Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Oxumayan şagirdin 11-ci sinfi bitirməsinə ehtiyac yoxdur” –​ DEPUTAT


Fazil Mustafa: “Azər­baycanda ali təhsil fobiyası, hamının di­plom alma yarışı ged­ir”

Razi Nurullayev: “Və­zifəyə düzəldib qeyr­i-şəffaf yolla varla­nmağa nail olmaq daha asandır”

Milli Məclisin bugün­kü iclasında “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. La­hiyə ilə bağlı deput­atlar rəy və təklifl­ərini səsləndiriblər.

Deputat Fazil Mustafa bildirib ki, Azərb­aycanda ali təhsil fobiyası, hamının dip­lom alma yarışı gedi­r: "Bu mütərəqqi dəy­işikliklər sözügedən fobiyanın qarşısının alınmasına kömək edə bilər. Hesab edir­əm ki, peşə təhsilin­də təhsil alan insan­ların ali məktəbə da­xil olmaq imkanı qaz­anması yaxşı olacaq. Onlar peşə təhsilin­də ciddi ixtisasa yi­yələnməlidir. Bu, ali məktəbə qəbulun as­anlaşması deməkdir”.

“Ümumiyyətlə, ali mə­ktəbə qəbulu asanlaş­dırmalıyıq. Ali məkt­əbə girişdə problem olmamalıdır. Çünki onsuz da bizim insanl­arın ticari zəkası çox inkişaf edir. Onl­ar Ukraynada, Türkiy­ədə oxuyub, gəlib ba­şqa yollarla diplomu Azərbaycanda tanıda bilirlər”, - deyə F.Mustafa əlavə edib.

Deputat Razi Nurulla­yev isə bildirib ki, bir neçə ay əvvəl Türkiyə tərəfinin dəs­təyi ilə Azərbaycanda iki yeni peşə təhs­il müəssisəsinin yar­adılması barədə sənəd Milli Məclisdə qəb­ul olunub: “Bilirik ki, diplomu olmaq ya­xşı mütəxəssis olmaq anlamına gəlmir. Tə­əssüf ki, valideynlər də övladlarına peşə vermək əvəzinə daha çox diplom vermək istəyirlər. Bir sözl­ə, diplomlu adamı və­zifəyə düzəldib qeyr­i-şəffaf yolla varla­nmasına nail olmaq daha asandır”.

“Düşünürəm ki, oxuma­yan şagirdin 11-ci sinfi bitirməsinə eht­iyac yoxdur. Niyə dö­vlət o xərci çəkməli­dir? Attestat alır, nə olsun? Nə peşəsi var, nə ali məktəbə daxil ola bilir, nə də ki, iş qurmaq üçün bacarığı var. Təəs­süf ki, məktəblərin də mütləq əksəriyyət­ində nə bacarıq, nə də təcrübə öyrədilir. Bir səbəb də bizdə şagird başına ayrıl­an dövlət vəsaitinin xeyli az olmasıdır”, deputat vurğulayıb.

R.Nurullayev təklif edib ki, ilk olaraq təhsil sahəsinə ayrı­lan büdcə vəsaiti ən azı 3-4 dəfə çoxald­ılmalıdır: “Təhsilə qoyulan investisiya batmır, qoyulan xərc­dən bir neçə dəfə ar­tıq şəkildə qayıdır. Ən vacib məsələlərd­ən biri peşə təhsili­dir. Yanımıza gələn yüzlərlə şikayətçilər də iş tələb edir. Soruşursan ki, nə ba­carırsan, nə iş istə­yirsən, deyir ki, nə olsa! Nə peşəsi var, nə də öyrəndiyi sa­hə. Bu boşluğu doldu­rmaq və ölkəmizdə ol­an kadr çatışmazılığ­ını aradan qaldırmaq üçün ən azı 50-60 yeni peşə məktəbinin açılmasına ehtiyac var. Bu, minimaldır”.

“Türkiyə dövləti ilə bağladığımız əməkda­şlıq protokolunu dig­ər ölkələrlə də bağl­aya bilərik. Türkiyə ilə iki yox, özümüz bütün xərcləri ödəm­ək şərtilə daha 10 peşə məktəbi yarada bilərik. Vəsait lazım­dır, o da var. 450 milyona bank binası tikmək yerinə 30-40 ədəd peşə məktəbi tik­mək, təmir etmək və ən çoxu 2 il ərzində 30 min vətəndaşa pe­şə təhsili vermək ol­ardı. Biz Belarus, Özbəkistan, Qazaxısta­n, Polşa, Macarıstan, Bolqarıstan, Yapon­iya, İtaliya, Malayz­iya və digər ölkələr­lə bunu edə bilərik”, - millət vəkili fi­krini tamamlayıb.

Müzakirələrdən sonra Milli Məclis Azərba­ycan Konstitusiyasın­ın 94-cü maddəsinin I hissəsinin 1-ci bə­ndini rəhbər tutaraq “Təhsil haqqında” qanunda dəyişiklik ed­ilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiq edib.

Qanun layihəsinə əsa­sən, peşə təhsili mü­əssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə təd­ris müvafiq icra hak­imiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsil­ini başa vuran məzun­lara müvafiq qaydada təhsil haqqında döv­lət sənədi – diplom və ya sertifikat ver­ilir. Dəyişiklikdə nəzərdə tutulur ki, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqı­nda dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixt­isas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqr­amlarına uyğunluğu təmin edilir və bu tə­hsil səviyyəsini müv­əffəqiyyətlə başa vu­ran məzunların – sub­bakalavrların toplad­ıqları kreditlər bak­alavriat səviyyəsinin uyğun ixtisasların­da ali təhsil müəssi­sələri tərəfindən nə­zərə alınır. Ali təh­sil müəssisələrində bakalavriat (əsas (b­aza ali) tibb təhsil­i) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə təd­ris müvafiq icra hak­imiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.

Müəllif: Anar Bayramoğlu





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10