Xarici ölkələrin incəsənət nümayəndələrinin SSRİ-yə konsert turnelərinin və şəxsi səfərlərinin təşkili ölkənin Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilsə də, bu məsələdə Mərkəzi Komitənin icazə və razılığı mütləq sayılıb. İdeoloji uyğunsuzluq olduğu halda səfərlərə icazə verilməyib. Yəqin elə bu səbəbdən də dünyanın bir çox tanınmış ulduzları SSRİ-yə gələ bilməyiblər. Amma bu məsələdə əfsanəvi italiyalı estrada və kino ulduzu Adriano Çelentanonun bəxti gətirib.
1960-cı illərin əvvəllərində SSRİ və İtaliya rejissorları birgə çəkəcəkləri “Onlar şərqə gedirdilər” filminə hazırlıq işləri görəndə Adriano Çelentanonu rollardan birinə dəvət ediblər. Sınaq çəkilişləri uğurlu alınıb və o, çəkilişə təsdiq olunub. Film II dünya müharibəsində Hitler Almaniyasına xidmət edən italiyan hərbçilərdən bəhs edib. Çəkilişlərin SSRİ-də, Ukraynada aparılması nəzərdə tutulub və italiyalı aktyorlar SSRİ-yə yola düşüblər. Son məqamda Andriano Çelentano çəkiləcəyə roldan və SSRİ-yə getməkdən imtina edib.
Həmin dövrdə ümumiyyətlə mədəniyyət və incəsənət məsələlərinə çox da diqqət ayırmayan baş katib Nikita Xruşov filmin birgə çəkilişlərini və italyanların SSRİ-yə gəlməsini nəzərə alaraq filmin SSRİ tərəfdən olan rejissoru Dmitri Vasilyevdən çəkilişlərin nə vəziyyətdə olduğu ilə maraqlanıb. Rejissor hər şeyin qaydasında olduğunu, plan üzrə getdiyini söyləyib. Vasilyev yalnız bir problemin yarandığını bildirib:
- Nikita Sergeyeviç, yalnız kiçik bir problemimiz var. Adriano Çelentano son məqamda çəkilişdən imtina etdiyinə görə, onun əvəzinə başqa bir aktyor seçilməlidir. Bu da çəkilişləri az da olsa gecikdirir.
Xruşovun bu məsələyə münasibəti rejissoru təəccübləndirib:
- Yəqin Çelentano faşistlərə xidmət edən babasına xəyanət etmək istəmir, elə ona görə də imtina edib.
Əslində, Çelentanonun heç bir babası faşistlərə xidmət etməyib. Bu fikir ani məqamda Xruşovun “kəşf”i və fantaziyası olub. Çelentanonun nəyə görə filmdən imtina etməsinə gəlincə, o özü bunun səbəbini sonralar açıqlayıb.
Çelentano xarici ölkələrə ən yüksək qonorarlarla konsertlərə, çəkilişlərə dəfələrlə çoxsaylı dəvətlər alıb. Amma həmin ölkələrə təyyarə ilə uçmaq məsələsi ortaya çıxanda sənətçi düşünmədən səfərdən imtina edib. Belə ki, onda olan aerofobiya Çelentanonu həm səfərlərdən, həm də böyük qazanclardan məhrum edib. Özünün söylədiyinə görə, nəinki təyyarə ilə səmaya qalxanda, hətta təyyarəni yaxından görəndə daxilində dəhşətli bir qorxu hiss edib. Elə SSRİ-dəki film çəkilişilərindən imtina səbəbi də məhz bu olub. Əslində, Adriano Çelentano uzun illər SSRİ-də olmaq, bu ölkəni görmək, gəzmək marağını mətbuatdan heç vaxt gizlətməyib.
Əfsanəvi italiyalı, nəhayət ki, SSRİ-yə olan marağını, bu ölkəyə səfər arzusunu 1987-ci ildə gerçəkləşdirib. O, aerofobiya tilsimini sındıraraq İtalyadan SSRİ-yə olan məsafəni 4 saat ərzində təyyarə ilə qət edib.
1987-ci ildə Çelentano SSRİ Kinematoqraflar İttifaqının və şəxsən baş katib Mixail Qorbaçovun şəxsi dəvəti ilə SSRİ-yə təşrif buyurub. Onun Moskvaya səfərinin məqsədi sosialist ölkəsinə marağı ilə yanaşı, həm də İtaliyada heç bir uğur qazanmayan çəkdiyi və baş rolda oynadığı “Joan Luy” filmini SSRİ-də kütləvi nümayişə buraxmaq olub.
Qısa müddətli səfəri zamanı Çelentano Moskvada “Rossiya” mehmanxanasında yaşayıb. Şəhərdə hərəkəti üçün ona xüsusi hökumət nömrəli qara “Çayka” ayrılıb və həmin avtomobili motoskletlər müşayiət edib.
1987-ci ilin 20-21 iyun tarixlərində Çelentanonun olimpiya stadionunca konserti keçirilib. İzdiham çox anşlaqlar görmüş Çelentanonu təəccüləndirib. Bu arada işbazlar da konsert biletlərindən xeyli pul qazanıblar. Bir konsertdən əldə olunan gəliri Çelentano “Nüvəsiz dünya” fonduna köçürüb.
Daha sonra “Oktyabr” kinoteatrında “Joan Luy” filmi nümayiş etdirilib. İtaliyada heç bir uğur qazanmayan film SSRİ-də alqışlarla qarşılanıb. Hətta sovet kino tənqidçiləri filmdəki qüsurlara göz yumublar.
Çelentano SSRİ-dən böyük təəssüratlarla qayıdıb. Müsahibələrində o, öz təəssüratlarını belə bölüşüb:
“SSRİ-ni həmişə bir nağıl ölkə kimi düşünmüşəm. Güclü qar, evlərdə yanan sobalar, mehriban insanlar... Həqiqətən də bu ölkənin insanları çox mehribandırlar. Ölkədə gedən demokratik proseslər isə məni daha çox sevindirir. Mən bu ölkəni, bu ölkədə gördüyüm qonaqpərvərliyi heç vaxt unutmayacağam. Həm də ona görə ki, bu ölkəyə olan marağım mənə təyyarə qorxusunu, aerofobiyanı unutdurdu...”
Bu səfər Adriano Çelentanonun SSRİ-yə birinci və sonuncu səfəri olub. 2012-ci ildə ona Moskvadan növbəti təklif gəlib. Oliqraxlardan birinin təşkil etdiyi gecədə iştirakına görə Çelentanoya 1 milyon avro qonorar təklif edilib. Amma Çelentano bu böyük məblğdən imtina edib. Kifayət qədər zəngin olan əfsanəvi italiyalıya aerofobiya puldan üstün gəlib.
İlham Cəmiloğlu, Musavat.com