ABŞ rəsmiləri onu soyuq müharibə dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin ən uğurlu və ən məhsuldar agenti kimi dəyərləndiriblər. 1982-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Keysi ABŞ prezidenti Ronald Reyqana ünvanladığı məktubda Rışard Kuklinski haqqında yazıb: “Son 40 ildə Rışard Kuklinski kimi kommunizmə zərbə vuran ikinci bir şəxs olmayıb...”
Bu “zərbə”lərə görə Kuklinski Reyqan tərəfindən ABŞ-ın ən yüksək dövlət mükafatlarından biri sayılan “Distinguished Intelligence Medal” medalı ilə təltif edilib.
Maraqlıdır, polşalı Rışard Kuklinski hansı xidmətlərinə görə Amerika rəsmiləri üçün bu dərəcədə vacib və dəyərli fiqur sayılıb?
Rışard Kuklinski 1930-cu ildə Varşavada anadan olub. Valideynləri gələcəkdə onu keşiş kimi görmək istəyiblər. Lakin II dünya müharibəsi ailənin arzularını alt-üst edib. Kuklinskinin atası nasistlərin Polşaya hücumu zamanı müqavimət qüvvələrinin tərkibində almanlara qarşı vuruşub, cəmi bir neçə gündən sonra əsir düşüb. O, Zaksenhauzen əsir düşərgəsində saxlanılıb, iki ildən sonra isə ona tətbiq olunan içgəncələrdən düşərgədə vəfat edib.
Müharibədən sonra Polşada kommuist rejimi yaradılanda Kuklinski gələcək həyatını hərbi peşəyə bağlayıb. O, Varşavada ali hərbi təhsil alıb, daha sonra təhsilini SSRİ-də Voroşilov adına hərbi akademiyada davam etdirib, zabit rütbəsi daşıyıb. 1968-ci ildə Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının Çexoslovakiyaya yeridilməsində iştirak edib. “Dunay” əməliyyatı və “Praqa baharı” kimi tarixə düşən bu hadisələr Kuklinskinin siyasi baxışlarını dəyişib. 1994-cü ildə qələmə aldığı xatirələrdə Kuklinski “Dünay” əməliyyatı haqqında təəssüratlarını belə bölüşüb: “Bu əməliyyatda iştirak edən qoşunların əsas hissəsi SSRİ-dən idi. Hadisələrin canlı şahidi kimi onu deyə bilərəm ki, sovet hərbçilərinin təcavüz ehtirası qədərindən də artıq idi. Mən bu hadisədən sonra belə qənaətə gəlmişdim ki, SSRİ istənilən vaxt, sosialist blokuna daxil olan istənilən ölkədə öz siyasi maraqlarını təmin etmək üçün Praqa hadisələrini düşünmədən təkrar edə bilər. Bu, məni hədsiz dərəcədə narahat edirdi...”
Həmin ərəfədə Polşa ordusunun baş qərargahının yüksək ranqlı zabiti olan Kuklinskini narahat edən digər bir məsələ baş qərargah rəisi Boleslav Xaxo ilə qeyri-rəsmi söhbətləri olub. General bu söhbətdə Kuklinskiyə SSRİ-nin qərb məsələlərinə görə istənilən vaxr Polşa ilə hərbi konfklikdə girəcəyinə şübhə etmədiyini bildirib.
1972-ci ildə Kuklinski gələcək planları ilə bağlı qərar verib. O, ABŞ-ın Bonndakı səfirliyinə gizli göndərdiyi məktubda Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.
Təklif Amerika tərəfindən dərhal qəbul olunub. 1981-ci ilə qədər Amerika kəşfiyyatına işləyən Kuklinski Mərkəzi Kəşfiyyat İdarəsinə 40 min səhifədən artıq məxfi məlumatlar ötürüb. Bu, Kuklinskinin agent kimi məhsuldarlığının əsas göstəricisi olub.
1981-ci ildə Kuklinski özünün və ailəsinin təhlükəsizliyini təmin etmək üçün Amerikaya qaçıb. Digər tərəfdən, o, agentlik fəaliyyətinin üstünün açılacağından ehtiyat edib. ABŞ rəsmiləri onu qəhrəman kimi qəbul ediblər.
1984-cü ildə Polşada hərbi tribunal polkovnik Rışard Kuklinskiyə qiyabi ölüm cəzası hökmü çıxarıb. Bununla da Kuklinskinin Polşaya qayıtması mümkünsüz olub.
Kommunist rejimimnin süquta uğraması Kuklinskinin yollarını açıb. 1999-cu ildə Polşa NATO-ya üzv olduqdan sonra hərbi tribunalın 1984-cü ildə çıxardığı hökm ləğv edilib, o, tam bəraət alaraq Polşaya qayıdıb.
Kuklinski hələ ABŞ-a qaçmazdan əvvəl zəngin həyat tərzi ilə diqqətdən yayınmayıb. Sonralar o, bu zənginliyin mənbəsini də aşıqlayıb: “Mən Varşavada böyük ev tikdirmişdim. Sözsüz ki, bu diqqətdən yayına bilməzdi və bu tikinti maaş hesabına da ola bilməzdi. Mərkəzi Kəşfiyyat İdarəsi mənim işimi yüksək qiymətləndirirdi və işimin qarşılığında mənə kifəyət qədər yüksək məbləğlər verilirdi. Əslində burada qeyri-adi bir şey görmürəm. Ən əsası odur ki, mən Amerikaya göndərdiyim məxfi hərbi informasiyalarla öz vətənimi, Polşanı qırmızıların təcavüzündən qoruyurdum...”
Qeyd edək ki, Kuklinski agent kimi “Cek Stronq” adı altında fəaliyyət göstərib. 2014-cü ildə onun haqqında eyni adlı film çəkilib.
Rışard Kuklinski 11 fevral 2004-cü ildə, 73 yaşında Varşavada vəfat edib. O, Varşava hərbi qəbiristanlığında dəfn olunub.
2 sentyabr 2016-cı ildə Polşa prezidenti Andjey Duda polkovnik Rışard Kuklinskini ölümündən sonra briqada generalı rütbəsi ilə təltif edib.
İlham Cəmiloğlu, Musavat.com