O, çox qısa bir müddətdə hərbi karyerasında böyük nailiyyətlər əldə edib. Atasının çar ordusunun zabiti olması faktı da Mixail Levandovskiyə sovet ordusunda yüksək vəzifələr tutmağa mane ola bilməyib...
Mixail Levandovski 1890-cı ildə Tiflisdə anadan olub. Atası vəfat etdikdən sonra anası ikinci dəfə ailə həyatı qurub və onlar bir neçə ildən sonra Qroznıya köçüblər. Mixail Levandovski dörd illik təhsilindən sonra Qroznı real məktəbində oxuyub. Daha sonra o, Sankt-Peterburqda zabit hazırlayan hərbi məktəbdə təhsil alıb. Təhsilini bitirdikdən sonra Qoridə piyada alayında xidmət edib.
Birinci Dünya müharibəsi başlananda Mixail Levandovski qərb cəbhəsinə göndərilib, Varşava ətrafında dislokasiya olunan hərbi hissədə rota komandiri vəzifəsinə təyin edilib. 1915-ci ildə döyüş zamanı ağır yaralanıb, altı ay Tiflisdə hospitalda müalicə alıb. Müalicəsindən sonra o, Petroqrada ezam olunub. 1917-ci il inqilabında iştirak edib.
Yuxarı dairələrdə özünü fəal bolşevik kimi tanıdan Mixail Levandovski 1918-ci ildə Qroznıya qayıdıb və şəhərin hərbi komissarı vəzifəsinə təyin edilib. Bu vəzifəyə təyinatı onun gələcək karyerasında mühüm rol oynayıb. Mixail Levandovski məhz Qroznıda Serqo Orconikidze ilə tanış olub və aralarında yaxın münasibətlər yaranıb.
Serqo Orconikidzenin təşəbbüsü və təqdimatı ilə Mixail Levandovski 11-ci ordunun komandanı, daha sonra isə Şimali Qafqaz Hərbi Dairəsinin komandanı vəzifəsinə təyinat alıb. 28 apreldə Azərbaycanın işğal edilməsinə də 11-ci ordunun komandanı kimi Mixail Levandovski başçılıq edib və onun bu “xidməti” mərkəzdə yüksək qiymətləndirilib.
Azərbaycandan sonra artıq kifayət qədər işğalçılıq və dağıdıcılıq təcrübəsi olan Mixail Levandovski “qaynar” nöqtələrə, Ukraynaya, Krıma, Türkmənistana ezam olunub. 1929-cu ildə isə onu uzaq şərqə, Sibir Hərbi Dairəsinə komandan göndəriblər.
1932-1933-cü illərdə Mixail Levandovski Almaniyada hərbi təcrübə keçib və qayıtdıqdan sonra Zaqafqaziya Hərbi Dairəsinin komandanı kimi xidmətini davam etdirib. SSRİ-də ilk dəfə dağlıq ərazilərdə geniş miqyaslı hərbi təlimlər də Levandovskinin başçılığı ilə keçirilib.
1937-ci ildə orduda yerdəyişmələr və kadr islahatları aparılanda Mixail Levandovski yenidən Sibirə, Primorsk Qrup Qoşunlarına komandan vəzifəsinə göndərilib. Əslində Qafqazda özünü daha rahat hiss edən Levandovski üçün bu təyinat arzuedilməz olmalı idi. Buna baxmayaraq İosif Stalinin mərkəzdə başladığı “böyük təmizlik”dən yayınmaq üçün Levandovski Sibirə təyinatını böyük “məmnunniyyətlə” qəbul edib. Amma sözsüz ki, uzaq məsafələr belə onun xilas edə bilməyib.
Levandovski Sibirə gedəndə ailəsi Tiflisdə qalıb. 1938-ci ilin fevral ayında rəhbərliyin icazəsindən sonra o, ailəsinə baş çəkmək üçün bir neçə günlük Tiflisə gəlib. Gəldiyi günün səhəri, sovet ordusu və hərbi dəniz donanması günü- fevralın 23-də onu Tiflisdə həbs edərək Moskvaya aparıblar.
Mixail Levandovskinin istintaqı beş ay davam edib. Onu antisovet fəaliyyətdə, Qafqazda hərbi-faşist təşkilatlarının yaradılmasında, trotskiçi fəaliyyətində ittiham ediblər. Mixail Levandovski istintaq zamanı törətdiyi bütün cinayət əməllərini etiraf edib.
İstintaq zamanı məlum olub ki, Mixail Levandovski iki dəfə, birinci dəfə 1917-ci ildə, ikinci dəfə isə 1933-cü ildə xarici ölkələrin xüsusi xidmət orqanları əməkdaşları tərəfindən əməkdaşlığa cəlb edilib.
Alman kəşfiyyatına işləməsi isə konkret dəlillərlə sübuta yetirilib. 1932-1933-cü illərdə Almaniyada hərbi təcrübə keçdiyi dövrdə Mixail Levandovski SSRİ-yə xüsusi təlimatlarla qayıdıb.
Müasirlərinin söylədiklərinə görə Mixail Levandovski son dərəcə qapalı bir şəxs olub. O, öz casusluq fəaliyyətini davamlı olaraq keçirdiyi hərbi təlimlərin, yüksək göstəricilər əldə etdiyi hərbi xidmətinin arxasında böyük ustalıqla gizlətməyi bacarıb.
29 iyul 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Mixail Levandovski haqqında hökm çıxarıb. O, ən ağır cəzaya, güllənməyə məhkum edilib. Təbii ki, onun güllələnmə cəzasına məhkum edilməsi əvvəlcədən Stalinlə razılaşdırılıb. Hökmün icrası həmin gün həyata keçirilib. 48 yaşlı Mixail Levandovski Moskvada, Kommunarkada güllələnib.
1956-cı ildə repressiya qurbanlarının kütləvi bəraət aldığı dövrdə Mixail Levandovski də (ölümündən sonra) bəraət alıb. Amma bu da bir faktdır ki, Levandovskinin güllələnməsi “repressiya qurbanı” faktı yox, öz xəyanətkar əməllərinin layiqli cəzasıdır.
İlham Cəmiloğlu, Musavat.com