Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycandan kənarda Azərbaycana şöhrət gətirən cənublular


Olduqca sevindiricidir ki, bölgəmizin övladları   dünyanın ən məşhur şirkətlərində, adlı-sanlı yaradıcılıq, elm mərkəzlərində çalışır, böyük uğurlar qazanırlar. Hələlik onlardan 15 nəfərini sizə təqdim edirik. Xahiş edirik ki, belələrindən kimləri tanıyırsınızsa, onlar haqqında yığcam məlumatları və şəkilləri bizə yollayın. İnanırıq ki, xarici ölkələrdə belə uğurlara imza atmış həmyerlilərimiz 15 yox, bundan ən azı 5 dəfə artıqdır.

1) Sənan Axundzadə

“Tesla”da çalışan ilk azərbaycanlı


“Tesla”  bildiyiniz kimi elektrik maşınları və elektrik nəqliyyatı üçün qidalanma qurğu birləşmələri layihələndirən, istehsal edən və satan Amerika şirkətidir. Şirkətin yaradıcı olan İlon Mask bu yaxınlarda “Tesla”nın səhmlərinin bahalaşması ilə 188.5 milyard sərvətlə dünyanın ən varlı şəxsi oldu. Həmyerlimiz Sənan Axundzadə də məhs bu şirkətdə çalışır.

Sənan 1996-cı ildə Lənkəranda anadan olub.  3 yaşında olarkən ailəsi ilə əvvəlcə ABŞ-a, daha sonra Kanadaya köçür. 2014-cü ildə dünya söhrətli Waterloo universitətinin “mexanika mühəndisliyi” fakultəsinə daxil olur. 

2018-ci ildə ABŞ-ın Kaliforniya ştatında, Silikon Vadisində yerləşən “Tesla” şirkətinin baş ofisində işləmək üçün dəvət alır.  Hazırda şirkətin yeni modeli olan “Y Model”inin (Tesla Model Y) inteqrasiya dizaynı üzərində çalışır.



2) Elmar Bayramov


Nyu Yorkda “ən yaxşı döyüş filmi” nominasiyasında birinci olan lənkəranlı rejissor


Elmar Bayramov 28 dekabr1986-cı ildə Lənkəran şəhərində Bayramovlar ailəsində doğulmuşdur. 1993-2004-cu illərdə orta təhsilini Lənkaranda 4 saylı humanitar təmayüllü məktəb liseydə almışdır. 2005-2010-cu illərdə Bakı Dövlət Universitetinin“Biblioqrafia ve informasiya” fakültəsində ali təhsil almışdır.

2011-ci ildən sosial mövzularda ssenariler yazmağa başlayıb. İlk sosial video çarxı2013-cü ildə "Ekoloji missiya" layihəsi idi.

2017-ci ildə ailəsi ilə birgə Amerika Birləşmiş Ştatlarına köçüb.

Elmar çəkdiyi "Oops" adlı qısametrajlı film 2018-ci ildə Nyu Yorkda keçirilən "Action Showcase" beynəlxalq film festivalında "Ən yaxşı döyüş filmi" nominasiyasında 1500-dən artıq film arasında birinci yerə layiq görülmüşdü.

Bununla yanaşı Hollywood International Moving Pictures Film Festivalında da qalib gəlib.


3) Rüstəm Həşimov

Günümüzdə hər kəsin istifadə etdiyi “Facebook”un proqram təminatı üzrə baş mühəndisi vəzifəsində çalışan ərkivanlı


Rüstəm Həşimov 1991-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuşdur.

Lənkəran özəl türk liseyini bitirən Rüstəm Həşimov Ankaranın Orta Şərq Texniki Universitetində “kompüter mühəndisliyi” üzrə təhsilini davam etdirib.

Rüstəm hələ tələbə olarkən “Microsoft”un baş ofisində işləmək üçün təklif alıb. 

Universitet təhsilini başa vurandan sonra ABŞ-a köçüb.
Bir müddət “Microsoft” şirkətində çalışdıqdan sonra “Facebook”da işləməyə başlayıb


4) Ayaz Quliyev

Məşhur “Spartak Moskva” futbol klubunda çıxış edən masallılı


Ayaz Quliyev 27 noyabr 1996-cı ildə Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Əslən Masallı rayonunun Boradigah qəsəbəsindəndir 

Ayaz futbola marağı uşaq yaşlarından özünü göstərməyə başlamışdı. O, 5 yaşında Moskvada "Spartak-2" idman məktəbinə daxil olur. 2002-ci ildə Ayaz "Spartak"ın altıyaşlı futbolçularından ibarət qrupa keçir. 2011-ci ildə Quliyev Rusiyanın yeniyetmələrədən ibarət milli komandasına daxil edilir. 

