Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İnsan iradəsinin düşmənləri - qürur, təkəbbür, lovğalıq...


İnsan iradəsinin  önündəki maneələrdən biri də izzət və qürurdur. Yəni təkəbbür, lovğalıq... Nümunəvi insanlar olaraq göndərilən peyğəmbərlər və onların izindən gedən bəxtiyarlar “adım, şərəfim” deməmiş və heç bir zaman şəxsi keyfiyyətləri ilə öyünməmişlər.
 
Allah Rəsulu (s.ə.a.s.) özünə “Sən bizim seyidimizsən.” − deyənlərə qarşı: “Xeyr. Bizim seyidimiz Həzrət İbrahimdir.” − buyurmuşdur. Halbuki, O insanlıq aləminin iftixarı, Həzrət İbrahimin də seyidi idi. Həzrət İbrahim (ə.s.) öz cəmiyyəti tərəfindən hər cür təhqirə, əzab-əziyyətə dözmüş, tonqala atılmışdı. Ancaq dini üçün səbir etmiş, izzət və qürurunun arxasınca düşməmişdir. Həzrət Musa (ə.s.) gah Firon tərəfdarları, gah da öz qövmü tərəfindən neçə dəfə ittihama, təzyiqə məruz qalmış, ancaq bunu şəxsiləşdirməmişdir. Həzrət İsa (ə.s.) gənc yaşlarda müxtəlif işgəncə və əziyyətlərə məruz qalmış, ölümlə təhdid edilmiş və çarmıxa çəkilərkən belə dinindən danışmışdır. Bəli, bunların sayı artırıla bilər, hər biri öz dövrünün qəhrəmanıdır...

 
İfk hadisəsi çoxumuza məlumdur. Allah Rəsulunun (s.a.s.) pak zövcəsi Aişəyə iftira atılmışdı. Başda Allah Rəsulu (s.a.s.) olmaqla, atası Əbu Bəkir, anası Ümmü Ruman və bütün səhabələr hadisənin iztirabını yaşayırdı. Allah Rəsulu (s.a.s.) qüruruna, mənliyinə toxunan bu hadisəyə səbir və təmkinlə yanaşmışdır. Bu çirkin işi planlaşdıranların başında məşhur münafiq Abdullah ibn Übeyy ibn Səlül gəlirdi. O, Allah Rəsulu (s.a.s.) Mədinəyə hicrət etmədən bir müddət öncə özünü Mədinənin kralı seçdirmək üçün planlar qurmuşdu. Rəsulullahın (s.a.s.) Mədinəyə təşrifi ilə onun xəyalları suya düşmüşdü. Bir il keçdikdən sonra gəlib müsəlman olduğunu bildirmişdi. Ancaq üzdə müsəlman kimi görünsə də, əməlləri bunun əksini deyirdi.
 
Bir müddət sonra  Aişənin pak olduğu ilahi vəhy ilə təsdiqləndi. Peyğəmbərimiz (s.a.s.) bu iftiraya görə heç kimdən qisas almadı. Aradan bir neçə il keçdi. Abdullah ibn Übeyy vəfatı yaxlaşarkən Ondan (s.a.s.) kəfən üçün əbasını istədi. Allah Rəsulu (s.a.s.) əbasını verdi. Hətta cənazə namazını qıldırdı və qəbri başında uzun-uzadı dua elədi. Ancaq İlahi fərman başqa idi. “Onlardan ölmüş olan heç birinə əsla namaz qılma; onun qəbri başında da durma! Çünki onlar, Allah və Rəsulunu inkar etdilər və fasiq olaraq öldülər”[5]....
 
Bütün bunlar, insanların əbədi həyatının qurtuluşu üçün çalışan Allah Rəsulunun (s.a.s.) zəngin anlayışını, şəfqətini, tolerantlığını göstərir. Ailəsinə iftira atan şəxsin cənazəsinə iştirak etmiş və “Allah, 70 dəfə istiğfar etsəm də, onu əfv etməyəcəyini fərman edir. Mən 70 dəfə ilə onun bağışlanacağını bilsəydim, ona 70 dəfədən daha çox istiğfar edərdim.” − demişdir.
 
(Davamı var)
 
İstifadə olunmuş ədəbiyyat:
 
1] Buxari, Hibə 1; Müslim, Zöhd 28.
[2] Əhməd ibn Hənbəl, əl-Müsnəd 2/231; Abdurrəzzaq, əl-Müsənnəf, III, 183-184; Heysəmi, Zəvaid IX, 18, 20.
[3] Buxari, Cənazələr, 27, Məğazi, 17, 26; Müslim, Cənazələr, 44.
[4] Rəhman 55/46.
[5] Tövbə 9/84.
[6] Bax: Ali İmran 3/173 və Maidə 5/44.
[7] Maidə, 5/24.
[8] İbn Hişam, II, 267; İbn Sad, II, 12.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10