SSRİ-də kənd təssərrüfatı sahəsində ən böyük islahatlardan biri 1928-ci ildə başlayan kollektivləşmə olub. Ölkənin bütün bölgələrində kolxoz və sovxozlar yaradılıb. Kollektivləşmə haqqında qərar 1927-ci ildə partiyanın 15-ci qurultayında qəbul olunub. Birmənalı qarşılanmayan bu qərardan sonra Mərkəzi Komitənin təbliğat aparatı da hərəkətə keçib, bölgələrdə güclü təbliğat işləri aparılıb, xüsusi plakatlar buraxılıb, qezetlər kollektivləşmənin ölkə üçün nə dərəcədə əhəmiyyətli islahat olduğundan yazıb, tanınmış kommunistlər kütlələr qarşısında çıxışlar edərək kolxoz və sovxozların yaradılmasını dövrün ən uğurlu islahat olmasından danışıblar.
Yeni islahatla bağlı mədəniyyət və incəsənət nümayəndələri də təbliğat marafonuna qoşulublar. Tanınmış rejissor Alekasandr Dovjenko isə sözügedən islahatın inkişafına töhfə vermək üçün yeni bir film ərsəyə gətirməyi qərarlaşdırıb və Mərkəzi Komitədən bunun razılığını alıb. Rəsmilər istedadlı rejissorun ortaya effektli bir əsərin qoyacağına şübhə etməyiblər.
Ssenari müəllifi və rejissoru Aleksandr Dovjenko olan “Torpaq” filmi (səssiz film) 1930-cu ildə Ukraynanın Poltava bölgəsində çəkilib. Filmin əsas süjet xətti Ukrayna kəndlərinin birində kollektivləşmə prosesinin üzərində qurulub.
“Torpaq” filmində baş qəhrəman, kollektivləşmə prosesində fəal komsomolçu olan Vasil Trubenko roluna aktyor Semyon Svaşenko çəkilib. Onun həyat yoldaşı roluna isə Dovjenko yerli kənd sakinlərindən birini çəkmək istəyib. Ancaq sınaq çəkilişində rejissorun seçimi özünü doğrultmayıb. Bundan sonra Dovjenko gənc aktrisa Yelena Maksimovanı Moskvadan Ukraynaya, çəkiliş meydançasına dəvət edib.
“Torpaq” filmi SSRİ-də ilk açıq səhnədə əks olunan film olub. Filmin qəhrəmanı Vasil Trubenkonun öldürülməsi xəbərini eşidən həyat yoldaşı Natalya (Yelena Maksimova) isterik vəziyyətə düşərək çılpaq vəziyyətdə ağlayaraq evdəki əşyaları dağıdır. Məhz belə bir səhnənin olacağını rejissor Yelena Maksimovaya bildirində aktrisa heç də Dovjenkonun düşündüyü kimi tərəddüd etmədən bu epizoda çəkilməyə razılıq verib.
Film hazır olduqdan sonra kütləvi nümayişə buraxılıb. Ancaq 9 gündən sonra filmin nümayişi dayandırılıb. Filmdən bir çox səhnələr çıxarılıb, bəzi səhnələr isə başqaları ilə əvəzlənib. Bu “kəsib doğramağın” səbəbkarı isə ölkənin birinci şəxsi İosif Stalin olub.
Stalin SSRİ-də çəkilən bütün filmlərin ilk tamaşaçısı olub. Belə ki, həmin dövrlərdə filmlərin sayı da çox olmayıb. Bu baxımdan kinoya böyük maraq göstərən sovet lideri yeni filmləri seyr etməyə həmişə vaxt tapıb.
“Torpaq” filminə baxdıqdan sonra isə Stalin Dovjenkonu yanına dəvət edib. Film haqqında fikir mübadiləsi apararkən Stalin rejissorun bu işindən çox da razı qalmadığını bildirib. Bu diskussiyadan sonra 79 dəqiqəlik filmdə 25 düzəliş aparılıb. Sonda Stalin rejissordan çılpaq aktrisa haqqında soruşub:
- Çılpaq qadın obrazı yaradan hansı aktrisadır?
Dovjenko onu ətraflı məlumatlandırıb:
- Yelena Maksimova kino sənətində yenidir. Amma buna baxmayaraq, o, çox istedadlıdır.
Stalin gülümsəyərək üzünü rejissora tutub:
- Siz onu filmlərə tez-tez çəkin.
Beləliklə, “Torpaq” filminin bəxti bağlansa da, aktrisa Yelena Maksimovanın yaradıcılığına günəş doğub. Bu görüşdən agah olan əksər rejissorlar aktrisanı öz filmlərində çəkmək istəyiblər.
“Torpaq” filmi Stalinin xoşuna gəlməsə də, film təkcə SSRİ-də deyil, xarici ölkələrdə də böyük populyarlıq qazanıb. 1958-ci ildə Brüsseldə keçirilən ümumdünya kino sərgisində tənqidçilər bu filmi bütün dövrlərin və bütün xalqların 12 ən yaxşı filmi siyahısına salıblar.
1971-ci ildə filmin ilk versiyası bərpa olunub. Bu versiyada çılpaq qadın səhnəsi, kəndlilərin traktorun radiatorunu öz sidikləri ilə doldurması və digər çıxarılmış səhnələr yenidən filmə qaytarılıb.
2015-ci ildə YUNESKO “Torpaq” filmini dünya kino şedevrləri siyahısına əlavə edib.
Stalinin xoşuna gələn “çılpaq qadın” – Yelena Maksimova isə ömrünün 60 ilini kino sənətinə həsr edərək 80-dən artıq filmdə çəkilib. Aktrisa bütün müsahibələrində “Torpaq” filmi haqqında böyük həvəslə danışıb, yaradıcılığında bu filmin xüsusi rolu olduğunu vurğulayıb.
Qeyd edək ki, Yelena Maksimova 1986-cı ildə, 80 yaşında Moskvada vəfat edib. Öz vəsiyyətinə görə, onun yandırılmış nəşinin külü Moskva vilayətindəki Qara çayın axarına buraxılıb.
İlham Cəmiloğlu, Musavat.com