Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. “Viləş” İstirahət mərkəzində şəhid balaları üçün 4 saatdan artıq davam edən elə bir tədbir düzənləndi ki,..


Masallıda Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə silsilə tədbirlər davam edir. Dünən, iyunun 1-də İcra hakimiyyətinin xətti ilə 1000-dən artıq azyaşlanın sevindirmiləsi haqqında yazını sizə təqdim etmişdik.

(link burada: https://cenub.az/14671-masallida-1000-neferden-artiq-usagi-nece-sevindirdiler.html)

İyunun 2-də isə Masallıdakı Viləş Hotel İstirahət M stuck_out_tongue_winking_eye ərkəzində rayondakı 10-dan artıq şəhid balası (ailələri ilə birgəüçün daha unudulmaz və kövrək bir tədbir düzənlənmişdi.

Açığını desək, nə geni-bol ehsan süfrəsi,bir-birindən maraqlı hədiyyələr, nə buradakı əyləncələr şəhid balalarının çöhrəsindəki kədəri, nisgili tam silə bilmirdi.

Doğrudan da, uşaqları, həm də ata ağrısı ilə sızlayan şəhid övladlarını sevindirməkdən gözəl nə ola bilər?

Tədbir Fidan Abbaslının təşkilatçılığı ilə “Ümidim sənsən” ictimai birliyinin dəstəyi ilə reallaşmışdı.

Aşağıdakı təşkilatlar və şəxslər tədbirə yardımçı olmuşdular:

Tədbirin həyata keçirilməsində, Şəhid ailələrinə qayğı   və dəstəyini əsirgəməyən "Prospekt Biznes" Mərkəzinin rəhbəri Vüsal Salayevin zəhməti danılmazdır.

Tədbirdə Rusiya Federasiyası Azərbaycanlılarının Müharibə İştirakçılarına Yardım-Fədailər qrupu, AVMVİB səlahiyyətli nümayəndəsi Nəzərov Cavid Həbulla oğlu və AVMVİB Xətai rayonu üzrə sədr müavini Həbiyev Əhli Həbulla oglu,  eləcə də Şəhid xanımları iştirak edib. 

Həmçinin ictimai fəal Afər Cahangirovun iiştirakçılar sırasında idi.

 "Viləş" hotelin kollektivi və  həmin kollektivin rəhbəri Novruz Seyfullayev hər zamankı kimi tədbirə ciddi qayğı və kömək göstərdi.

Cenub.az. Zahir Əmənov. Fotoların müəllifi: Səfər








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10