Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Viləşçay dəryaçasının 2-ci hissəsinin açılması üçün işlər hansı mərhələdədir?


Bu tikinti başa çatdıqdan,  anbarın su ehtiyatı 3 dəfə artıqdan sonra Masallı və qonşu rayonlar nə qazanacaq?

Bu barədə suallarımızı rayonumuzun tanınmış və peşəkar hidrotexnik mühəndislərindən sayılan İlham Vəliyev cavablandırır.

Bir qədər keçmişə nəzər

Təxminən 50 il öncə, 1970-ci illərin əvvəllərində Masallı tarixində ən böyük tikintinin, Viləşçay Dəryaçasının  inşasına hazırlığa start verildi.

Həmin vaxtlarda bəndin 1-ci  növbəsinin tikintisinə  başlanması üçün müəyyən işlər görüldü. Yardımçı tikililər, yol şəbəkəsi, elektrik təsərrüfatı, mexanizasiya parkları, iaşə  və digər zəruri obyektlər inşa edildi.

1976-cı ildə Viləşçay Su dəryaçasının tikintisinə başlanıldı və 1986-cı ilin aprelində istismara verildi. Bu zaman Viləşçay su anbarından sahələrə suyun çatdırılmasından ötrü  su anbarından başlayaraq 6,5 kilometr uzunluğunda, su buraxma qabiliyyəti saniyədə 9 kub.m   (gündə 1 milyon tona yaxın) olan sağ sahil magistral kanalı  vasitəsi ilə Qodman kəndindən Qızılağac kəndinə qədər 11 min 275 hektar yeraltı qapalı suvarma şəbəkəsi  istifadəyə verildi.

Bəndin tikintisi ilə bağlı 1972-ci ildə rayonun Xəlfələr, Şıxlar və qismən də Qəriblər kəndində həyətyanı torpaq sahələrinin verilməsi dayandırıldı  

 1974-ə qədər Şıxlar kəndində heç bir yeni tikili olmadı. Köhnə İsi kəndi köçürüldü. Xəlfələr   kəndində həyətyanı torpaq sahəsi alanlar onu qonşu kəndlərin -Yeyənkənd və Abbasbaylı kəndlərinin adına sənədləşdirirdi.

Bundan əlavə Viləş çay sol sahil torpaq kanalı vasitəsi ilə Masallının Muğan kəndlərinə suvarma suyu verilməyə başladı.

2-ci növbənin işləri nə vaxt başlanıldı 

və niyə dayanmışdı?

1987-ci ildən başlayaraq Viləşçayın 2-ci növbəsinin tikintisinə başlanıldı. 1989-cu ilə qədər  çayın qarşısını kəsən bəndin 2-ci növbəsinin inşasına aid olan işlərin müəyyən qismi görüldü.

Belə ki, 2-ci hissəyə aid olan Trapes şəkilli bəndin 66.000 səviyyəyə qədəri olan hissəsi tikilib başa çatdı.  1989-90-cı illərdə isə ölkədə vəsait çatışmazlığa ucbatından tikintini maliyələşdirən  SSRİ Meliorasiya  Nazirliyi bu iş üçün vəsait verilməsini dayandırdı.

H. Əliyev Azərbaycanda yenidən hakimiyyətə gələndən sonra, (Teymur Yəhyayev Masallıda icra başçısı olanda) ölkədə tikintisi yarımçıq qalmış hidrotexniki tikintilərin siyahıya alınması aparıldı. AzərSU Dövlət Layihə İnstitutunun direktoru Rahib müəllim lənkəranlı olduğu üçün belə tikililərin cənub bölgəsində inşasına çox maraqlı idi. 

Həmin vaxtlar İşçi qrupları bölgəmizə də gəldi, 1997-98 ci illərdə yarımçıq tikililərə, Abşeron, Samur,  Arpaçay, Ceyranbatan su anbarlarına, o cümlədən ViləşÇay Dəryacasının 2-ci növbəsi üçün görüləcək işlərə baxış keçirildi. Seçim zaman  Ceyranbatan, Arpaçay Su anbarlarının, Samur-Abşeron kanalının üzərində dayanıldı. Viləşçay dəryaçası qismən tələbatı ödədiyi üçün gündəmdə olmadı. Həmin vaxtı icra başçısı olan Teymur Yəhyayev çox cəhd etsə də, bu iş müsbət həllini tapmadı

Son illər isə  Taxtakörpü   Su anbarı inşa edildi, su itkisinin qarşısına almaq üçün bəndlər tikildi.

Masallıda çəltikçilik və su qıtlığı

Son illər dünyada qlobal istiləşmənin güclənməsi,  qeyri neft sektorunun daha da inkişaf etdirilməsi, bu istiqamətdə Masallıda çəltikçiliyin inkişafı , o cümlədən rayonda yeni içməli su qurğularının tikilib istifadəyə verilməsi  içməli suya tələbatı daha da artırdı.

Buna görə əvvəlki  icra başçısı Rafil Hüseynov çəltiçilik və  digər sahələrin inkişafı üçün suvarma suyuna tələbatın artdığını Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti və Nazirlər Kabinetinin   digər qurumlar qarşısında təkidlə  qaldıraraq, Viləşçayın 2-ci bəndinin inşası üçün qərar verilməsinə çalışdı.

Lakin bu iş çoxlu vəsait tələb etdiyi üçün Viləş çayı üzərində  2-ci bəndin tikilməsi təxirə salındı.

