Siyətük Astara rayonunun yaşayış məntəqələrindən biridir. Kənd rayonun cənubunda yerləşir və Şuvi kənd inzibati ərazi dairəsinin tərkibinə daxildir. Əhalisi 1000 nəfərdən çoxdur.
Toponimlərə (yunanca “yer adları”) dair bir çox kitablarda Siyətük toponimi haqqında da məlumat verilmişdir.
“Azərbaycanın coğrafi adları” kitabında Siyətük “qara tala” kimi izah olunur (Rəmzi Yüzbaşov, Kamal Əliyev, Şəmsəddin Sədiyev. B., 1972, səh. 46).
Tarixçi-toponimist Musarza Mirzəyev Siyətükün “qara bicarlıq” mənasını verdiyini yazır (Talış toponimlərinin qısa izahlı lüğəti. B., 1933, səh. 17). Qeyd edək ki, Musarza Mirzəyevin yuxarıda adı qeyd olunan kitabında (kiril əlifbası ilə çap olunub) “qara bicarlıq” səhvən “tara bicarlıq” kimi getmişdir.
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabında oxuyuruq: “Siyətük. Yaşayış məntəqəsi eyniadlı çəltik sahəsinin adını daşıyır. Sahənin adı isə siyə (qara) və tük (bicar, çəltik əkilən sahə) komponentlərindən ibarət olub, “qara çəltik sahəsi” mənasındadır” (II cild. B., 2007, səh. 192)
“Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti” kitabında isə yazılır: “Siyətük. Talış dilində siyə (siya) “qara”, tük “çəltik əkilən sahə”, “bicarlıq” deməkdir” (Budaq Budaqov, Nadir Məmmədov. B., 2008, səh. 109).
Göründüyü kimi Siyətük toponimi gah “qara tala” (?), gah “qara bicarlıq”, gah da “qara çəltik sahəsi” kimi izah olunmuşdur. Adları qeyd olunan kitablarda müəlliflər Siyətük toponimini talış dilindən Azərbaycan dilinə hərfi tərcümə etdikləri üçün toponimin etimologiyası məntiqlə heç də uzlaşmır.
Qeyd edək ki, Siyətük talış dilində Siyotük adlanır. Siyətük Siyotükün təhrifə uğramış adıdır. Siyotük/Siyətük fitotoponim (bitki adı ilə bağlı olan yer adı) olub, məşğuliyyət bildirən (çəltikçilik) yer adıdır. Siyotük/Siyətük talış dilində “siyo/siyə” – qara, “tük” – bicarlıq, çəltik əkilən yer komponentlərinin birləşməsindən yaranmışdır. Burada “siyo/siyə – qara” heç də rəng mənasında işlənmir. Toponimin adındakı siyo/siyə - qara “qaranlıq”, “tündlük” mənasında işlənir.
Görünür yaşayış məntəqəsinin öz adını götürdüyü “tük” – bicar sahəsi ətraf ərazilərlə nisbətdə daha tez qaranlıq (axşam) olduğundan ərazi Siyotük/Siyətük, yəni “qaranlıq ərazidə yerləşən bicar” adlandırılmışdır.
Beləliklə, Siyətük talış dilindən Azərbaycan dilinə tərcümədə “qara tala”, “qara bicarlıq”, “qara çəltik sahəsi” deyil, “qaranlıq ərazidə yerləşən bicar” mənasını verir.
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi