Artıq bu gün hamıya yaxşı məlumdur ki, sovet dövründə mövcud rejimə qarşı çıxanlara, kommunistlərin əleyhinə ən adi xoşagəlməz bir ifadə işlədənlərə qarşı hansı tədbirlər görülüb. Amma bu cəza tədbirlərinə baxmayaraq, 70 il ərzində ölkədə etiraz aksiyaları davam edib, narazılar fikirlərini ifadə etməkdən çəkinməyiblər. 1967-ci ilin oktyabr ayında isə Belarusiyanın Slutsk şəhərində etirazçıların şüarları daha sərt olub: “Kommunistlərə ölüm”, “Qatil kommunistlər” və s.
Sözsüz ki, bu cür “antikommunist” şüarlar dəqiqələr ərzində mərkəzdə, Moskvada da eşidilib və Mərkəzi Komitə “iri” addımlarla hərəkətə keçib, etirazçıları susdurmaq üçün ən sərt tədbirlərə əl atıb.
Hər şey adi bir mübahisədən başlayıb. 1967-ci ilin oktybarın 9-da axşam saatlarında Sultsk şəhər icraiyyə komitəsinin mədəniyyət şöbəsinin müdiri, 28 yaşlı Gennadi Qapanoviç iş yoldaşı və qohumu Leonid Sıtkonu evinə dəvət edib. Onların hər ikisi şəhərdə fəal kommunist kimi tanınıblar. Kommunist qohumlar evdə “güclü” yeyib-içdikdən sonra siqaret çəkmək üçün bloka çıxıblar. Birinci mərtəbənin dəhlizində tanımadıqları orta yaşlı bir şəxs onların söhbətinə mane olanda Qapanoviç həmin adamı blokdan qovmağa cəhd edib. Həmin şəxs də sərxoş olduğundan araya mübahisə düşüb. İçkili vəziyyətdə olan Qapanoviç və Sıtko tanımadıqları adamı amansızcasına döyərək blokdan çölə atıblar.
Səhərisi gün şəhər parkında olan hovuzun içərisində meyit tapılıb. Bu həmin şəxsin, kommunistlərin döydüyü 4 nömrəli təmir-tikinti idarəsində fəhlə işləyən Aleksandr Nikolayevskinin meyidi olub.
Araşdırma başlananda məlum olub ki, Nikolayevski döyüldükdən sonra parka gedib. Onun döyülməyini təsdiq edən şahidlər də tapılıb. Beləliklə, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti isti izlərlə açıb və cəmisi 3 gün ərzində iş bağlanaraq məhkəməyə verilib. Zərərçəkmişlə cinayət törədənlər sübut və dəlillərlə aşkar olunduqdan sonra istintaqın uzanmasına ehtiyac qalmayıb. Bu üç gün ərzində şəhərdə çaxnaşma başlayıb. Kommunistlərin adi fəhləni döyərək öldürməsi yerli əhalinin qəzəbinə səbəb olub.
Məhkəmə başlananda artıq yüzə yaxın şəhər sakini məhkəmə binasının qarşısına toplaşıb. Milis onları dağıtmağa cəhd etsə də sakinlər ərazini tərk etməyiblər. Onlara fiziki təzyiq göstərəndə etirazçıların sayı daha da artıb. Səhərisi gün məhkəmənin qarşısına toplaşanların sayı 3 min nəfərdən artıq olub. Etirazçılar qatil kommunistlər üçün açıq mhkəmənin keçirilmsini, onlara ən ağır cəzaların verilməsini tələb ediblər.
Vəziyyətin gərginliyini nəzərə alan Slutsk şəhər partiya komitəsinin rəhbərliyi Minskdən əlavə milis qüvvələrinin göndərilməsini xahiş edib. Saatlar ərzində ətraf şəhər və rayonların milis işçiləri məhkəmənin qarşısına toplaşıblar. Ancaq bu qüvvələr sayca artan etirazçıları dağıda bilməyib. Digər tərəfdən, əlavə qüvvələrin Slutska göndərilməsi yerli əhalini daha da qıcıqlandırıb. Qarşıdurma zamanı etirazçılar tərəfindən milislərə fiziki təzyiq göstərilib, onların silahları əllərindən alınıb, ilk qarşıdurmada yeddi milis işçisi ağır bədən xəsarəti alıb.
Qiyamçılar sovet hökumətinin əleyhinə şüarlar səsləndiriblər. Daha sonra “xalq məhkəməsi” keçirmək üçün Qapanoviçi və Sıtkonu tələb ediblər. Milislər qatil kommunistləri məhkəmə binasından çıxarmaq istəyəndə növbəti qarşıdurma yaranıb. Milislər onları ələ verməyiblər və yenidən məhkəmə binasına qaytarmağa məcbur olublar. Bu vəziyyətdən sonra etirazçılar qatilləri ələ keçirmək üçün məhkəmə binasına doluşublar. Amma Qapanoviç və Sıtkonu binada tapmaq mümkün olmayıb. Onlara milis paltarı geyindirərək binadan qaçırıblar. Bu etirazçıları daha da qəzəbləndirib və onlar məhkəmə binasını yandırıblar. Yanğın yerinə gələn yanğınsöndürən maşınlar əraziyə buraxılmayıb. Axşam saatlarında zavod və fabriklərdən işdən çıxan fəhlələr də etirazçlara qoşulanda vəziyyət tam nəzarətdən çıxıb.
Hadisə ilə bağlı Belarusiya rəhbərliyi Moskvaya müraciət edib və kömək istəyib. Leonid Brejnev SSRİ daxili işlər naziri Nikolay Şelokova bir cümlədən ibarət göstəriş verib: “Slutskda təcili qayda-qanun yaradın”.
Şəhərə 500 nəfərdən ibarət daxili qoşunların qüvvələri və texnikalar yeridilib. İki saat davam edən əməliyyatdan sonra sabitlik yaratmaq mümkün olub.
Slutsk qiyamında qarşıdurma zamanı 7 nəfər həlak olub, 50-dən artıq adam müxtəlif dərəcələrdə bədən xəsarətləri alıblar.
Hadisə ilə bağlı cinayət işi başlanıb. İstintaqa 71 nəfər cəlb olunub. Məhkəmə binasını yandıranlar, Nikolay Qrinyuk və İvan Popov ən ağır cəzaya, ölüm hökmünə məhkum ediliblər. Cinayətləri sübuta yetrilən digər etirazçılar 3 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
Qatil kommunistlər, Qapanoviç və Sıtko da cəzadan kənarda qalmayıblar. Məhkəmə hər ikisini 8 il azadlıqdan məhrum edib.
Slutsk hadisələrindən sonra şəhər rəhbərliyi bütün heyəti ilə vəzifələrindən uzaqlaşdırılıb