O, 1930-1940-cı illərdə SSRİ-nin ən tanınmış aktrisalarından biri sayılıb. 29 yaşında Rusiyanın əməkdar artisti və Stalin mükafatı laureatı olan Valentina Serova həm teatr, həm də kino üçün ən tələbolunan aktrisaya çevrilib. Yaratdığı obrazlarla milyonların sevimlisinə çevrilən aktrisa dövlət məmurları tərəfindən də sevilib və seçilib. 1946-cı ildə Stalin mükafatını ona məhz Stalin özü şəxsən təqdim edib.
Kaprizlərinə, şıltaqlıqlarına, məşqlərə və çəkilişlərə gecikməsinə baxmayaraq, rejissorlar Valentina Serovadan imtina etməyiblər. Hətta rejissorlar ona zarafatyana xəbərdarlıq da ediblər: “Valya, sən çalış həbs düşərgəsinə düşmə, sənə çox şeylərdə güzəştə getsələr də, daxili rejim qaydalarını pozduğuna görə mütləq güllələyəcəklər...”
Aktrisa düşərgəyə düşməsə də, onun həyatının son illəri düşərgə əzablarından da çətin olub.
Valentina Serova 1917-ci ildə Xarkovda anadan olub. Altı yaşı olanda ailə Moskvaya köçüb. Anası teatrda, atası isə zavodda mühəndis işləyib.
Gələcəyin məşhur aktrisası teatr səhnəsinə ilk dəfə 10 yaşında çıxıb. Kiçik teatrda “Zaman gələcək” tamaşasında Serovaya məktəbli oğlan rolu verilib, onun tərəf müqabillərindən biri isə anası Klavdiya Polovikova olub.
Valentina Serova orta məktəbi bitirdikdən sonra Dövlət Teatr İncəsənəti İnstitutunda təhsil alıb, aktrisa kimi peşəkar fəaliyyətinə Moskva Dövlət Dram Teatrında başlayıb. Çox qısa zamanda populyarlıq qazanan aktrisa teatrda işləməyi ilə yanaşı, eyni zamanda konolara da dəvət alıb. Xüsusilə, “Gözlə məni”, “Yenilməz qarnizon”, “Səhnə” filmlərində Valentina Serova öz yarıdıcılığının pik həddini yaşayıb.
Sovet-alman müharibəsi illərində Valentina Serova davamlı olaraq cəbhə bölgələrində hərbçilərin qarşısında çıxış edib, ordu rəhbərliyi aktrisanı dəfələrlə fəxri fərmanlara layiq görüb.
1938-ci ildə aktrisa Anatoli adlı hərbi təyyarəçi ilə ailə həyatı qurub. Çütlüyün bir oğlan övladı dünyaya gəlib. Evliliklərindən bir il sonra həyat yoldaşı təlim uçuşu zamanı həlak olub. Valentina Serova oğlunun adını dəyişərək Anatoli qoyub.
Valentina Serova ikinci dəfə tanınmış yazıçı və kinosenarist Konstantin Simonovla ailə həyatı qurub. Evliliklə yanaşı cütlüyün birgə yaradıcı iş birliyi də olub. Amma çox keçməmiş Serovanın birinci nikahdan olan oğlu Anatoli ailədə söz-söhbət yaradıb. Simonov onu qəbul edə bilməyib. Gərginləşən münasibətləri aradan qaldırmaq üçün Valentina Serova həyat yoldaşının “məsləhət”inə qulaq asaraq oğlunu uşaq evində yerləşdirib.
Serova ilə Simonovun bir qız övladları dünyaya gəlib. Amma bu uşaq da ailənin əvvəlki məhkəmliyini bərpa edə bilməyib. Ailə söz-söhbətləri səngiməyib, Simonov sutkalarla öz evində gecələməyib, qızları çox vaxt atasının qohumlarının yanında qalıb. Təbii ki, belə bir vəziyyətin yaranması səbəbsiz olmayıb.
Valentina Serova ilə marşal Konstantin Rokossovski arasında yaxın münasibətlər hökm sürüb. Aktrisanın adı marşalın məşuqəsi kimi hallanıb. Sonralar hər iki tərəf bu faktı təkzib etsələr də, bir neçə il bu sevgi macərası haqqında ən yüksək dairələrdə belə söhbətlər dolaşıb. Bu məsələni açıq-aşkar heç kim qabartamağa cürət etməyib, yalnız marşalın arxasınca onun ünvanıa yerli-yersiz sevgi ittihamları sürülüb. Rokossovskini tanıyanlar yaxşı biliblər ki, marşal onun şəxsi həyatına qarışanlara qarşı sərt mövqe nümayiş etdirib.
Digər tərəfdən, onun Stalinlə olduqca xoş münasibətləri və böyük nüfuza sahib olması da çoxlarını susdurub. Amma marşala qarşı qısqancılıq edənlər, onu nüfuzdan salmaq istəyənlər üçün bu eşq macərası yaxşı bəhanə sayılıb. Belə şəxslərdən biri də dövlət təhlükəsizliyi naziri Viktor Abakumov olub. Abakumov marşalı “vurmaq” üçün məsələni Stalinə təqdim etmək qərarına gəlib, Rokossovskinin əməllərini sovet əxlaq normalarına zidd olmaqda ittiham etməyə çalışıb və xidməti məruzələrlə bağlı Stalinilə növbəti görüşdə məsələni ona çatdırıb. Stalinin məsələyə münasibəti tam fərqli olub:
“Viktor Semyonoviç, siz hər dəfə hansısa bir məsələni məruzə edəndə, sonda soruşursunuz ki, nə edəcəyik? Bəli, bu belə də olmalıdır. Amma Rokossovskinin məsələsində bu sual çox yersiz görnürür. Necə yəni nə edəcəyik? Heç nə, biz yalnız Rokossovskiyə qibtə edəcəyik. Çünki o, gözəl bir aktrisanın ürəyini ələ ala bilib...”
Valentina Serovanın marşalla adının hallanması həyat yoldaşı Simonovun da hədsiz qıcığına və sonsuz qısqanclığına səbəb olub. Bu xoşagəlməz vəziyyətdən qurtulmaq üçün cütlük ayrılmağa qərar verib.
Bütün bu hadisələr aktrisanın həyatına qara zolaqlar salıb. Valentina Serova içkiyə qurşanıb. Qızının 18 yaşı tamam olanda anasını tərk edərək evdən çıxıb. Bütün günü sərxoş vəziyyətdə olan aktrisa bəzən sutkalarla evdən çıxmayıb. Rejissorlar belə vəziyyətdə ona rol verməyiblər. Dostları, rəfiqələri də aktrisadan üz döndəriblər və bu tənhalıqla keçən ömür faciə ilə bitib. Qonşuları 12 dekabr 1975-ci ildə Valentina Serovanın mənzilində meyidini aşkar ediblər. Ev dağıdılmış vəziyyətdə olub. Aktrisanın hansı şəraitdə və necə ölməsi araşdırılmayıb.
58 yaşlı Valentina Serova Moskvada, Qolovin qəbirstanlığında dəfn edilib. Simonov onun sönük keçən dəfn mərasiminə 58 ədəd qızılgül göndərib. Tanınmış aktrisa haqqında adi bir nekroloq da imzalanmayıb. Yalnız “Veçernyaya Moskva” qəzetində aktrisanın vəfatı ilə bağlı bir cümləlik informasiya gedib.
İlham Cəmiloğlu, Musavat.com