Əziz izləyicilər, siz bu verilşdə bölgəmizin əvəzssiz ziyalısı Teymur bəy Bayraməlibəyovun həyat yolu, onun bu günlərdə Azərbaycan dilində işıq üzü görmüş “Talış xanlığının tarixi” kitabı haqqında olduqca maraqlı məlumatlarla tanış olacaqsınız.
Bu verilişdə sizlərə nələr təqdim olunacaq?
Xalq fədaisi, görkəmli ictimai-siyasi xadim
Teymur bəy Bayraməlibəyovun bəxtəvərlik və
bədbəxtliklərlə zəngin həyat tarixçəsi;
Xalqını azadlığa, səadətə qovuşdurmaq üçün ilk
cəsarətli və risqli addımlar atan, cənazəsi isə
qürbətdə uyuyan Mir Mustafa xan haqqında bilmədikləriniz.
- Teymur bəy Bayraməlibəyov kimdir?
Teymur bəy XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ictimai fikir tarixinin ən parlaq simalarından biridir. O, yorulmaz maarifçi, pedaqoq, təbib, tarixçi-etnoqraf, diyarşünas, folklorşünas, yazıçı-publisist,
xeyriyyəçi, mesenat olmuşdur. Onun adı M. F. Axundov, N. Vəzirov, Ə. Haqverdiyev, H. Zərdabi, Ə. Ağayev, C. Məmmədquluzadə və bir sıra digər sənət nəhəngləri, xalq fədailəri ilə bir sırada dayanır.
- Həyat fəaliyyətində nələr daha önəmlidir?
Mollaxanada (1869-cu ildən) “Quran”ı mükəmməl öyrənməklə bərabər, ərəb və fars dillərini də mənimsə-mişdir. Tiflisdə 4 il feldşerlik məktəbini (1875-1879) bitirdikdən sonra Qori Müəllimlər Seminariyasının tatar şöbəsinin (1879-1881) ilk 3 tələbəsindən biri olmuşdur.
Lənkərana qayıdanda oradakı rus məktəbində 4 azər-baycanlı şagird təhsil alırdı. At belində kəndləri qapı-qapı gəzərək kasıb övladlarını min cür əziyyətlərlə təhsilə cəlb etdi. İmkanı olmayan, uzaq yol gələn şagirdlərə 12 rubl məbləğində yardımın verilməsinə nail oldu. Bu fədakar-lığına görə onu 1903-cü ildə yaşa görə təqaüdə göndər-dilər.
“Behcət” adlı rus-fars məktəbində rus dili və hesab dərslərini tədris etdiyinə görə onu və peşə dostlarını “al-lahsız” və “babı” adlandırdılar. 1909-ci ildə həmin mək-təb fanatik mollaların şikayəti əsasında bağlandıqdan son-ra Lənkəranda rus-müsəlman kitabxanasını yaratdı. Kitab-xanaya gələnləri mollalar lənətləyərək “bidətçi” adlandır-dılar, 5 illik fəaliyyətdən sonra həmin müəssisə də bağ-landı.
T. Bayraməlibəyov ilk dəfə olaraq regionda orta mək-təbin təməlini qoyaraq 4 illik gimnaziya yaratdı. Qısa müddətdə şagirdlərin sayını əvvəl 25-ə, sonra 62 nəfərə çatdırdı.
O, 1913-cü ildə rus məkətəbini nəinki rus-tatar (azər-baycanlı) məktəbinə çevirməyə nail oldu, hətta özü “Ziya” Müsəlman Mənəvi Cəmiyyətinin nəzdində oranın müdiri oldu və ilk dəfə azərbaycan dilini tədris etdi.
Daim bədxahlıq və şərə tuş gələn parlaq ziya sahibi olan T. Bayraməlibəyov 1917-ci ildə Bakıya çağrıldı və 1 il ev dustağı edildi. Cəza müddəti bitdikdən sonra yenidən Lənkərana qayıdaraq “Musavat” patiyasının yerli təşki-latının rəhbəri oldu.
O, regionda baramaçılığın, arıçılığın inkişaf etdirilməsi, sanitariya maarifinin təbliği sahəsində əvəzsiz işlər gör-müşdür. İlk dəfə Lənkəranda Pivə və Bal zavodlarının tikilməsi, Lənkəran-Ərdəbil magistral şosse yolunun, Astara-Rəşt dəmir yolunun (həttə həmin yolun çəkilməsi-nin xəritəsini də hazırlamışdır) inşa edilməsi barədə ideyalarla çıxış etmişdir.
