1979-1989-cu illərdə sovet hərbi kontingentinin Əfqanıstan ərazisində keçirdiyi iri miqyaslı hərbi əməliyyatlardan biri “Kunar” əməliyyatı olub. 24 gün davam edən əmliyyat zamanı 4 min 200 əfqan mücahidi məhv edilib. Əməliyyat 1985-ci ilin mayın 19-da başlanıb, iyunun 12-də sona çatıb.
Ümumilikdə əməliyyatı çox böyük uğurla sona çatdırdıq, seçdiyimiz hədəfə yetişdik, hərbi bazalar darmadağın edildi, mücahid qüvvələri böyük itkiyə məruz qaldı və bu əməliyyat onların gücünü xeyli zəiflətdi. Əslində, mən daha çox itki verəcəyimizi düşündürdüm. Hər halda 4 min 200-ə qarşı 63 nəfər o qədər də dəhşətli rəqəm deyil. Dəhşətli o idi ki, müharibə davam edirdi...”
Əslində, sovet hərbçiləri “Kunar” əməliyyatını 1985-ci ilin payız aylarında keçirməyi nəzərdə tutublar. Ancaq 21 aprel 1985-ci ildə Kunar əyalətində baş verən hadisə əməliyyatın daha tez keçirilməsi zərurətini yaradıb və təcili hazırlıq işləri başlanıb.
Kunar əyaləti Əfqanıstanın şimal-şərqində yerləşir, Pakistanla həmsərhəddir. Əsas hissəsi dağlıq əraziyə düşən əyalətdə 1980-ci illərdə mücahidlərin silah bazaları və 6 mindən artıq mücahid qüvvələri dislokasiya olunub. Bu haqda sovet hərbçilərinin də kifayət qədər kəşfiyyat məlumatları olub. Əyalətdəki qüvvələri zərərsizləşdirmək üçün sovet hərbçiləri əvvəlcə Kunarı ətraf əyalətlərdən təcrid etmək, Cəlilabad-Barikot avtomobil yolunu bağlamaq, öz nəzarətlərinə keçirməyi planlaşdırıblar.
Əməliyyat planına uyğun olaraq sovet kəşfiyyatçıları əvvəlcədən ərazidə iş aparıblar. Amma kəşfiyyatçıların qarşı tərəf haqqında daha ətraflı məlumat toplamaq, ərazini tam öyrənmək, düşmən qüvvələrinin gücünü və sayını müəyyənləşdirmək planı uğursuz alınıb.
Aprelin 21-də mücahidlər sovet hərbi kontingentinin 1-ci kəşfiyyat rotasını mühasirəyə salıblar. Açıq gedən döyüşdə 29 sovet hərbşisi məhv edilib. Sonra meyitlərin ərazidən çıxarılması zamanı daha 4 nəfər hərbşi mücahidlər tərəfindən öldürülüb.
Bu hadisədən sonra SSRİ-nin müdafiə naziri, marşal Sergey Sokolovun məxfi göstərişi ilə “Kunar” əməliyyatına hazırlıq başlanıb. Əməliyyat 1985-ci il 19 may tarixinə planlaşdırılıb.
“Kunar” əməliyyatına rəhbərlik 40-cı ordunun (Əfqanıstandakı sovet hərbi kontingentinin) komandanı, general-leytenant İqor Rodionova (sonralar 1996-1997-ci illərdə Rusiya Federasiyasının müdafiə naziri) həvalə edilib.
“Kunar” əməliyyatında 17 min hərbçi iştirak edib. 24 gün davam edən əməliyyatda əyalətdə yerləşən 160 sursat, ərzaq və əşya anbarı dağıdılıb, 4 min 200 nəfər əfqan mücahidi məhv edilib, döyüş meydanlarında qarşı tərəfin 100-dən artıq artilleriya qurğuları, 200-ə qədər iri kalibrli pulemyot və çoxsaylı silah-sursatı qalıb. Həmçinin əyalətdə yerləşən mücahidlərin təlim-hazırlıq mərkəzi də yerlə yeksan edilib. Ən başlıcası isə Cəlilabad-Barikot avtomobil yolu sovet hərbçilərinin nəzarətinə keçib.
Kreml “Kunar” əməliyyatını Əfqanıstanda keçirilən ən uğurlu əməliyyatlardan biri kimi dəyərləndirib. İri miqyaslı əməliyyatda sovet hərbçiləri tərəfindən 63 nəfərin həlak olması “müsbət” göstərici kimi qəbul edilib. Ancaq 1990-cı illərdən sonra “Kunar” əməliyyatında daha çox hərbçinin həlak olması haqqında versiyalar irəli sürülüb.
General İqor Rodionov sonralar “Kunar” əməliyyatı haqqında təəssüratlarını aşağıdakı kimi bölüşüb:“Dağlıq ərazidə əməliyyat keçirməyin öz çətinlikləri var. Buna xüsusi hazırlıq lazımdır. Bu əməliyyatın keçirilməsi planlaşdırılanda mən tələskənliyə yol verməməyi bildirmişdim. Əfqanıstanda xidmət edən bir hərbçi kimi az-çox əraziyə bələd idim. Onu da bilirdim ki, Kunarda mücahidlərin qüvvələri çoxdur və onlar olduqca yüksək düyüş qabiliyyətinə malikdirlər. Belələrinin qarşısına hərbi peşəkarlığı olmayan əsgərləri çıxarmaq düzgün deyildi. Bütün bunlara baxmayaraq, mən əmrə tabe idim. Əsas gücümü ona sərf etmişdim ki, itki az olsun. Buna görə də əməliyyata daha çox peşəkarları cəlb etmişdim.
Ümumilikdə əməliyyatı çox böyük uğurla sona çatdırdıq, seçdiyimiz hədəfə yetişdik, hərbi bazalar darmadağın edildi, mücahid qüvvələri böyük itkiyə məruz qaldı və bu əməliyyat onların gücünü xeyli zəiflətdi. Əslində, mən daha çox itki verəcəyimizi düşündürdüm. Hər halda 4 min 200-ə qarşı 63 nəfər o qədər də dəhşətli rəqəm deyil. Dəhşətli o idi ki, müharibə davam edirdi...”
“Kunar” əməliyyatından sonra Kremldə əməliyyat iştirakçılarının təltif olunması üçün böyük bir siyahı hazırlanıb. Üç nəfər -Vladimir Zadorojnı, Nikolay Kovalyov, Aleksandr Koryavin ölümlərindən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər.
Bəli, neçə onilliklərdir Əfqanıstanda gərginlik səngimir. Bu gün də bu ölkədəki səhnələr acınacaqlıdır, ağılasığmazdır, dəhşətlidir. Əfqanıstan üzərindəki “maraq” dairələri isə vaxtilə SSRİ olduğu kimi olduğu kimi yumşaq kürsülərdə əyləşib yeni planlar cızırlar. Maraqlar o qədər dərinə kök salıb ki, milyonlarla əfqanın taleyi narahatlıq doğurmur. Adama elə gəlir ki, Əfqanıstan yaradılanda yalnız bir məqsəd üçün mövcud olub, güc dövlətlərinin sınaq və döyüş meydanına çevrilməsi üçün...İlham Cəmiloğlu, Musavat.com