Müvəqqəti olaraq Masallı rayonunda 37 Su Tutarın tikilməsinə qərar verildi  və bu iş üçün maliyyə vəsaiti ayrıldı. Və həmin vəsaitlərin köməyi ilə Masallıda  37 Su Anbarı tikildi. 

37 su anbarı ehtiyacları ödədimi?

Həmin kiçik su tutarlar xidmət etdiyi sahələrə səviyyə asılılığından (relyefcə başqa yerə xidmət etdiyindən Viləşçay Su anbarından su çatışmazlığı olan illərdə onun xidmət etdiyi 37 sututardan su verilməsi mümkünsüz oldu). Buna görə ehtiyacı olan ərazilər həmin tələbatı digər su mənbələrindən aldılar. Qəsası,  bu su tutarların fəaliyyəti səmərəsiz oldu.

Viləşçay Su anbarının hazırkı tutumu 

tələbata cavab vermir

  Hazırda 52-57 milyon kub.m suya ehtiyacı olan Masallının tələbatını 37 milyon kub.m-lik anbar  ödəmir. Bundan əlavə rayonda 7,5 milyon kub.m. də içməli suya tələbat var. Növbəti illərdə isə bu tələbatın 2 dəfə artacağı gözlənilir.

Anbarın hazırda  lillənmə dərəcəsi layihə üzrə nəzərdə tutulmuş normadan xeyli artıqdır.

Hövzədə meşə örtüyünü məhdud olması, meşələrin kütləvi şəkildə qırılması, yağıntıların bu hövzəyə qeyri-bərabər  düşməsi, lilin anbara normadan artıq düşməsinə səbəb olur.

2-ci növbənin inşasına zərurət nədən yarandı?

Viləş çayının bağlı olduğu ərazilərdə illik orta məhsuldarlıq 178 milyon kib.m-dir. Çox illik müşahidələr sayəsində  isə bəlli olub ki, bu çayın minimal məhsurdarlığı cəmi 52 mil.kub.m, maksimal məhsuldarlığı isə 370 milyon.kub.m-dir. Yəni orta məhsuldarlıqdan 2 dəfə də çox.

Ölkədə gedən qlobal su çatışmazlığı ilə bağlı hazırda başlıca hədəf  ərazidəki  dağ çaylarından gələn suların cilovlanıb bəndlərə yönəlməsıdır.

Hazırda 2-ci bəndin tikintisi dövlət proqramına salınıb. 2-ci növbəninin inşa ediləcəyi ərazilərdə topoqrafiya işlər bu il iyulun-avqust aylarında başa çatı,  anbarın tikiləcəyi ərazidə geoloji-kəşfiyyat işləri aparılır, ana suxurlar təhlil olunur. Birinci növbənin inşasında istifadə olunmuş materiallar müəyyən edilir, əldə olunan məlumatlar vaxtaşırı olaraq 2-ci növbəbənin tikintisi ilə məşğul olan layihə qrupuna ötürülür.

Layihə-sənədləri hazırlanandan sonra sənədlər 3 variantda ölkə başçısına təqdim olacaq. Həmin variantlara görə seçim aparılacaq.

Bundan sonra tikintinin başlanması üçün ölkə başçısının maliyyə vəsaiti ayırması barədə sərəncam verəndən sonra isə anbarın 2-ci növbəsi üzrə işlərə start veriləcək. Tikinti işləri başlandıqqdan sonra onun 3 ilə başa çatacağı gözlənilir.

Viləşçay Dəryaçasının 2 növbəsinin 

tikintisi bizə nə verəcək?

Hazırda mövcud su anbarına 46 milyon kub.m su yığılarsa,  2-c növbə başa çatandan sonra 46 milyon kub.m-dən daha əlavə də 80 milyon kub metr su ehtiyatı yaradılacaq. Əgər indi Masallıda  11 min 275 hektar sahə suvarılırdısa bundan sona əlavə olaraq 20175 hektarın da suvarılmasına imkan yaranacaq.

Bu isə Masallı rayonunun bütün, Cəlilabadın Masallıya yaxın kəndlərinin  əkin üçün su probleminin həll deməkdir. O cümlədən rayonun   içməli su tələbatı daha əhatəli və yüksək səviyyədə ödəniləcək. Hazırkı yüksək texnologiyalar vasitəsi ilə bu işləri daha qısa müddətə, daha keyfiyyətlə icra etmək imkanı olacaq. Bütün hallarda burada yüzlərlə mütəxəssisin və fəhlənin çalışacağı planlaşdırılır.

Onu da xatırladaq ki, 1-ci növbə inşa olunan zaman Lənkəran Su Tikinti Trestinin rəisi olmuş, Xanbulançay Su anbarı və ona bağlı olan bütün hidrotexniki qurğulara uzun müddər rəhbərl etmiş şəxs, əslən Masallının Qızılağac kəndindən olan Tofiq Bəbir oölu Ələkbərov olmuşdur. O həmçinin Xanbulançay su anbarının tikintisi başa çatdıqdan sonra Viləşçay su anbarı və Masallıda ona bağlı işlərə rəhbərlik etmişdir. Viləşçay Su anbarı istifadəyə verilən ildən – 1986-cı ildən 1997-ci ilə qədər Viləşçay Su Anbarı İstimarı idarəsinin rəhbəri vəzifəsində çalışmışdır

İlham Vəliyev, sahə rəisi, mühəndis hidotexnik.

Redaksiyadan: Bu yazının hazırlanmasıda bizə yaxından yardımçı olmuş idarənin hazırkı rəisi Rusif Şakir Oğlu Kərimova da təşəkkürümüzü bildiririk.











Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10