O, Lənkəranda dram əsərlərinin, pyeslərin tamaşaya qoyulmasında ilk addımlar atmış, əldə edilən vəsaitləri kasıb və imkansız şagirdlərin təhsil almasına sərf etmiş-dir.
Uğurlu və səadətli günləri olubmu?
- 1925-ci ildə Azərbaycan müəllimlərinin I qurultayına nümayəndə seçildi, Təhsil İşçiləri Birliyinin fəxri üzvü oldu. Həmin ildə ona fərdi təqaüd təyin edildi. 60 illik pedaqoji fəaliyyətdən sonra “Azərbaycan və ona bitişik ölkələrin folklorşünaslığı” adlı məcmuənin əsasını qoydu. Region xalqlarının əfsanələri, nağılları, folklori ilə bağlı
əvəzsiz araşdırmalara nail oldu.
Onun həyatının son illəri barədə nələri demək olar?
- Onun qızı Məryəm xanım Bayraməlibəyova Lənkəranda 20 yaşında ilk “Qızlar məktəbi”ni atasının evində aç-mışdır. 1927-ci ildə SSRİ müəllimlərinin I qurultayında bütün şərq qadınlarını təmsil edən yeganə nümayəndə olmuşdur. O. Bakı Dövlət Universitetinin hüquq fakül-təsini bitirmiş, gərgin ictimai və pedaqoji fəaliyyətlə məş-ğul olmuşdur. Onun həyat yodaşı Cavad bəy Məlik-Yeqa-nov Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Parlamentin iclasında müstəqilliyə səs verən 16 millət vəkilindən biri idi. O, Milli hökümətin müdafiə naziri Səməd bəy Mehmandarovun əmri ilə Talış regionuna general-qubernator təyin edilmişdir. C. Məlik- Yeqanov Talış-Muğan regionunda o illərdə fəaliyyət göstərən denikinçiləri, daşnakları, bolşevik və qaçaq-quldur dəstə-lərini tamamilə zərəsizləşdirmişdir.
1931-ci ildə baş verən amansız repressiya dövründə C. Məlik - Yeqanov kiçmişdə göstərdiyi fəaliyyətinə görə 10 il Kareliyaya, M. Bayraməlibəyova isə “xalq düşməninin arvadı” kimi uzaq Arxangelskə sürgün edilmiş, övladları sahibsiz qalmışdır.
Ruzigarın nagəhan əsən sərt küləklərindən ağır sar-sıntılar keçirən T. Bayraməlibəyov 1937-ci ildə vəfat etmiş, onun məzarı bu günə qədər məlum deyil.
1956-cı ildə Stalinin ölümündən 2 il keçdikdən sonra Məryəm xanımın ciddi səyləri nəticəsində Bayraməli-bəyovlar ailəsinə bəraət verilmişdir.
C. Məlik - Yeqanov 1942-ci ildə sürgündə, M. Bayra-məlibəyova isə sürgündə görmə qabiliyyətini itrdikdən sonra 1988-ci ildə Baklda vəfat etmişdir.
Mir Mustafa xan rusları hansı zərurətdən
Talışa gətirdi?
- M. Mustafa xanın qəbul etdiyi qərara ədalətli qiymət vermək üçün həmin dövrə qədər və həmin illərdə İranda və regionda baş verən hadisələri düzgün araşdırıb təhlil etmək lazımdır. Hələ Nadir şahın sui-qəsd nəticəsində (1747) öldürüldüyü illərdən başlayaraq İranı silsilə sui-qəsdlər, dövlət çevrilişləri dalğası bürümüşdü. Ölkədə hakimiyyət, öz aralarında didişən bu və ya digər sülalə-lərin əsil döyüş meydanına çevrilmişdi. Yoxsulluq, aclıq, səfalət, ümidsizlik ölkəni bürümüşdü. Baş verən özbaşı-nalıqlardan, qarışıqlıqlardan daha çox əziyyət çəkən xan-lıqlardan biri də Talış xanlığı idi. Xüsusilə, 1768-ci ildə Kərimxan Zənd və 1797-ci ildə Ağa Məhəmməd şah Qacar tərəfindən Talış xanlığına təcavüz edilmiş, əhaliyə ciddi və ağır maddi, cismani zərər dəymişdi.
