“Qara kahin” ləqəbi ilə bilinən Qriqori Rasputinin necə öldüyünə dair bir çox şayiələr var.
Sizə məşhur kahinin ölümü haqqında maraqlı faktları təqdim edirik.
Qriqori Yefimoviç Rasputin 1869-cu ildə Sibirdə anadan olub.
28 yaşında dinə həvəsi səbəbindən yaşadığı kəndi tərk edərək Rusiyadakı müqəddəs yerləri və pravoslav dünyasını ziyarət etmək üçün səyahətə çıxdı. Görünüşü sayəsində qısa müddətdə bir çox mürid topladı. Zamanla güclü və nüfuzlu insanlar onun ardıcıllarına qoşuldu və nəticədə özü də II Rusiya Çarı Nikolas və Çarina Aleksandra hədiyyə edildiÇarın Hemofiliyadan əziyyət çəkən oğullarını "müalicə etdikdən" sonra Rasputinin çar ailəsinə təsiri artdı. Bu haqda da maraqlı tarixi faktlar mövcuddur.
Rasputin müdaxilələri ilə çarın oğlunun qanaxmasını dayandırmağı bacardı. Hər kəs mistik gücləri sayəsində bunu bacardığını zənn etsə də, əslində uşağın aspirindən istifadə etməməsi qanaxmanın dayanmasına səbəb olub.
Digər dindarlardan fərqli olaraq, Rasputin qadınları ovsunlayan biri kimi tanınırdı.
Dini kimliyinin ona verdiyi şöhrətdən istifadə edərək qadınlara təcavüz edir və onlarla cinsi əlaqədə olurdu. Rasputinin Rus Çarizminin idarəçiliyi üzərində hakimiyyəti, yüksək dərəcəli hersoginyadan fahişələrə qədər, hər kəslə yatmaq vərdişinin qalmaqal yaratmasından sonra ölkədə hakimiyyətə can atanlar üçün həyəcanverici oldu. Həmin dövrdə Çarina Aleksandra ilə bir əlaqəsi olduğu barədə şayiələr yayılmışdı. Çariça ilə yaxın intim əlaqələrinin olması barədə dedi-qodular II Nikolayı narahat edirdi.
Çariçanın isə ona özəl bir heyranlığı var idi. O, oğlunun xəstəliyini yüngülləşdirən bu adamın vasitəsilə Tanrı ilə danışdığına inanırdı. Sarayda qaldığı müddətdə Rasputinin çar ailəsi ilə münasibətlərinin həddindən artıq səmimi olması, çariça ilə yaxın intim əlaqələrinin yarandığı ilə bağlı dedi-qodular II Nikolayı və bir çox dövlət adamını narahat edirdi.
Bir neçə soylu ailələr Rasputinin monarxiya üzərindəki təsirindən çox narahat idi. Bu təsiri Rasputini öldürərək aradan qaldırmaq istəyirdilər. Rasputini sui -qəsdçilərdən olan aristokrat Feliks Yusupovun evinə dəvət edib orada öldürməyi planlaşdırdılar.
Deyilənə görə, Rasputin knyaz Yusupovun evinə gedəndə ona zəhərli tort və kinar şərabı təklif ediblər. Tortu yeyib şərabı içsə də Rasputin ölməyib. Belə olan halda Yusupov Rasputinin həyatını başqa yolla almağa cəhd edib. Ürəyinə atəş açmasına baxmayaraq yerə yıxılmayan Rasputin, həyətə çıxmağı bacarıb. Son olaraq başından bir neçə atəş açılıb və cəsədi donmuş Neva çayına atılıb.
Bəzi şahidlər onun ölməzdən əvvəl sudan çıxarıldığını iddia edirlər. Bəziləri buz üzərində izlər gördüklərini və Rasputinin buzun altından çıxmaq üçün 'pəncələrini' istifadə etdiyini iddia edirdilər.
Rasputinin ölümü o qədər təsiredici və əfsanəvi idi ki, hətta məşhur bir mahnının mövzusu da olub. Rasputinin qatili onun qətlini yaxşılıqla pislik arasındakı mübarizəyə bənzətdi və bunu adi bir cinayət kimi görməkdən imtina etdi. Rasputinin cəsədi ölümündən iki gün sonra sudan çıxarıldı.
Buz üzərində heç bir caynaq izi yox idi, ciyərləri su ilə dolmadığı üçün boğulmamışdı, buna görə də öldükdən sonra çaya atıldığı təsdiq olunub. Onun zəhərləndiyini sübut edəcək heç bir şey tapılmadı. Deməli, deyilənlər sadəcə bir mif idi. Digər tərəfdən, yarılma zamanı üç mərmi də tapıldı. Onların biri başından, biri kürəyindən, digəri sinəsindən çıxarıldı.(Musavat.com)