonra Murmansk Texnoloji Xidmət Kollecinə daxil olmuş və hazırda Kollecdə Logistika ixtisası üzrə təhsil alır. “Qasımlı kəndi” 2 cildlik kitabların müəllifidir. O, babalarının necə sürgün olunması, eləcə də məşəqqətli ömür yolları barədə maraqlı araşdırma aparıb. Həmin araşdırma yazını müvafiq arxiv sənədləri bir birgə sizə təqdim edirik
Qasımov Qasım Fərəculla (Fərəc) oğlu 1897-ci ildə Lənkəran qəzasının Qasımlı kəndində ruhani ailəsində anadan olub.
Atası Fərəculla Kərbəlayi Mirzə Qasım oğlu (1828-1919)– kəndimizin sayılıb-seçilən dindarlarından olmuşdur. 1886-cı ildən 1909-cu ilə kimi kəndxuda işləmişdir.
Fərəculla Kərbəlayi Qasım oğlu haqda əldə etdiyimiz sənədlərdə bu cür yazılmışdır:
Имя/отчество:
Фараджулла Мирза Касымоглы
Должность: старшина селения Касымлу
Фото:
1902 г.
Город Ленкорань
Tərcüməsi
Adı/atasının adı:
FərəcullaMirzə Qasımoğlu
Vəzifəsi: Qasımlı kəndinin kəndxudası
1902-ci il
Lənkəran şəhəri
Qasım Fərəculla oğlu, Qasımlı mədrəsəsində dini təhsil almışdır. Ərəb və fars dillərində yazmağı və oxumağı atasından öyrənmişdir. Daha sonra, təhsilini rus-tatar (Azərbaycan) məktəbində davam etdirmişdir. O, humanitar elmlərə maraq göstərməklə yanaşı, talış, rus və fransız dillərini də öyrənmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti əsgərlərinə maddi yardım etmişdir.
1921-ci ilin yanvar ayında Lənkəran qəzasının Öncəqala kəndindən olan – Qasımova Xeyrənisə Əli qızı ilə ailə həyatı qurmuşdur.
Bu evlilikdən 1921-ci ildə Fəyyaz Fərəcov, 1932-ci ildə Museyib Fərəcov (sonradan soyadı Məmmədov olmuşdur), 1933-cü ildə Seyfulla Fərəcov dünyaya gəlmişlər.
Çox keçmir ki, Stalin repressiyası bu ailənin xoşbəxtliyini əlindən alır. Belə ki, Qasımı əksinqilabi fəaliyyətinə (AXC əsgərlərinə maddi yardım etdiyinə və türkçülüyü təbliğ etdiyinə görə) 1937-ci ilin 14 mart tarixində həyat yoldaşı – Qasımova Xeyrənisə Əli qızı ilə bərabər həbs etmiş və sürgün edildiyi Volqolad-Privoljski ərazisində məcburi əmək düşərgəsində saxlandığı müddətdə ağır işgəncələrə məruz qalmışdır.
Övladları: Museyib Fərəcov və Seyfulla Fərəcov uşaq evinə verilmişdir.
Ehtimala görə, 1942-ci ildə Museyib Fərəcov uşaq evindən qaçmış və qatara minərək Əli Bayramlı rayonuna getmişdir.
Orada onu görənlər sual vermişlər ki, haralısan, hansı kənddənsən? Museyib kişi Qasımlı kəndindən olduğunu söyləmişdir. Onu qatara mindirərək Gürcüstan SSR-nin Qasımlı kəndinə göndərmişlər
. Orada dəmiryolunda işləyən Salı Məmmədov adlı bir kişi onu görmüş və valideynsiz olduğunu bilərək onu özünə övladlığa götürmüşdür. Museyib kişinin heç bir sənədi olmadığından, ona yenidən sənəd düzətdirmiş və öz soyadını ona vermişdir.
Museyib kişinin pasportunda yazılıb:
Мамедов Мусеиб Касум оглы
число, месяц, год рождения: 05 октября 1932 года
место рождения: село ДжандарГардабанского района Грузинской ССР
национальность: азербайджанец
кем выдан паспорт: отделом внутринних дел Масаллинскогорайонкома Азербайджанской ССР
Начальник органа внутренних дел (подпись)
17 марта 1979 года
TƏRCÜMƏSİ
MəmmədovMuseyibQasımoğlu
doğulduğu gün, ay, il: 05 oktyabr 1932-ci il
doğulduğu yer: Gürcüstan SSR, Qardaban rayonu, Candar kəndi
milliyəti: azərbaycanlı
pasportu kim vermişdir: Azərbaycan SSR Masallı rayon icraiyyə komitəsinin daxili işlər şöbəsi
Daxili işlər orqanınının rəisi (imza)
17 mart 1978-ci il
Sənədlərdən məlum olur ki, Museyib kişi 1942-ci ildən Gürcüstan SSR, Qardaban rayonu, Candar kəndində yaşamışdır. Hərbi xidmətə də Gürcüstan SSR-dən getmişdir. 1956-cı ildə Məmmədova Gülü Salı qızı ilə ailə həyatı qurmuşdur.
Övladları: Məmmədov Qasım, Məmmədova Rəfiqə və Məmmədov Allahverdi Gürcüstan SSR, Qardaban rayonu, Candar kəndində dünyaya gəlmişlər.
Museyib kişi hərbi xidmətdə olarkən, öz kəndlisi Rzayev Böyükağa Salman oğlunu tanımış və ona bütün hadisələri danışmışdır.