Azərbaycanın şimalında mövcud olan xanlıqlar Ru-siyaya meyl edərək İranın mərkəzi hakimiyyətinə tabe olmaq istəmirdilər. İran şahlıq hakimiyyəti nəyin bahasına olursa-olsun Talış xanlığını əldən vermək istəmir, onu özünə tabe etmək üçün cürbəcür yollar axtarırdı. Rus çarlığı hələ I Pyotrun hakimiyyəti dövründə - 1722/23-cü illərdə Xəzər sahillərinə yürüş edərək həmin əraziləri öz protektoratına çevirmək üçün bəhanə axtarırıdılar. Belə bir dramatik tarixi dövrdə Mir Mustafa xan Talış xanlığını amansız və qəddar İran feodal buxovundan xilas yolunu
Rus çarlığının tabeliyinə keçməkdə görürdü. Həmin
səbəbdən də o, qətiyyətli, cəsarətli addım ataraq qardaşı Kərbəlayı Əsədulla və oğlu Mirhəsən xanın başçılığı ilə 2 dəfə (1797/1800) Peterburqa nümayəndə heyətini göndər-di. Nəticədə çar hakimiyyəti (III Aleksandr tərəfindən) 1800-cü ildə fərman verərək Talış xanlığını öz himayə-sinə daxil etdi.
Mir Mustafa xanın həmin illərdə qəbul etdiyi uzaq-görən və müdrik siyasətin sayəsində xalqımız bu gün azadlığa qovuşaraq öz dövlət müstəqilliyini elan etmişdir. Ona görə də hər birimiz bu günkü xoş, azad və fiavan həyatımıza görə həm də Talış xanı Mir Mustafa xana minnətdar olmalıdır. Onun adı azadlıq və müstəqillik yolunda həyatlarını qurban verən istiqlal mübarizləri ilə bir sırada çəkilməlidir. Əgər Mir Mustafa xan həmin tarixi məqamda möhkəm iradə, dönməzlik və qətiyyət nümayiş etdirməsəydi, biz bu gün tamamilə fərqli ictimai şüura malik olmaqla bərabər, həm də bəşər sivilizasiya-sından bir neçə yüz illər geridə qalmış olardıq, müstəqillik arzularımız xəyallarda dolaşıb qalardı.
Azərbaycanın ilk general-leytenantı Mir Mustafa xan Mir Qara xan oğlu Taleş 1814-cü ildə Lənkəran şəhərində vəfat etmişdir. Onun məzarı 105 il sonra - 1919-cu ildə sökülərək İraqın Kərbəla şəhərinə aparılmışdır.
Teymur bəyin “Talış xanlığının tarixi” əsərini hansı zərurətdən tərcümə edildi?
- Bunun iki əsas səbəbi var. Birincisi, son illərdə bəzi “üzdəniraq alimlər” tərəfindən talış xanlığı və talış xal-qının tarixi keçmişi ilə bağlı faktlar saxtalaşdırılır. Beləki, guya ki, tarixdə Talış xanlığı deyil, Lənkəran xanlığı mövcud olmuşdur. Və ya yaşadığımız regiona “Cənub”, xalqımıza “cənub xalqı” kimi aşağılayıcı uydurma adlar qoyulur.
İkincisi, son illərdə bəzi talış əsilli şəxslər separatçılıq meyllərinə uyaraq Azərbaycan Respublikasında mövcud olan bir sıra problemlərin həlini bəzi qonşu dövlətlərin ölkəmizin daxili işlərinə müdaxilə etməsində görürlər. Hesab edirəm ki, tərcümə etdiyim bu kitab həm “saxtakar
alimlər”ə, həm də səmtini itirən bəzi həmvətənlərimizə
tutarlı cavab olacaqdır.
Teymur bəy Bayraməlibəyov və onun “Talış xanlığının tarixi” haqqqında Cənub Xəbər TV-nin verilişi bu linkdə-
Yazıçı-publisist, jurnalist-araşdırıcı Xodaşirin
Cəbiyevlə müsahibəni qələmə aldı: Zahir Əmənov