Masallılı deputat səhiyyədəki kadr qıtlığını atəşə tutdu
70 saylı Masallı seçki dairəsindən Millət Vəkili seçilən Məşhur Məmmədov bu günlərdə Milli Məclisin “İqtisadi siyasət, sənayə və sahibkarlıq” komitəsinin iclasında 1 illik deputatlığı dövründə özünün ən kəskin çıxışını etdi. O, çıxışında çoxlarının yaralı yeri olan səhiyyədə kadr qıtlığını qabartdı. Təkcə bir rayonda 330-dan artıq həkim və tibb işçisinin çatışmaması nə demək? Bunların aylıq əmək haqqını hər ay ortalama 300 manatdan hesablasaq, bir aya 100 min manat, İlə vursaq, 1 milyondan artıq, irili-xırdalı 70 rayona vursaq, (dağlıq rayonlarda vəziyyətin daha acınacaqlı olduğunu da nəzərə alsaq) ildə 70-80 milyon manat edir. Yəni, səhiyyə işçilərinə veriləcək bu qədər vəsait xərclənməmiş qalır. Hələ yaxın vaxtlarda yüzlərlə həkimin 65 yaşı tamam olduğu üçün vəzifəsi ilə vidalaşacağını nəzərə alsaq, mənzərənin daha acınacaqlı olacağı qaçılmazdır.
Bu, ölkə üzrə on minlərlə iş yeri, bir o qədər ailənin dolanışıq ünvanı, yüz minlərlə insanın sağlamlığı deməkdir. Bu, həkimə ehtiyac duyan minlərlə insanın ölkənin paytaxtına, eləcə də Türkiyəyə, İrana və başqa ölkələrə böyük xərc hesabına müalicəyə getməsi deməkdir. Bu, əlacsızlıqdan yüzlərlə insanın sağlamlığını itirməsi deməkdir.
Əyər təhsildə və digər sahələrdə də belə araşdırmalar aparsaq, bəlkə də bundan da dəhşətli rəqəmlərlə rastlaşarıq.
Millət vəkili çıxış yolunu Tibb Universitetində təhsilin pulsuz olmasında görür.
Baxın, əsil aşkarlıq budur. Açın qapıları xalqın üzünə. Neçə vaxtdır ki, haray çəkirik ki, aşkarlığa meydan verin, yalançı, saxta rəqəmlərlə, şablon, çeynənmiş sözlərlə başımızı qatmayın. Zaman-zaman bunları dediyimiz üçün az qala bizi “vətən xaini” sayırdılar, sağdan-soldan təzyiqlər edirdilər. Hətta aşkarlıqdan qaçdıqları üçün “Biz deyəndə qan olur, siz deyəndə can olur” adlı bir məqalədə yazmışdıq.
Bir aktyorun teatrına bənzəyən qapalı zoom görüşləri keçirmək əvəzinə, bax belə, hər şeyi öz adı ilə desək, dərdlərimizi olduğu kimi sadalasaq, çıxış yollarını da çox asan taparıq.
Məşhur müəllimə, bu çıxışına görə təşəkkür edir və gözləyirəm ki, təhsil sahəsində də belə araşdırma aparsın. Görək, neçə məktəbdə ali təhsilli tarix, riyaziyyat, xarici dil... müəllimi çatışmır.
Bir daha hamını aşkarlığa çağırırıq. Əlacımız bundadır.
Zahir Əmənov. Cenub.az
Həmin çıxışın linki burada:
https://www.facebook.com/100000837026391/videos/3938433216194540/