Araşdırmaçıların qənaətinə görə, Nikita Xruşovun hakimiyyətdə olduğu dövrdə onun apardığı siyasətə qarşı ayrı-ayrı illərdə ən sərt mövqedə dayanan iki siyasi fiqur olub - Vyaçeslav Molotov və Leonid Brejnev. Fərqli vaxtlarda hər ikisi qruplaşmalar yaradaraq Xruşovun hakimiyyətdən devrilməsi üçün konkret addımlar atıblar.
SSRİ tarixində Molotov istər beynəlxalq müstəvidə, istərsə də ölkə daxilində siyasi çəkisinə və nüfuzuna görə Brejnevdən qat-qat üstün olub. SSRİ-nin ən çətin dövrlərində, ictimai-siyasi vəziyyətin son dərəcə mürrəkkəb olduğu vaxtlarda, II dünya müharibəsi illərində Molotov əsas simalardan biri olaraq ölkədə ikinci şəxs sayılıb. Molotov uzun illər SSRİ-nin xarici siyasət məsələlərinə cavabdehlik daşıyan şəxs kimi dünyanın aparıcı dövlətlərinin başçıları ilə danışıqlar aparıb. Mövcud dövrün siyasi nəhəngləri, Uinston Çörçill, Franklin Ruzvelt, Adolf Hitler onu şəxsən tanıyıblar, hansı siyasi gücə malik olduğunu da yaxşı biliblər. Digər tərəfdən, Vyaçeslav Molotov 30 il Stalin kimi mürəkkəb və ziddiyyətli şəxsiyyətlə sabit münasibətdə qalmağı bacarıb. Sözsüz ki, Brejnev Molotovun bu siyasi addımlarını ata bilməzdi.
Bütün bu fərqlərə baxmayaraq, Brejnev bir məsələdə, Xruşovun devrilməsində Molotovdan daha güclü çıxıb.
Tarixçilərin qənaətinə görə, Molotovun 1957-ci ildə saray çevrilişi cəhdi baş tutsaydı, yəni Xruşov hakimiyyətdən devrilsəydi, SSRİ-nin gələcək taleyi fərqli ola bilərdi.
Məlum olduğu kimi, 1957-ci ildə Molotov, Kaqanoviç, Malenkov (antipartiya qrupu) hakimiyyət dəyişikliyənə cəhd ediblər. Amma onların bu cəhdi uğursuz alınıb və hər üçü, o cümlədən onlara dəstək verən digər məmurlar da vəzifələrindən uzaqlaşdırılıblar.
Maraqlıdır, 1957-ci ildə Xruşovu devirmək mümkün olsaydı, SSRİ-də nələr baş verəcəkdi?
Sözsüz ki, saray çevrilişindən sonra baş katib kürsüsünü Molotov tutacaq, SSRİ Nazirlər Soveti sədri postuna Malenkov əyləşəcəkdi. Kaqanoviç də vacib kürsülərin birini məşğul edəcəkdi. Dmitri Şepilov yenidən köhnə vəzifəsinə qayıdacaq, xarici işlər nazir təyin ediləcəkdi.
Dmitri Şepilov SSRİ-nin süqutundan sonra 1957-ci ildə baş vermiş hadisələr haqqında fikirlərini belə bölüşüb:
“Xruşov ölkəni uçuruma aparırdı, həm xarici siyasətdə, həm də ölkə daxilində SSRİ-nin vəziyyəti acınacaqlı idi. Təbii ki, Stalin hakimiyyətinin kadrları belə bir vəziyyətə göz yuma bilməzdilər. Çevriliş etmək, Xruşovu hakimiyyətədən uzaqlaşdırmaq ideyası əsasən Molotova məxsus idi və biz də onu dəstəkləyirdik. Əlbəttə, hakimiyyət dəyişikliyindən sonra kadr, ölkənin yeni siyasi, iqtisadi, humanitar kursu məsələləri və s. əvvəlcədən müzakirə olunmuşdu. Biz Molotovu baş katib seçəcəkdik. Xüsusilə qeyd etmək istəyirəm ki, Molotovun hakimiyyəti uzunömürlü olacaqdı. Artıq həmin illərdən neçə illər ötüb. Molotov 1986-cı ildə vəfat edib. O, bu illər ərzində güclü bir komanda yaradacaqdı, varis məsələsini də həll edəcəkdi. Molotov hakimiyyətə gəlsəydi, Brejnevin sonradan yaratdığı komandadan yalnız iki nəfər Molotovun hakimiyyətində yer tuta bilərdi, Suslov və Kosıgin. Digərləri fəaliyyətlərini regionlarda davam etdirəcəkdilər. Nə Brejnev, nə Andropov, nə Çernenko, nə Qorbaçov Kremlə yaxın dura bilməyəcəkdilər. Ümumiyyətlə, 1970-1980-ci illərdəki siyasi elitada olanların vəzifəsi maksimum müttəfiq respublikaların, diyar və vilayət partiya komitələrinin birinci katibi vəzifələri ilə məhdudlaşacaqdı. Andropov siyasi elitatada təmsil olunmayacaqdı və bununla da o, SSRİ-nin dağılmasında xüsusi rolu olan Qorbaçovu Moskvaya gətirə bilməyəcəkdi. Molotovla danışıqlarımızda onu ən çox narahat edən məsələ müdafiə naziri vəzifəsi idi. O, kifayət qədər iddialı və böyük nüfuza sahib olan marşal Jukovdan ehtiyat edirdi. Sonradan məlum oldu ki, Molotov Jukovdan ehtiyat etməkdə yanılmayıb. Çünki Xruşovun 1957-ci ildə hakimiyyətdə qalmasında Jukovun böyük rolu oldu. Amma Xruşov bunu lazımıca qiymətləndirmədi. Bəli, bizim çevriliş cəhdimiz baş tutmadı. Biz bacarmadıqlarımızı Brejenv 1964-cü ildə bacardı. Amma o, hakimiyyət dəyişikliyindən sonra mövqelərini möhkəmlətsə də, SSRİ-nin təməlini möhkəmlədə bilmədi. Brejnevin ən səhv addımlarından biri Andropova böyük səlahiyyətlər verməsi idi. Andropov bu səlahiyyətlərdən istifadə edərək Ukrayna klanına qarşı öz qruplaşmasını yaratdı. Ən əsası isə o, Qorbaçovu Stavropoldan Moskvaya gətirərək Siyasi Büroda tərəfdarlarının sayını artırdı. Sonluq isə hamıya məlumdur. Amma Molotov hakimiyyətdə olsaydı, ən azı SSRİ-nin süqutu 20-30 il gecikərdi, bəlkə də hələ çox...”
Əslində, Dmitri Şepilovun fikirlərində böyük həqiqət olub. 1957-ci ildə hakimiyyətə sahib olmaq istəyənlərin hamısı uzunömürlü siyasətçilər olublar. Molotov 1986-cı ildə, Malenkov 1988-ci ildə, Kaqanoviç 1991-ci ildə, Şepilov isə 1995-ci ildə vəfat edib. Stalin məktəbini keçən bu siyasətçilər çox yəqin ki, bu illər ərzində Brejnevdən fərqli olaraq daha güclü komanda yarada bilərdilər və bununla da SSRİ-nin ömrünü uzatmağa müyəssər olardılar.
İlham Cəmiloğlu, Musavat.com