
Təyyibə həyat o zaman həyata keçir ki, getdiyimiz yol Allahın təsdiq etdiyi yol olsun. Bəndə daima Allaha tərəf hərəkət edər. Qurani-Kərimdə buyurulur: “Ey insan! Sən davamlı olaraq Pərvərdigarına tərəf əziyyət, zəhmətlə hərəkətdəsən. Onunla görüşəcəksən”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bütün dünya hadisələri arasında o şey ki, hamıdan çox bizə tərəf tələsər - bəladır. Bizdən sonra yaxşıların halı belədir”. Ona görə də bəla Allah dostlarının sorağına gələn ilk şeydir. Əgər insan bəla qarşısında sabir olarsa, bu səbir qurucu olar. Ondan həqiqi insan düzəldər. Bir çox problemlər onun üçün həll olar. Ona görə də səbir və namaza təvəssül etmək lazımdır.
Bəla - mömin üçün bir rəhmətdir. İnsanların arasında peyğəmbərlər və İlahi övliyalar - ən çox bəlaya düçar olmuş insanlardır. Möminlər də bəladan amanda qalmaz və bu bəlalar möminləri tərbiyə edər.
İnsan cəmiyyətə girməzdən əvvəl gərək özünü tərbiyə etsin. İlk olaraq, özünü islah etsin. Bəla qurucudur və bəla övliyalar üçün bir nemətdir. Ona görə də əgər insana bəla nazil olmazsa, həqiqi və kamil ola bilməz.
O insan ki, rahat və rifahda yaşayar, inkişaf etməz. Ola bilsin ki, insan Allahdan qafil olsun. Allah ona bir xəstəlik nazil etsin. Bu, ona görədir ki, insan heç olmasa səmimi qəlbdən desin: “Ya Allah”. Yəni, Allahı xatırlasın.
/Deyerler.org/