Orta təhsilini Moskvada bitirən Ayaz ali təhsilini də Moskvada almışdır. 2013-cü ildə Moskva Dövlət Bədən tərbiyəsi Akademiyasına daxil olmuş və 2017-ci ildə Akademiyanı bitirmişdir.

Gənc futbolçu Rusiyanın “Anji”, “Rostov” klublarında çıxış etmişdir. Hazırda Rusiyanın tanınmış klubu “Spartak Moskva”nın şərəfini qoruyur.




5) İlkin Nurullayev

Ukrayna Baş Prokurorluğunun Baş İnspeksiyasının lənkəranlı rəhbəri


İlkin Nurullayev 1967-ci ildə Lənkəranın Şıxakəran kəndində anadan olub

S.M. Kirov adına Xarkov Dəmiryol Mühəndisləri İnstitutunu bitirib. Daha sonra Yaroslav Mudro adına Ukrayna Milli Hüquq Akademiyasında hüquq dərəcəsini alıb.

1991-2011-ci illərdə Ukraynanın daxili işlər orqanlarında fəaliyyət göstərib. 

2012-2018 ci illərdə Xarkov Rayon İnzibati Məhkəməsinin hakimi vəzifəsində çalışıb

Hazırda ədliyyə polkovniki olan İlkin Nurullayev Ukraynanın Baş Prokurorluğunun Baş İnspeksiyasının rəhbəri vəzifəsində çalışır.



6) Elvin Qənbərov

Döyüşdə etdiyi nokautla Amerikada “2020-ci ilin ən yaxşı 10 nokautu” sırasına düşən astaralı



1992-ci ildə Astaranın Kijəbə qəsəbəsində anadan olmuşdur. Erkən yaşlarından boksa maraq göstərmişdir


İlk dəfə Bakıda yeniyetmələr arasında keçirilən turnirdə birinci yeri qazanıb

Rusiyanın  Sank- Peterburq şəhərində keçirilən Dünya oyunlarında  ikinci yer,Serbiyada birinci yer,Londonda isə ikinci yeri qazanmışdır.

2018-ci ildən Amerikada kariyerasını davam etdirir. Amerikada fəaliyyət göstərdiyi müddətdə boksçu çıxdığı 12 döyüşdə qələbə əldə edib,11 dəfə isə rəqibini nokaut  etməyi bacarıb.

Elvin Qənbərovun ABŞ-da qazandığı 12-ci qələbəsi  “2020-ci ilin ən yaxşı 10 nokautu” sırasına düşüb

7) Cahid Hüseynli (JONY)

Rusiyada son illərin ən populyar müğənnilərindən olan lerikli “JONY”


Əsl adı Cahid Hüseynli olan Jony 1996-cı ildə bir Bakıda anadan olub. Uşaq ikən Moskovaya köçür. Paytaxtda Cahid orta məktəbi bitirib musiqi ilə maraqlanmağa başlayır. Ancaq əvvəlcə atası oğlunun musiqi karyerasına qarşı çıxır, anası isə Cahidin tərəfində olsa da, gənc oğlan Dövlət İdarəetmə Universitetində “Beynəlxalq idarətmə” ixtisası üzrə təhsil alır. 

Musiqiyə olan həvəsi sönməyən Jony kompozisiyalarını İnstaqramda yerləşdirir, ancaq "Ulduz" kompozisiyası dərc edildikdən sonra böyük internet auditoriyası onun işinə diqqət çəkir. Və ilk uğurdan ilham alan Jony musiqi bəstələməyə davam edir.

Populyarlıqda kəskin artım müğənninin gənc düşüncələri və hissləri haqqında "Аллея" əsərini nəşr edərkən baş verir

Hazırda “JONY” kimi tanınan Cahid Hüseynli Rusiyada son illərin ən populyar müğənnilərindən biridir.


8) Seymur Nəsirov


Astaralı tədqiqatçı-alim, Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri


Seymur Nəsirov1976-cı ildə Astaranın Şuvi kəndində anadan olub

1998-ci ildə Bakı İslam Universitetini2002-ci ildə isə Əl-Əzhər Universitetinin İslamşünaslıq və Ərəb dili fakültəsini bitirmişdir.  2006-cı ildə Misir Fətva İdarəsində dörd il təhsil aldıqdan sonra, keçmiş SSRİ ölkələri arasında ilk dəfə fətva vermək icazəsini qazanmışdır. 2011-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə magistratura təhsilini fərqlənmə ilə başa vurmuşdur

2017-ci ildə, təsis etdiyi “Vətənpərvər”- Azərbaycaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri olub. 2019-ci ildə, təşəbbüskarı və təsisçilərindən biri olduğu “Misir-Azərbaycan Dostluq Cəmiyyətinin” sədridir. 


