İran prezidenti Məsud Pezeşkian yenidən türkcə şeir oxumaqla gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, bu, Tehranda keçirilmiş "Təbriz Mədəniyyət Həftəsi"nin bağlanış mərasimində baş tutub.
Pezeşkian Məhəmməd Hüseyn Şəhriyarın "Heydərbaba"sından bir nəzm parçası oxuyub.
O, şeiri oxumazdan əvvəl zarafatca deyib: "Şəhriyardan bir neçə bənd oxuyacağam. Burada nazirlər, deputatlar var, çox da pantürkçülük edə bilmrəm". Bu sözlər zalda gülüş doğurub. Daha sonra İran prezidenti şeiri söyləyib.
Ətraflı videoda: