Və ya “hədiyyələşərək büdcənizə zərər verməyin, evdə qalın” mesajı
“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək”
Hüseyn Cavid
8 Mart Beynəlxalq Qadınlar Günündə Azərbaycanda ictimai nəqliyyat işləməyəcək. Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.1.15-ci yarımbəndində “8 mart” sözləri “9 mart” sözləri ilə əvəz edilib. Nəticədə ölkə ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Məlumdur ki, Beynəlxalq Qadınlar Günü bayramı kimi qeyd edildiyinə görə, həmin gün iş günü deyil. 8 mart günü ölkə boyu insanların daha çox kütləvi təmasda olduğu günlərdəndir. Həmin gün demək olar ki, bütün kişilər sevdikləri qadınları, o cümlədən ailə üzvləri olan qadınları təbrik edir. Bu səbəbdən də həmin gün nəqliyyatın işləməməsinin ilkin səbəblərindən biri kimi ehtimal edilir ki, insanların daha çox təmasda, ünsiyyətdə olmasının qarşısı alınsın.
Qeyd edək ki, daha öncə qeyri-iş günlərinin həftə içinə təsadüf etdiyi zamanlarda ictimai nəqliyyat fəaliyyətini dayandırmayıb. Bu dəfə, sanki əhalinin cibini “düşünən” müvafiq qurum, “hədiyyələşərək büdcənizə zərər verməyin, evdə qalın” mesajı verməyə çalışır.
Sabah nəqliyyatın fəaliyyətinin dayanmasının digər ehtimallarından biri də, həmin gün keçirilməsi nəzərdə tutulan aksiyadır. Belə ki, bir qrup feminist qadın martın 8-də “8 Marş - Haqlarımız uğrunda" şüarı altında, gender əsaslı zorakılıq və qadın qətllərinə diqqət çəkmək məqsədi ilə yürüş keçirməyi planlaşdırıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması pandemiya şəraitində qəbul olunan qərardır: “Bu qərar Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilməyib. Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarıdır”.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Müalicə işi fakültəsinin üzvü, əczaçı Asim Məmmədli isə hesab edir ki, bir günlə yoluxma sayının kəskin artması inandırıcı deyil: “Əvvəla, təcili şəkildə metro açılmalıdır, indiki halda ictimai nəqliyyatda daha çox sıxlıq müşahidə olunur. Onsuz da cəmiyyət içinə çıxmaq istəyənlər hər fürsətdə çıxırlar. Nəticədə taksidə də yoluxma halları ola bilər. İctimai nəqliyyatın işləməməsi cəmiyyətin artıq xərc çəkməsi ilə nəticələnir. Dediyim kimi, bir günlə yoluxma sayının artması inandırıcı deyil. Belə düşünürəm ki, məhz 8 mart günü ictimai nəqliyyatın bağlanması sadaladığınız digər səbəblərdən biri ilə əlaqədardır”.
Məmmədli qeyd edib ki, məktəblərin, bəzi universitetlərin açılması ictimai nəqliyyatda kifayət qədər sıxlığa səbəb olub: “Bu səbəbdən də yoluxma sayının artması daha inandırıcıdır. Yoluxma sayının çoxalmasını istəmiriksə, metronun fəaliyyəti təcili şəkildə bərpa edilməlidir. Girişdə insanların temperaturu ölçülərək və sosial məsafə qaydalarına riayət edilərək yoluxma sayına nəzarət etmək olar. Əksinə, belə halda avtobuslarda daha çox sıxlıq var, insanlar demək olar ki, ağız-ağıza gedərək ünvana çatırlar. Bu da yoluxma sayının kəskin şəkildə artmasına səbəb olur”.
“Hətta yürüşün bir neçə üzvü artıq sosial şəbəkələrdə yürüşə qatılmaq istəyən, amma taksi xərcinə görə gələ bilməyənlərə səslənərək bildirib ki, kim nəqliyyata görə yürüşə qatıla bilmirsə, biz ona dəstək ola bilərik və beləliklə, istəyən hər kəs yürüşə qatıla bilər. Üstəlik, biz artıq bir neçə nəfər yürüşə birlikdə gedəcəyik. Çünki ictimai nəqliyyata görə yürüşə gəlmək istəyənlərin gələ bilməməsini düzgün hesab etmirik. İctimai nəqliyyatın dayandırılması, hava şəraitinin küləkli, soyuq keçməsi, bəzi qarşıdurmaların olması bizə maneə ola bilməz. Biz yenə də hər il olduğu kimi bu il də yürüşümüzü keçirəcəyik”, - deyə həmsöhbətimiz vurğulayıb.
ayna.az

“8 Marş - Haqlarımız uğrunda" yürüşünün üzvü, feminist Sevgi İsmayılbəylinin sözlərinə görə, bütün hallarda, manelərə rəğmən yürüş həyata keçiriləcək: “8 martda nəqliyyatın dayandırılmasının bizimlə əlaqəsi varmı-yoxmu, dəqiq deyə bilmərəm. Lakin nəqliyyatın dayandırılması bizə əngəl deyil. Yenə də yürüşü keçirəcəyik”.