9) Vüsal Quliyev


Harvard Universiteti Davis Mərkəzinin Tədqiqatçısı olan göytəpəli


1985-ci ildə Göytəpə şəhərində anadan olub. Kiçik yaşlarında ailəsiylə birlikdə Amerikaya köçür. 

Burada məşhur Harvard Universitetini biririr. 


O, Çin Hökümət Təqaüdü (CSC), Şanxay Bələdiyyə

Təqaüdü (SGS) və Türkiyə Hökümət Təqaüdü (YTB) Proqramlarının qalibidir.


Amerika Birləşmiş Ştatlarının Harvard Universiteti Davis

Mərkəzinin Tədqiqatçısı və eyni zamanda, Çin Xalq Respublikasının öndə gələn

diplomatiya məktəblərindən Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin Siyasi

Elmlər üzrə Doktorantıdır..


10) İlham Axundov

Dünya söhrətliVaterloo Universitetinin lənkəranlı professor


İlham Axundov 1959-cu il iyunun 1-də Lənkəranda anadan olub.

1975-ci ildə Bakı Dövlət Universitetinin Tətbigi Riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə Leninqrad Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 

1999-cu ildə Amerikaya köçən həmyerlimiz iki il ABŞ-ın Texas Universitetində elmi araşdırmalarla məşğul olub. Daha sonra Kanadanın Hamilton şəhərindəki MakMaster Universitetində çalışıb.

2007-ci ildən dünya söhrətli Vaterloo Universitetində çalışmağa başlamışdır. Hazırda o, Vaterloo Universitetinin riyaziyyat fakültəsinin Riyaziyyat və Biznes proqramları direktorudur.

11) Mirşərəf Fətiyev

Moskvada Dünya Azərbaycanlıları Konqressinin sədri olan yardımlılı


Mirşərəf Fətiyev 1966-cı ildə Bakıda anadan olub. 

1987-ci ildə Moskva Polad Əritmə İnsitutuna daxil olub. 1994-cü ildə Moskva Tikinti və Komunal İnstitutunu bitirib və aspiranturasına daxil olub.

 2000-ci ildə texnika elmləri namizədi, 2006-cı ildə İqtisadiyyat elmləri doktoru alimlik dərəcəsini alıb. Dünya Azərbaycanlıları Konqressinin sədridir. 

12) Ceyhun Fərzullayev  

Almaniyada Elmi Tədqiqat Klinikasının Neyrocərrahiyə şöbəsində çalışan lənkəranlı


Lənkəranın Veravul kəndində anadan olan Ceyhun Fərzullayev 2010-cu ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 

2011-2013 cü illərdə Türkiyənin Marmara Universitetində təhsil alıb.

2015 ci ildən Almaniyanın Hamburg-Eppendorf universitetinin Rotenburg şəhərindəki Elmi Tədqiqat Klinikasının Neyrocərrahiyə şöbəsində çalışır.

13) Pərviz Babayev


Pərviz Babayev Göytəpə şəhərində anadan olub.  2000-ci ildə Azərbaycan Dillər Universitetini bitirib. 2010-2012-ci illərdə SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində Avstriyanın Vyana İqtisad və Biznes Universitetinin Energetika Menecmenti üzrə Magistr (PMBA) dərəcəsini alıb. 2015-ci ildə Corc Vaşinqton Universitetinin Layihələrin İdarə Olunması ixtisası üzrə Magistr proqramını bitirib.

2007-ci ildən 2017-ci ilədək SOCAR-ın Baş ofisində İnvestorlarla Əlaqələr şöbəsinin mühəndisi, böyük mühəndisi və şöbə rəisi vəzifəsində çalışıb. 2017-ci ildən Cənub Qaz Dəhlizin tərkib hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Avropa İttifaqı ilə Əlaqələr Meneceridir.

14) Anar Cahangirli


Anar Cahangirli  Bakıda anadan olsa da əslən Masallı rayonunun Ərkivan qəsəbəsindəndir.. 

1999-cu ildə Bakı Dövlət Universitetinin “beynəlxalq iqtisadi münasibətlər” fakultəsini

 bitirmişdir.

Uzun müddət Xarici İşlər Nazirliyində çalışmışdır.


Hazırda Kanadada Bələdiyyə sistemində çalışan Anar Cahangirli həmçinin

“Harvard” məzunudur.


15) Fətullayev Sabutay


Fətullayev Sabutay Hikmət oğlu Masallının Çaxırlı kəndində anadan olub. Dünya universitetlərinin reytinqində 35-ci yerdə olan Avstraliyanın məşhur “Melburn” universitetinin fəlsəfə doktoru elmi adını almışdır.


Cenub.az







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10