Böyükağa Rzayev hərbi xidmətdən kəndə qayıtdıqdan sonra, hər şeyi Fəyyaz Fərəcova söyləmişdir.
1965-ci ildə Fəyyaz Fərəcov həmən kəndə getmişdir. Əvvəlcə Salı kişiyə öz minnətdarlığını bildirmiş və onun razılığı ilə qardaşını ailəsilə birgə Masallı rayonunun Qasımlı kəndinə gətirmişdir.[1]
Qasımov Qasım haqda əldə etdiyi miz arxiv sənədlərdə bu cür yazılmışdır:
Заключенный №313
КасымовКасымФараджоглы
Год рождения: 1897
Пол: мужчина
Место рождения: Бакинская губерния, Ленкоранский уезд, село Касымлу
Гражданство: СССР
Заключенный в Волголага НКВД с 28 октября 1937 г.
Помогал больным и был грамотен.
Знает: родной тюркский язык, талышский, русский и французский. Владеет писать на персидском и арабском.
Его называют – ПосманКасым или Мирза Касым
Волголаг НКВД проверено
Подпись 7 мая 1955 года
Tərcüməsi
Məhbus №313
Qasımov Qasım Fərəc oğlu
Doğulduğu il: 1897-ci il
Cinsi: kişi
Doğulduğu yer: Bakı quberniyası, Lənkəran qəzası, Qasımlı kəndi
Vətəndaşlığı: SSRİ
Məhbus, 28 oktyabr 1937-ci ildə Volqolaq XDİK[2]-da həbs edilmişdir.
Məhbus, 28 oktyabr 1937-ci ildən Volqolaq XDİK həbsxanasındadır. Xəstələrə yardım etmiş və savadlıdır.
Bildiyi dillər: türk, talış, rus, fransız. Fars və ərəb dillərində yazmağı bacarır.Ona Posman Qasım və ya Mirzə Qasım deyirlər. Volqolaq XDİK həbsxanası.
İmza 7 may 1955 il
Qasımov Qasım haqda əldə etdiyimiz digər sənəddə bu cür yazılıb:
За Секречено
Д14929-116
Заключенный №313
КасымовКасымФараджоглы
Родился: 1897
Пол: мужчина
Место рождения: Бакинское г. сел. Касымлы
28 октября 1937 г. был заключен в Волголаг НКВД[3]
Из опросов введено что он командовал группировками АДР[4] но пропоганду он не совершил. Русскоязычный, владеет докторством.
Отчетный номер докуманта №313
Tərcüməsi
Qasımov Qasım Fərəc oğlu
Anadan olub: 1897-ci il
Cinsi: kişi
Doğum yeri: Bakı quberniyası, Qasımlı kəndi
28 oktyabr 1937-ci ildə Volqolaq XDİK-da[5] həbs edilmişdir.
Sorğular göstərir ki o, AXC qruplarına komandanlıq etmiş, lakin təbliğat aparmamışdır. Rusdillidir və həkimlik etməyi bacarır.
313 saylı sənədin hesabat nömrəsi.
Qasımov Qasım Fərəc oğlunun 1955-ci ildə həbsxanada olan fotosu.
Qasımov Qasım 1955-ci ilin 7 mart tarixində Volqololad-Privoljski məcburi əmək düşərgəsindən Kemerov vilayətinin Marinsk şəhərində yerləşən
əmək düşərgəsinə göndərilmişdir.
Qasımov Qasım Fərəculla (Fərəc) oğlunun vəfat etməsi haqqında sənəd.
Sənəddə yazılıb:
Свидительство о Смерти
II-МС №219447
КАСЫМОВ КАСЫМ ФАРАДЖ ОГЛЫ
Умер(ла): 17 ДЕК. – 1981 г. Семнадцатого декабря тисячидевятсотвосемдесят первого года
Возраст: 84 года
Причина смерти: старость/дистрофия сердца
О чем в книге записей актов гражданского состояния о смерти 1984 год марта 1.
Место смерти: город Маринск
Место заключения: Маринск НКВД
Tərcüməsi
ÖlümhaqqındaŞəhadətnamə
II-МС №219447
QASIMOV QASIM FƏRƏC OĞLU
Vəfat edib: 17 dekabr, 1981-ci ildə. On yeddi dekabr min doqquz yüz səksən birinci ildə
Yaşı: 84 yaş
Ölümün səbəbi: yaşlılıq/ürəyin dayanması
Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1984-cü ilin mart ayının 1-ri günündə qeyd edilmişdir.
Əldə etdiyimiz sənədlərdən məlum olur ki, Qasımov Qasım 17 dekabr, 1981-ci ildə Rusiyanın Kemerov vilayətinin Marinsk şəhərində vəfat etmişdir. 1989-cu ildə Qasım Fərəc oğluna bəraət verilmişdir.
7 iyul, 2021-ci ildə nəticəsi Mehdi Fəyyazlı tərəfindən Qasımlı kəndində ona başdaşı qoyulmuşdur. Allah rəhmət eləsin. Məkanı cənnət olsun.
Cenub.az
[1]Hadisəni Fəyyaz kişi öz oğluna danışmışdır.
[2]Xalq Daxili İşlər Komissarlığı
[3] Народный комиссариат внутренних дел СССР
[4] Азербайджанская Демократическая Республика
[5]SSRİ Xalq Daxili İşlər Komissarlığı