SSRİ dövründə mövcud rejimə etiraz edərək ölkəni tərk etmək, qaçmaq istəyən vətəndaşların sayı az olmayıb. Bu etirazlar hələ sovet hökumətinin qurulduğu ilk illərdən başlanıb. 1930-cu illərin sonlarında, həmçinin müharibədən sonrakı illərdə də bu tendesiya davam edib. Repressiyalara, haqsızlıqlara tab gətirməyən insanlar xarici ölkələrdə özlərinə sığınacaq axtarıblar. Amma bu cəhdlər heç də həmişə alınmayıb, tikanlı məftillərlə çəpərlənmiş sərhədlər buna imkan verməyib. Stalinin hakimiyyəti dövründə isə ölkədən qaçanların bir çoxu, ya sığınacaq aldığı ölkədə məhv edilib, ya da fərqli variantlarda SSRİ-yə qaytarılaraq ən ağır cəzaya məhkum ediliblər.
Müharibədən sonra hərbçilər arasında da narazıların sayı çox olub. Qalib hərbçilər Stalinin qorxu mənbəyinə çevrilib. Elə 1945-ci ildən sonra 9 may gününün iş günü elan edilməsi, hərbi paradın keçirilməməsinin əsas səbəblərindən biri də məhz bu olub. Müharibə görmüş, qələbə ilə geri dönmüş hərbçilərin kütləvi toplantısı Kreml üçün məqsədəuyğun sayılmayıb.
Mövcud hakimiyyətdən narazı qalanların sırasındadan leytenantlar Pyotr Piroqov və Anatoli Barsov da olub. Bu iki hərbi təyyarəçi də həm də dost imişlər. Hər iki zabit müharibənin ən ağır döyüş bölgələrində xidmət ediblər, yüksək dövlət mükafatları ilə təltif olunublar. Müharibədən sonra da ordu sıralarında xidmətlərini davam etdiriblər.
Zabitlər mövcud hakimiyyətin hərbçilərə olan münasibətindən, ümumiyyətlə, ölkədə hökm sürən diktatura rejimindən narahat və narazı olublar. Təbii ki, yaşları 30-a çatmayan zabitlər heç nəyi dəyişə bilməyəcəklərini yaxşı anlayıblar və belə qərara gəliblər ki, ölkədən qaçsınlar.
Aralarında bir neçə ay apardıqları müzakirələrdən sonra Piroqov və Barsov SSRİ-dən hərbi təyyarə ilə qaçmağı qərarlaşdırıblar.
Ukrayna hərbi dairəsində xidmət edən zabitlər 9 oktyabr 1948-ci ildə təlim zamanı Tu-2 hərbi təyyarəsini yanacaqla tam doldurduqdan sonra Avstriyaya istiqamət alıblar. Təcrübəli təyyarəçilər sərhədi yerdən 100-150 metr hündürlükdən keçərək radarlara düşməyiblər və onlar Avstriyada ABŞ-ın nəzarətində olan Xerşinq aerodromuna eniblər.
ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdə onlar öz məqsədlərini olduğu kimi açıqlayıblar. SSRİ-nin Avstriyadakı nümayəndəliyinin əməkdaşları da dərhal özlərini Xerşinqə yetiriblər, təyyarəçilərdən ləngimədən geri dönmələrini xahiş ediblər.
Təyyarəçi dostlar sovet nümayəndələrinin bütün təkliflərini rədd ediblər. Onlar Avstriyada ABŞ nümayəndələrindən Amerikada siyasi sığınacaq istəyiblər.
Məlum olduğu kimi, II dünya müharibəsində alman faşizminə qarşı mübarizədə ABŞ və SSRİ müttəfiq olsalar da, müharibədən sonra supergücə çevrilən bu dövlətləron arasında münasibətlər çox da isti olmayıb. Bu baxımdan sovet hərbçilərinin ABŞ-dan siysi sığınacaq istəməsi SSRİ üçün “ağrılı” məsələ sayılıb.
Piroqovun və Barsovun məsələsi Mərkəzi Komitə tərəfindən SSRİ dövlət təhlükəsizliyi naziri, qəddarlığı ilə ad çıxaran Viktor Abakumova həvalə olunub. Peşəkar cəllad olan Abakumovun təyyarəçiləri yerində məhv etmək, yaxud da hansısa bir vasitə ilə SSRİ-yə qaytarmaq cəhdləri boşa çıxıb. Sovet təyyarəçiləri Avstiyada ABŞ hərbçilərinin nəzarətində saxlanılıb.
Dörd aydan sonra Piroqovun və Barsovun ABŞ-dan siyasi sığınacaq istəməsinə müsbət cavab verilib və onlar Amerikaya aparılıblar. Sovet təyyarəçiləri ABŞ-ın xüsusi xidmət orqanları ilə könüllü əməkdaşlığa gediblər. Xüsusilə Piroqov sovet aviasiya sistemi haqqında bütün bildiklərini onlara böyük həvəslə danışıb.
ABŞ-dakı sovet agentura şəbəkəsi də həmin ərəfədə hərəkətə keçib, təyyarəçiləri SSRİ-yə qaytarmağa cəhd göstəriblər. Amma bu cəhdlər də heç bir nəticə verməyib. Ümumiyyətlə, hər iki təyyarəçi onlarla görüşdən qəti şəkildə imtina ediblər.
Təyyarəçilər SSRİ-dən qaçma səbəblərini mətbuat nümayəndələrinə bütün təfərrüatları ilə açıqlayıblar:
“SSRİ-də quruculuq işlərinin nədən ibarət olduğunu bilən hər bir şəxs bu ölkəni tərk etmək arzusuna düşür. Ən dəhşətli fakt odur ki, müharibə zamanı mühasirəyə düşərək əsir götürülənlər SSRİ-də xalq düşməni kimi qəbul edilir. Bu məsələdə könüllü əsir düşməklə, döyüş şəraitində əsir düşmək fərqləndirilmir. Onların hamısının üzərinə “xalq düşməni” damğası vuruluraq heç bir araşdırma aparılmadan ya sürgünə göndərilir, ya da güllələnirlər. Hərbi əməliyyatlar zamanı sovet döyüşçülərindən saysız-hesabsız əsir düşənlər olub ki, onlar almanların əsir düşərgələrində ən ağır işgəncələrə məruz qaldıqları halda, heç bir sirri açmayıblar. Belə işgəncələrdən ölənlərin sayı da hesaba gəlmir. Onların ailəsi isə SSRİ-də düşmən ailəsi sayılır. Moskvada oturan yüksək vəzifəlilərin sinələrində orden və medal taxmağa yer qalmayıb. Hansı xidmətlərinə görə? Bunkerlərdə gizləndiklərinə görə? Axı onların bu təltifləri gəzdirməyə mənəvi haqları yoxdur. SSRİ bütövlükdə aldadıcı ideologiyanın və insanları qorxu içərisində saxlayan bir sistemin üzərində dayanıb. Heç bir demokratiyadan söhbət gedə bilməz. Hər şeyin öz adı olduğu kimi, SSRİ-dəki rejimin də adı diktaturadır...”
Bu açıqlamalarla yanaşı Piroqov rus dilində “Mən nəyə görə qaçdım” adlı kitab da yazıb. Kitab amerikalı yazıçıları tərəfindən ingilis dilinə tərcümə edilib, sonra Avropa ölkələrində də kütləvi tirajla çap olunaraq böyük oxucu auditoriyası qazanıb.
Sovet təyyarəçilərinin normal yaşaması üçün Amerikada bütün lazımi şərait yaradılıb. Piroqov yeni həyata daha tez uyğunlaşıb, ali təhsil alıb, müəllim kimi fəaliyyət göstərib, Amerikada yaşayan rus əsilli bir qadınla ailə həyatı qurub. Cütlüyün üç övladı dünyaya gəlib.
Anatoli Barsov isə həmkarından fərqli olaraq Amerika mühitinə alışa bilməyib. Amerikadakı sovet diplomatları onu əmin edəndə ki, SSRİ-yə qayıdacağı halda onu heç bir ciddi cəza gözləməyəcək, təyyarəçi çox sadəlövhcəsinə bu vədlərə inanıb. 1950-ci ildə o, Moskvaya qayıdıb. Barsov hava limanından birbaşa “Lubyanka”nın zirzəmisinə aparılıb və bir neçə gündən sonra güllələnib.
Pyotr Piroqov isə uzun illər Amerikada xoşbəxt və firavan həyat sürüb. O, 1987-ci ildə vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com